09:12 08 yanvar 2014
2969 dəfə oxunub
Çap versiyası
...

   İlk günlərini yaşadığımız 2014-cü ildə dünyanın siyasi mənzərəsi ilə bağlı proqnozlar verərkən Rusiyanın siyasi gündəmi və bu ölkədə baş verənlər mütləq nəzərə alınmalıdır. Çünki, 2013-cü ildə baş verənlər Rusiyanın dünya siyasətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək bir oyunçu olduğunu göstərdi. Qərbin Suriyaya hərbi müdaxiləsinə günlər qaldığı deyilən bir vaxtda Moskva sürpriz bir təkliflə ortaya çıxdı və demək olar ki, indiyədək Suriya böhranında qalib tərəfdir.

2013-cü ilin yekunlarına görə, Rusiya postsovet məkanının ən vacib ölkəsi olan Ukraynada da qalib tərəf oldu. Publika.Az -ın verdiyi xəbərə görə, Polşanın "Rzeczpospolita" qəzeti Rusiya baxımından 2014-cü ili qiymətləndirib.

Yazı müəllifi Ancey Talaqa hesab edir ki, 2014-cü ildə Rusiya Polşa üçün geosiyasi çağırış olaraq qalacaq. Arxada qalan ildə Rusiyanın öz rəqiblərini aldatmağı bacardığını yazan müəllif bununla belə 2014-cü ildə məyusluq üçün səbəb olmadığını bildirir. "Vəziyyət Rusiya üçün elə də buludsuz deyil", - o, qeyd edir.

A.Talaqa Moskvanın "win-win"9 qazan-qazan) prinsipinə əsaslanan siyasətdən imtina etdiyini bildirir:"Onun yerinə dumanlı konfiqurasiyaları yaratmaq niyyətindədir. Guya, bütün tərəflər qalib gəlir. Rusiya möhkəm prinsiplərlə xarici siyasətini qurmağa üstünlük verir. Hansı ki, bu dövlətin gücü coğrafi mövqedən, demoqrafik potensialdan, iqtisadiyyatın inkişafından və ordudan istifadədən asılıdır. Və oyunda həmişə qaliblər var . Heç-heçə nadir və aralıq vəziyyətdir. Bu perspektivdə keçən il Rusiya üçün qələbə ili oldu. O, Suriya kimyəvi silah probleminin həllində əhəmiyyətli rol oynadı, Əsəd rejimini Qərbin hücumundan qorudu, sanksiyalarla İranın axırına çıxmağa imkan vermədi, Ermənistanı Gömrük Şurasına qoşulmağa məcbur etdi, "Cənub axını" qaz kəmərinin tikintisi ilə bağlı son müqavilələri imzaladı və nəhayət, Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi bağlamaqdan Ukraynanı çəkindirdi. Vladimir Putinin çarlığı təhlükələrdən hasarlanıb. Yalnız ilin son günlərində Volqoqradda törədilən terror aktları işləri bir qədər korladı. Qərbin bir neçə ölkəsinin liderləri bəyanat verdilər ki, insan hüquqlarının pozulmasına görə Soçi Olimpiadasına getməyəcəklər".

Yazı müəllifinin fikrincə, bu iki "xırda şey" 2014-cü il problemlərinin birinci qaranquşu ola bilər. A.Talaqa qeyd edir ki, eyni zamanda enerji marşrutlarının diversifikasiyası üzrə Avropanın layihələri inkişaf etdirilir:"Qdansk və Riekanı birləşdirən neft kəmərləri sistemi yaradılır. Polşa və Litvada qaz terminalları tikilir. Beləliklə Rusiya neftinə Avropanın ehtiyacı azalacaq. Bütün bunlar Rusiyanın büdcəsinə ağır zərbə olacaq və vəziyyəti gözəçarpacaq dərəcədə pisləşəcək. Yeni ildə ümumi daxili məhsulun 10 faizlik artımı gözlənilmir. Hansı ki, məhz belə bir artım Putinin hakimiyyətini möhkəmləndirib. Üstəlik, Putin Ukrayna prezidenti Viktor Yanukoviçə 15 milyard dollar söz verib. Açıq və gizli ödənişlər həm də Rusiyanın şöhrətini qaldıran Soçi Olimpiadasına gedəcək. Ancaq Qafqaz terrorçuları oyunlar zamanı Moskvada, Soçinin özündə böyük terror aktları həyata keçirərlərsə, şou uğursuzluğa düçar ola bilər".

"2014-cü ildə Rusiya diz üstə yıxılmayacaq, həm də imperiyaya çevrilməyəcək. Avropa İttifaqı Ukraynada uduzdu, ona görə yox ki, Moskva daha güclü oldu. Brüssel və Avropanın aparıcı paytaxtlarında diqqət daha çox Kiyevə yönəlməlidir. Halbuki Ukrayna Moskva üçün birinci, Avropa İttifaqı üçün maksium üçüncü dərəcəli məsələ idi", - A.Talaqa qeyd edir.

Ukraynanın Polşa üçün prioritet olduğunu yazan müəllif hesab edir ki, ümidlər hələ tükənməyib. O, Kremlin manevr sahəsinin daraldığını və Yanukoviçin siyasi reytinqinin kəskin düşdüyünü bildirir.

"Enerji resurslarının ixracından asılılıq, Qafqazda çürüyən müharibə, köhnəlmiş iqtisadiyyat və ölkəni iflic edən onun korrupsiya, effektsiz idarəetmə - güclü dövlətin göstəriciləri bunlar deyil. Rusiya ilə mübarizə aparmaq olar. Necə ki, o Avropaya təsir etmək üçün sərt oyunu sevir", - A.Talaqa Moskvanı məğlub etməyin yollarını göstərir.








Şərh yaz
Yoxlama kodu:42199
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.111 san