05:39 08 yanvar 2014
4978 dəfə oxunub
Çap versiyası
...

Biz azərbaycanlılar üçün illərdir doğru tanıya bilmədiyimiz ölkələrin başında Türkiyə gəlir. Geliyorum, gediyorum öyrenenden sonra, "Qurdlar Vadisi"nde xeyali dolaşan çoxları bu cemiyyetin içindekileri rahatlıqla oxuduğunu düşünerek, mülahizelerinin yanlışlığını israrla davam etdirirler. Onlar üçün ya yaxşı olan laik Türkiye var ve pis İslamçı Türkiye var, ya da yaxşı İslamçı Türkiye ve pis laik Türkiye var. Ve bütün tenqidler ve teqdirler de bu ehkamlar üzerinden boy verir. Eslinde ise bizim tesevvürlerimizden kenarda qalan gerçek, Türkiye cemiyyetinin alt qatlarında yer alan dinamizmdir ve bu da addım-addım siyaseti de, sosial-iqtisadi yaşamı da yeniden şekillendiren bir amile çevrilmekdedir. Türkiye siyasetinde, ictimai heyatında, bürokratiyasında, ordu iyarerxiyasında, dini-mistik quruluşunda, iş dünyasında, elece de medyasında şekiller, görüntüler üzerinde derhal sabit bir görüş formalaşdırdığını zenn edersense, bu cemiyyetin aşağıdan qaynayan dinamizmini tehlil etmekde xeyli çetinlik çekersen.

Türkiyeye ile müqayisede sıradan Azerbaycanlılar Rusiya cemiyyetinin xarakterini daha tez açır ve burada daha asanlıqla, hetta dil baryerine rağmen özüne uzunmüddetli oturacaq yeri müeyyenleşdire bilir. Çünki burada hüququn işlemesi ile bağlı problemler olsa da, insan xarakter olaraq gizli heyat terzine sahib deyil ve başqalarının davranışında da narahatedici meqamlar axtarmağa meylli görünmür. Açıq içkisini içer, intim heyatını istediyi terzde yaşar, eylencesini başqasının ölçüleri içinde mehdudlaşdırmaz ve bu da hemin cemiyyete uyğunlaşmaqda çetinlik yaratmaz. Rusiyada saldırqan tutum adeten iki amilden qaynaqlanır: birincisi, gelmeler rus cemiyyetinin normalarını pozaraq ona öz isteklerini zorla qebul etdirmek isteyende ve ikincisi, dövlet adına birilerinin hansısa siyaseti miqrantları behane ederek tetbiq etmek isteyende. Bu cemiyyetin serbestliyinde bizler hem medeni hedefi olmayan bir insan topluluğunu temsil etdiyimize göre, hem de qapalı aile ve mehelle çevrelerinden geldiyimize göre, görmediyimiz günün dadını çıxarmağa o qeder alude oluruq ki, qarşımıza sert bir dövlet siyasetinin şapalağı çıxanda total ve savadlı müqavimet davranışı göstere bilmirik. Fikrimce, Rusiya cemiyyetinin xarakterini oxusaq da, öz xaraktersizliyimiz burada bizleri intellektual menada ne ferdileşdire bilir, ne de teşkilatlandıra bilir. Almaniyada müşahidem gösterir ki, uyğunlaşmaq bir qeder daha az problemli olur. Orada hüquqa verdiş etmeyen elementleri cemiyyetin hüquqa bağlı xarakteri derhal sındırır ve burada huquq her şeyi sıfırlaya bilir: qabadayılığı da, köntöylüyü de, başqasının heyatina burun soxmağı da, öz heyatını başqasının dedı- qodusunu nezere alaraq düzenlemeyı de... Ferdi düşünce sistemi oturuşmuş insanlar üçün bele bir cemiyyet daha faydalı bir özünütekmilleşdirme fürseti yaradır.
Türkiyede ise bizim yanlış istiqamet götürme, inteqrasiyada telesmemek lüksumuz mövcuddur. Nece olsa erköyün davranışımızı qardaşlıq namine yola vere bilecek bir dövletden ve cemiyyetden söhbet gedir. Ona göre de Türkiye cemiyyetinde yaşayaraq onun temal strukturunu anlayan azerbaycanlı qardaşlarımızın sayı ele de çox deyil. Bu ise aramızdakı mesafeli münasibetin davam etmesine, bir-birimizi doğru çöze bilmemeyimize getirib çıxaran esas amillerdir.

Bizlerin Türkiye ile bağlı tesevvürlerimizde ilk önce cemiyyetin strukturu barede bilgi yetersizliyi durur. İlk önce parlamentar sistem, partiya modelli reqabet, sendika şebekesi, belediyye mexanizmi haqqinda nezeri bilgilerimiz olduğundan, bunlar öz ölkemizin heyatında praktik yaşamda tekrar-tekrar gündeme gelmediyinden, bu kimi tesir mexanizmlerinin nece işlemesini teyin etmekde haqlı olaraq çetinlik çekirik. Diger terefden bizde dövletın qorunma instinktinde polis mühakimesi öne çıxarken, Türkiyede uzun iller mövcud olan ordu dövleti imici indi-indi deyişmeye başlayıb ve son on ile qeder siyasetin hüdudlarını birbaşa ve dolayı yolla ordu müeyyenleşdirib. Hem de Türkiye bizim kimi xammal dövleti olmadığından, neftin fontanı ve qazın iysi ile deyil, vetendaşın teşebbüs fontanı ile büdcesini doldurmaq mecburiyyetindedir.
Bizde dövletin hüququ var, Türkiyede ise yaxşı-pis hüquq dövleti var. Bununla bele, hüququn ideologiyanın aşağı pillesine sıxışdırılması sistem içinde sabit bir münasibetler sistemini qurmağa imkan tanımır. Tesevvür edin ki, iller önce AKP-nın bağlanması haqqında qerar Anayasa mehkemesinde bir ses çoxluğu ile qebul olunsaydı, o zaman tarixin gedişi hansı xarakterde aktyorlarla davam edecekdi. O zaman ipden dönen AKP hakimiyyeti bu zaman eyni ideolojı yanaşma ile siyasi qerarlarla hüququ yönlendirmeye, yeniden tertib etmeye çalışır. İndi Türkiye cemiyyeti mehz bu tezadı çözmeye çalışır. Hüququn siyasileşmesinin en sonda siyasetin hüquqdan uzaqlaşmasına getiren bir merhele olduğunu anlayanlar üçün bu proseslerin narahatlıq yaratması da anlaşılandır.

Türkiye eslinde tarixen olduğu kimi, bu gün de teriqetçilik verdişi ile yöneldilen bir cemiyyetdir. Burada laıklık de bir teriqet xüsusiyyeti daşıyır. Çünki burada teriqetçiliyin dini mezmunundan deyil, sosial xarakterinden doğan idareetme anlayışı var. Yaxşı-pis Hüquq dövleti hüquq şüurunun prinsipce teriqet verdişinin, camaat qerarının, Atatürkçü düşüncenin altında sıxışıb qalmasına imkan tanımamalıdır.
Diger terefden, Türkiye cemiyyetinin alt sütununda belediyye idareetme anlayışı artıq o seviyyede yerleşmiş ki, hökumet özü bir çox hallarda belediyyelerden asılı veziyyetde. Ona göre de hökumet seviyyesinde baş veren çalxalanmaları derhal bir sistem çöküşü olaraq izah etmek tamamile yanlışdır. Anladığım qeder, Türkiyenin esas problemi sevgi artıqlığı ve hüquq eskikliyidir. Sen burada müxtelif kesimlerle söhbet ederken her kesin başqasına iradının bu ve ya diger subyekte sevgisinin, sayğısının az olmasından başladığını sezeceksen. Solçu ve laik kimse üçün Atatürk sevgisinin qabardılması, dindar kesim üçün peyğember sevgisi, ceferiler üçün Ehli Beyt sevgisi, eleviler üçün Ali sevgisi, camaat üçün ayrılıqda öz şeyxinin sevgisi hüququn üzerine çıxarıldığına göre cemiyyet sevgi ile hüququn mesafesini deqiq teyin ede bilmir. Vaxtile laık düşüncenin temsilçileri ideoloji yanaşmanı öne çekerek hüququ arxa planda tuta bilirdilerse, sonra dini kimlikle siyasetin üst qatında yerleşenler de ferdi heyatda normal qarşılanacaq dini şüuru, ictimai heyatda cinahlaşmadan çekinmeyerek eyniyle laik kesim kimi hüquq şüurundan üstün tutma verdişinden uzaqlaşa bilmediler. Neticede ideoloji, siyasi, dini, mesleki marağa göre hüquq, insana göre hüquqdan indiyedek bir addım önde oldu.
İndi 17 dekabr Türkiyesinden sonrakı tarix üçün bele bir deyişim fürseti yaranıb. Son vaxtlar Türkiyede Baş Nazirin Barolar Birliyi Başqanı ile, yani ölkenin esas hüquq temsilçileri ile görüşerek çözüm yolları araması belke de en müsbet hadiselerden biri sayılmalıdır. İdareçilikde hüquq cinahı ile meslehetleşerek addımlamaq yeni modeli doğura biler. Türkiye hem laiklik, hem de dinçilik ehkamından hüquqa transformasiyanı doğru yürüde bilerse, Yaxın Şerq üçün, hem de bizim Azerbaycan üçün hüququn ideologiyaya qalib gele bildiyi bir dövlet nümunesi ola biler..

Fazil Mustafa,

Milli Məclisin deputatı

 








Şərh yaz
Yoxlama kodu:58199
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1036 san