12:28 07 yanvar 2014
3085 dəfə oxunub
Çap versiyası
...

Qız qaçırmaq istədilər, evdəki qonağı da döydülər

Belə ki, rayonun Potu kəndinin sakini Ariz Əliyev qardaşı (qardaşının adını dəqiqləşdirə bilmədik, ancaq Şıbı ləqəbi ilə tanındığı bildirilir) ilə birlikdə Göyçay rayon Potu kəndinin digər sakini Ağasəf Məmmədovun qızını qaçırmaq istəyib.

Rayondan verilən məlumata görə, qardaşlar dayıları Rəşad və digər qohumları ilə birlikdə qızını qaçırmaq istədikləri valideynlərin - Ağasəf Məmmədovun və ailəsinin etirazı ilə üzləşiblər.

Bundan əsəbiləşən çağırılmamış qonaqlar qızı, anasını və evdəki qonağı vəhşicəsinə döyüblər.

Buna görə də Ağasəf Məmmədov Göyçay Rayon Polis Şöbəsinə, habelə Daxili İşlər Nazirliyinə müraciət edib. Hər 4 şəxs polis tərəfindən saxlanılıb, lakin sonradan onlardan biri sərbəst buraxılıb.

Hazırda qardaşlar, eləcə də onlarla birlikdə bu işdə iştirak edən dayıları Rəşad həbs olunublar./qaynar.info/

 








Şərh yaz
Yoxlama kodu:83422
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2044 san