12:24 07 yanvar 2014
2275 dəfə oxunub
Çap versiyası
...

Strategiya.az Trt-yə istinadən xəbər verir ki, İraqda artan şiddət ABŞ rəhbərliyini hərəkətə keçirib. Əl-Qaidə ilə əlaqəli İraq Şam İslam Dövləti təşkilatının Fəllucə və Ramadi şəhərlərini ələ keçirməsindən sonra Vaşington, İraq rəhbərliyinə dəstək verəcəyini bildirib. İraq rəhbərliyi ilə yaxın əlaqə saxladıqlarını bildirən Ağ evin nümayəndəsi, Əl Qaidəyə qarşı geniş bir strategiyanın hazırlandığını bəyan edib. Bu arada raket, vertolyot və pilotsuz təyyarələrinin bölgəyə göndərilməsi üçün hazırlıq işləri görülür. Daha əvvəl də 10 ədəd pilotsuz təyyarələrin müşahidə məqsədi ilə bölgəyə göndəriləcəyi bildirilmişdi. ABŞ siyasətçiləri İraqda yaşananlardan narahatdılar.Respublikaçı senatorlar Obama rəhbərliyinə qarşı ittihamlarını davam etdirir. 2004-cü ildəki işğalda ABŞ ordusunun ən çox itkini Fəllucədə verdiyini xatırladan Konqres üzvləri, Ağ evi qırğına ortaq olmaqla günahlandırıblar. Mühafizəkar senatorlar, bölgədən ABŞ əsgərinin çəkilməsi ilə yaranan boşluğu Əl Qaidə üzvlərinin doldurduğunu deyiblər.
Strategiya.az








Şərh yaz
Yoxlama kodu:38406
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1041 san