11:10 07 yanvar 2014
2981 dəfə oxunub
Çap versiyası
...

"Neftçi" PFK başsağlığı verir
Strategiya.az Neftçi PFK-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futboluna böyük itki üz verib. SSRİ dövründə "Neftçi" klubunun heyətində çıxış etmiş futbol veteranı Bəxtiyar Qulamov 64 yaşında dünyasını dəyişib. 1949-cu ildə anadan olmuş Bəxtiyar Qulamov 1972-1978-ci illər ərzində "Neftçi"nin formasını geyinib. Komandanın ən yaxşı müdafiəçilərindən hesab olunan Bəxtiyar Qulamov "ağ-qaralar"ın heyətində SSRİ çempionatında 181, ölkə kubokunda isə 14 oyun keçirib. SSRİ idman ustası adına layiq görülmüş futbolçu, karyerasını başa vurandan sonra da sevimli peşəsindən ayrılmayıb. Daim öz fəaliyyəti ilə Azərbaycan futboluna xidmət etmiş mütəxəssis eyni zamanda məşqçi kimi də çalışıb.
"Neftçi" PFK Bəxtiyar Qulamovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!








Şərh yaz
Yoxlama kodu:18651
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1036 san