11:41 08 yanvar 2014
3136 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanda bütün hallarda uşaqlara cismani cəzaların tətbiqi cinayət məsuliyyəti yaradacaq

Strategiya.az APA -ya istinadən xəbər verir ki, Azərbaycanda 14 yaşına qədər olan uşaqlara qarşı bütün hallarda cismani cəza qadağan olunur. Bununla bağlı yeni "Uşaqların cismani cəzadan qorunması haqqında" qanun layihəsi hazırlanıb, eyni zamanda yeni qanundan irəli gələrək Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr də ediləcək.

Yeni qanunda ailələrdə, uşaq evlərində, bağçalarda, məktəblərdə, eləcə də uşaq həbsxanalarında uşaqların cismani cəzadan qorunması ilə bağlı qabaqlayıcı müddəalar öz əksini tapıb. Məqsəd polis, icma, ailə və digər yerlərdə uşaqlara qarşı hər hansı fiziki təzyiqin tətbiq edilməsinin qarşısını almaqdır.

Yeni qanundan irəli gələn müddəalara əsasən isə Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı məsuliyyət yaradacaq maddələr də əlavə olunacaq. Bura müvafiq olaraq müxtəlif cərimələrdən, inzibati məsuliyyətdən tutmuş 3 il müddətinə qədər həbs nəzərdə tutulur.

Yeni qanun bu sessiya ərzində Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 








Şərh yaz
Yoxlama kodu:59124
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1009 san