Ramiz Hacıyev-Audio
11:29 08.12/2012
11:49 07 yanvar 2014
3554 dəfə oxunub
Çap versiyası
...

Əməkdar artisti qəzəbləndirdilər

Əməkdar artist Aybəniz Haşımova ürəyindən əməliyyat olunan gənc müğənni Mirkamil Kamilova dəstək nümayiş etdirib. 

ANS PRESS-in məlumatına görə, qızı Aynişanla birlikdə Mirkamili İranda ziyarət edən Aybəniz xanım, "Facebook" səhifəsində maraqlı statusla birlikdə fotolarını paylaşıb. 

Əməkdar artistin bu sözləri kimlərə ünvanlandığını dəqiq bilməsək də, onun çox acıqlı olduğu bəllidir: "Əslində bu şəkli paylaşmayacaqdım. Amma bəzi ağzıgöyçəklərə demək istəyirəm ki, heç kəsə pinə etməsinlər, başlarına gələr..Allah heç kəsin balasını belə sınağa şəkməsin. Körpə canıyla əlləşdi, bəzi tərbiyəsizlər isə, sanki Mirkamilə az qaldılar bəxtəvərlik versinlər. Bravo vallah. Bunun adını nə qoyaq?! Nə qədər gec deyil adam olun bəzi mərifətsizlər! Gözlərinin önündə böyüyən körpənin bu ağır gününə sevinc donu geyindirmək olmaz! "

Aybəniz xanım xəstəxana şəkillərini paylaşmaq fikrində olmadığını, lakin buna məcbur qaldığını deyib: "Əvvəlcə düşündüm ki, xəstəxanada olan şəkilləri qəti paylaşmayaq. İstəmədim ki, görəsiniz, ürəyiniz xarab olsun. Aynişana da dedim ki, evdə çəkdirdiyimiz yaxşı şəkillərdən qoyun ki, camaatın qanı qaralmasın. Amma gördüm yox, bəzi insanlıqdan uzaq olanlar artıq başlayıblar özlərindən şayilər yaymağa. .Guya xəstəlik-fəlan olmayıb. Sən demə bəxtəvərlikdən getmişik ora. Allahı unudanların sonu yaxşı deyil."

 








Şərh yaz
Yoxlama kodu:82875
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1294 san