05:42 08 yanvar 2014
4786 dəfə oxunub
Çap versiyası
...

Müdriklik dərsi

Bir gün bir qocanın yanına gözü yaşıl gənc, gözəl bir qız gəlir:
- Nə edim, mənə məsləhət verin. Mən həmişə hamıya kömək etməyə, heç kimi incitməməyə çalışıram. İnsanlara qarşı çox xeyirxaham. Bu qədər səmimi və mehriban olmağıma baxmayaraq, hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər. Mənim günahım yoxdur, bu, ədalətsizlikdir. Az qalıram belə münasibətə görə ağlayım.
Qoca gözəl qıza baxdı və gülümsədi:
- Gedək, mən sənə öz bağımı göstərim.
Müdrik adam qızı bağa apararaq dedi:
-Neçə illərdir ki, mən bu güllərə, çiçəklərə su verirəm, qulluq edirəm. Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki, hər gün onların gözəlliyindən və ətrindən zövq alıram.

Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç. Sənin qəlbin qapı kimi açıqdır, hamı ora sərbəst daxil olur. Qapını hər adamın üzünə açma. Diqqət et ki, kim sənə dost olmağa layiqdir, kim çiçək sulayan, sənin xeyirxahlığına təkan verəndir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.

Aydın Mirzəzadə,

Milli Məclisin deputatı

 








Şərh yaz
Yoxlama kodu:36877
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1854 san