11:48 07 yanvar 2014
2294 dəfə oxunub
Çap versiyası
...

Su hovuzunda nasosa sovrularaq ayağını itirən 4 yaşlı uşağın müalicəsi Amaniyanın Drezden şəhərində davam etdirilir

 Ötən ilin yayında Nabrandakı istirahət mərkəzindəki hovuzda üzərkən su nasosunun sovurması nəticəsində ayağı qopan 4 yaşlı İmran Cəfərzadənin müalicəsinin reabilitasiya mərhələsinə başlanılıb. İmranın xalası Əzizə Baxşəliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, müalicənin reablitasiya mərhələsi üçün İmranı Almaniyanın Berlin şəhərindən Drezdenə aparıblar: "Reablitasiya kursu bir az vaxt apamalıdır. İmaran hələ ki, reablitasiya kursu keçir. Axırıncı əməliyyatdan sonra müalicəni Drezden şəhərində davam edir".

Ə.Baxşəliyevanın sözlərinə görə, həkimlər balaca İmaranın orqanizminin reablitasiya kursuna necə cavab verəcəyini gözləyirlər: "Həkimlərin təyin etdikləri plan əsasında reablitasiya prossesi gedir. Hər şey reablitasiyanın gedişindən aslıdır."

Xalası hələlik ona protez ayaq qoyulmadığını deyib. Onun sözlərinə görə, reablitasiyanın müəyyən mərhələsində İmranın ayağına protez qoyacaqlar. Hələ müalicə o mərhələyə çatdırılmayıb.

Azərbaycanın Almaniyadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, İmran Cəfərzadənin vəziyyəti normaldır və müalicəsi əvvəlki qaydada davam edir.

Qeyd edək ki iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village" akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadənin müalicəsi prezidentinin xüsusi göstərişi ilə Almaniyada davam etdirir.

Strategiya.az








Şərh yaz
Yoxlama kodu:82678
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1917 san