11:36 07 yanvar 2014
2394 dəfə oxunub
Çap versiyası
...

Bu gün daha bir gənc qadının yüksək vəzifəyə təyin edilməsi barədə məlumat oxudum. Bakı Baş Təhsil İdarəsinin məsləhətçisi Arzu Fikrət qızı Məmmədova Sabunçu rayon icra hakimi başçısının humanitar məsələlər üzrə müavini təyin edilib.

Bundan əvvəl isə 25 yaşlı Aygün Əliyeva ötən ilin dekabrında Binəqədi rayon icra hakimiyyəti başçısının müavini təyin edilmişdi.

İdarəetmə orqanlarında qadın kadrların irəli çəkilməsini Azərbaycan Prezidenti cənab İlham Əliyevin kadr siyasətində daha bir müsbət amil kimi qiymətləndirirəm. Əvvəldən də Azərbaycanda məsul vəzifələrdə qadın kadrların təyinatı özünü tamamilə doğruldurdu. Azərbaycan Prezidentinin Katibliyinin rəisi Dilarə xanım Seyidova, Prezident Administrasiyasınınşöbə müdiri Fatma xanım Abdullayevanın işlərinə məsuliyyətlə yanaşmaları həmişə Azərbaycan cəmiyyətinin diqqətində olubdur.

 

Vəzifələrinin adlarını çəkməsəm də Bahar xanım Muradovanın, Sona xanım Salmanovanın, Məleykə xanım Abbaszadənin, Hicran xanım Hüseynovanın, Gülçöhrə xanım Məmmədovanın, Aqiyət xanım Naxçıvanlının, Sevinc xanım Həsənovanın, Xalidə xanım Bayramovanın və onlarla digərilərinin fəaliyyəti bu gün təkcə məşğul olduqları sahənin insanları üçün deyil, bütün Azərbaycan xalqına yaxşı məlumdur.

Azərbaycan xalıq həmişə uğurlu və məsuliyyətli qadın kadrları ilə tanınıb. Qadınlara məxsus səliqəlilik, məsuliyyət, insanlara humanist yanaşma həmişə öz müsbət nəticəsini veribdir. İşlərinə yaradıcı yanaşma çalışdıqları sahənin qarşısında duran məsələlərin həllinə həmişə təsir edib, cəsarətlə problemlərin həllinə çalışıblar.

Azərbaycan qadınları müdrk Şərqdən gələn xüsusiyyətlərlə həm rəhbər, həm ana, həm həyat yoldaşı rolunu uğurla həyata keçirirlər. Ona görə də onları inamaq və cəsarətlə irləli çəkmək siyasəti təqdirə layiqdir. Məsuliyyət və çalışqanlıq onların genetik yaddaşında, cəmiyyətdə qazandıqları yüksək hörmətin əsasındadır.

Aydın Mirzəzadə,

Milli Məclisin deputatı

 








Şərh yaz
Yoxlama kodu:26639
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1236 san