09:14 08 yanvar 2014
2238 dəfə oxunub
Çap versiyası
...

 İran mətbuatı ölkə prezidenti Həsən Ruhaninin vilayət (ostan) rəhbərləri ilə keçirdiyi görüşdəki çıxışını geniş yayıb. Görüşdə prezident bir sıra məsələlərə toxunub.

H.Ruhaninin toxunduğu məsələlərdən biri də Urmiyə  gölü və ölkədə yaşayan digər qeyri-fars millətlərinin durumu olub.  O bildirib ki, Urmiyə gölü ilə bağlı əvvəllər tətbiq olunan siyasət düzgün olmayıb və müəyyən addımlar atılmalıdır ki, bu təbii hövzə qurumasın: "Əgər göl qurusa, bu, müqayisə olunmaz təhlükə olacaq. Milyonlarla insan yaxınlıqda olan əraziləri tərk etməyə məcbur olacaq".

 İranda yaşayan millətlər arasında münasibətlər barədə danışan H.Ruhani deyib ki, ölkədə yaşayan hər bir millət bərabər hüquqlara malikdir: "İrqindən, milli mənsubiyyətindən, cinsindən asılı olmayaraq, hamı qanun qarşısında bərabər olmalı, onlara eyni imkanlar yaradılmalıdır. Farslar, türklər, bəluclar, ərəblər, lorlar və digər millətlər İran bayrağı altında yaşayırlar və onlar öz hüquqlarını bilməlidirlər".

Qeyd edək ki, Bu kimi çıxışlar İranın keçmiş prezidentləri tərəfindən də edilib. Vaxtı ilə Azərbaycan türk milləti və digər millətlər bu vədlərin gərçəkləşməsinə ümid də bəsləyiblər. Lakin hələ ki, heç nə reallaşmayıb. Hətta Həsən Ruhaninin dönəmində də bu günə qədər qeyri-fars millətlərinin mədəni hüquqları ilə bağlı heç bir dəyişiklik yoxdur. Hətta insan haqları baxımından vəziyyət biraz da ağırlaşıb. Bundan sonranı isə zaman göstərəcək!/gunaz/

 

 








Şərh yaz
Yoxlama kodu:86848
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1908 san