08:37 08 yanvar 2014
2751 dəfə oxunub
Çap versiyası
...

 Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır

Azərbaycanda mülayim hava şəraiti yanvarın 9-da da davam edəcək.

Strategiya.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yanvarın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 








Şərh yaz
Yoxlama kodu:92683
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1018 san