05:50 08 yanvar 2014
2648 dəfə oxunub
Çap versiyası
...

ABŞ Silahlı Qüvvələrinə aid Sikorsky HH-60 Pave Hawk hərbi helikopteri İngiltərənin şərqindəki Norfolk qraflığında qəzaya uğrayaraq bataqlığa düşüb və partlayıb

Qəzada 4 nəfər həlak olub.

Helikopter Londondan təxminən 150 km şimal-şərqdə, Norfolk şəhərinin şimalında, Kley Nekst ze Si şəhərciyinin yanında qəzaya uğrayıb. Hadisə yerində polis çalışır. Helikopterin düşdüyü yerin ətrafında 400 metr diametrdəki bölgə xüsusi zonaya çevrilib.

Qəza yerindən 80 km kənardakı Leykenhitdəki ABŞ hərbi bazasının komandanlığının yaydığı açıqlamada deyilir: "İnsidentin səbəbləri araşdırılır. Helikopter adi proqram əsasında məşq uçuşunu gerçəkləşdirirdi".

Black Hawk helikopterinin modifikasiyası olan HH-60G Pave Hawk döyüş şəraitində xilasetmə və təxliyyə məqsədləri üçün istifadə olunur. 2 nəfərlik heyəti olan helikopterin dəyəri 40,1 milyon dollardır.

İngiltərənin şərqindəki Norfolk və onun yaxınlığındakı Sasseks qraflıqlarında ABŞ-ın bir neçə hərbi bazası var.

Strategiya.az








Şərh yaz
Yoxlama kodu:67172
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1074 san