Ramiz Hacıyev-Audio
11:29 08.12/2012
11:55 08 yanvar 2014
3709 dəfə oxunub
Çap versiyası
...

Strategiya.az-a verilən məlumata görə, Natiq Axundun artıq starta yaxınlaşan "Tozalan" layihəsindən yeni, maraqlı bir addım! Belə ki, Natiq Axund, "Tozalan" silsiləsindən olan, müəllifi olduğu, "Xalqin sevimlisi Joe dassen Habil" hekayəsini sosial şəbəkədə (facebook) dostları arasında müzakirə obyektinə çevirmək qərarına gəlib. ( "Natiq Axund" adlı şəxsi profilindən.) Həmçinin bildirib ki, "facebook dostlarimin böyük qismi teatr və kino aləmində, ümumiyyətlə incəsənətin müxtəlif sahələrində çalışan şəxslərdir. Bu da sozsüz ki, təsadüfi deyil... İndi baxin, bu layihə daha çox ictimaiyyətlə sıx bağlı olduğuna görə "Tozalan" silsiləsindən bir az fərqli janrda olan bir hekayəni (ssenarini) dostlarımla müzakirəyə buraxıram. Bu baş tutarsa, artıq ele hesab etmək olar ki, "bədii şura"-nın üzvlərinin sayı inanılmaz qədərdir. təbii ki, kimlər öz məntiqi düşüncə və təklifləri ilə fərqlənərsə, o şəxslərlə əməkdaşlığa üstünlük veriləcək. İstər incəsənət sahəsindəki dostlarıma, istərsə də fərqli sahədə çalışan, amma ruhən bizim bu sənətə çox yaxın olan hər bir dostumun istedadına inanır və bu addımda hamisinin fəal olacağını düşünürəm... Bu layihədə, tamaşaçı istəyi və düşüncəsni, gələcəkdə onunla sıx ünsiyyət qurub, bir növ əməkdaşlıq etmək istəyimizi də nəzərə alsaq, elə bilirəm ki, bu addımı anlamaq o qədər də çətin olmaz..." Sonra Natiq Axund, doğru, məntiqi təkliflərin və iradların nəzərə alınacağını da qeyd edib. Hekayəni sizlərə təqdim edirik... "Tozalan" silsiləsindən bir hekaye. Adı: "Xalqin sevimlisi Joe Dassin Habil" Müəllif: Natiq Axund Redaktor: Şirməmməd Nəzərli Janr: satira və yumor (trogikomediya) Xronometraj: qısametrajlı film üçün Gözəl mənzərə, günəşli hava... Bir nəfər, uşaqları sevindirmək, onları əyləndirmək niyyəti ilə Jou Dassinin romantik mahnılarından birini çox yüksək zövq və həvəslə oxuyur... (fonoqramma) Ətrafında, onu dinləyən yeniyetmə uşaqlar... maraqlı klip təsiri bağışlayan romantik səhnə... Sanki, ən xoshbəxt anlarını yashayan Habil, Joe Dassinin ara-bir fitlə də ifa edən "Salut" mahnisini bütün qəlbi ilə hiss edərək, onu təqlid edir, hərəkət və baxışları ilə bu romantik mahnının sədalari altinda üzərək... birdən... Birdən yüksək səslə bu gözəl mənzərəni alt-üst edən bir qadın çığırtısı eşidilir... - Ay Haabiiil... (hamının diqqəti bir nöqtəyə yönəlir.) Habil də oxumağı saxlayıb, yaxındakı balkona tərəf dönür: - Həə, nə olub yenə? Qadın -get, pampers al! Uşağın pampersi qurtarıb. Habil -yaxşı, indi gedirəm... Sonra musiqi mərkəzini işlədən gəncə, ətrafdakı digər uşaqlara işarə edərək: -söndürün onu, yığışdırın getsin! Dağlışın hamınız! (asta səslə) pampers çıxaranın ...duuud... oynamaq, əylənmək bizim üçün deyil!... deyir və gedib yaxındakı sexə daxil olur. Fonoqramma oxutduran gənc və bayaqdan heç o qədər də gözə görünməyən, bir neçə nöqtədən mobil telefonla video cəkilişləri edən azyaşlı uşaqlar yerlərindən çıxıb, onlara aid olan ləvazimatlarını yığışdırıb dağılışırlar. Bir neçə müştəri, sexdə işləyən usta Habilə yaxınlaşır... Dogurdan da Habil böyük sənətkar idi, həm də sadə və gözəl bir insan... Uşaqlara sonsuz sevgisi, hər-hansı bir vasitə ilə olsa belə, onları əyləndirmək də məhz onun bu xususiyyətlərindən irəli gəlirdi. İnsanların isə, Habilin sexində dayanıb, onun illərlə topladığı Azərbaycana məxsus çox qədim, klassik naxışlarla bəzədilmiş biri-birindən fərqli və misilsiz görünən bu, parıltılı gümüş, dəmir və s. qablara sadəcə dayanıb tamaşa etmək, hər kəsə xususi zövq verirdi... Nədənsə sexin bu görkəmi qəlbə bir rahatlıq gətirir, insanlara hətta "qədim Azərbaycan"ı xatırladırdı. Bu əntiq əşyalara maraqla baxan da var idi, alan da, nisyə götürən də. Habilin işlədiyi zaman oturub, sadəcə ona tamaşa etməyi hər şəydən üstün tutan Leylaya isə bu dəfə Habili saatlarla izləmək nəsib olmayacaqdı, cünki, evdə ondan pampers gözləyirdilər. Habil sexdən çıxıb magazaya yollanır. Marketdə satıcı qızdan 2 ədəd 4 nömrə, 3 ədəd isə 2 nömrə pampers istəyir. Qiz pampersi verəndə Habillə göz-gözə gəlir və inanmır... bir daha diqqətlə ona baxir və -uşaqlar?!... deyə o biri işçiləri səsləyir... Başqa biri həyəcanla -Joe Dassennn?!... deyə Habilə yaxınlaşır. Sonra digərləri də qabağa gəlir, maraqla Habili başdan ayaga süzürlər... Təəccüb və heyrət içində donub, qalan Habil... bir də baxır ki, marketdə, monitorda onun bayaq oxudugu mahnının klipi gedir... Habil -bıy... bu nədir?!... qızlar qışqıraraq -Joe Dassennnn !!! Habil -Atova lənət youtub...!!! Hərə bir tərəfdən Habilin üstünə hücum edir! Kimisi sual verir, kimisi avtoqraf almağa can atır, kimisi də az qalır ki, mazotlu pal-paltarından cırıb, təbərrük üçün götürə... və s. və i. ... Yanağında pamadadan öpüş yeri qalan, qucaq dolu bazarlıqla marketdən çölə çıxan Habil, küçədə ağır addımlarla irəliləyərək ürəyində danışır... - Düz 23 ilə yaxındır ki, öz dəmirçilik sənətimlə bu camaata xidmət göstərirəm. Azərbaycana məxsus cox qədim, köhnəlmiş, əzilmiş klassik dəmir qabların toplanması, düzəldilməsi və yenilənməsi... Hələ indiyə kimi bir nəfər də olsun, kim isə gəlib, məndən nə halımı soruşan, nə də dar gündə əlimdən tutan olmadı. Dükanda, marketdə nə bir köpək oğlu, bir konfeti, nə də bir tikə çörəyi mənə pulsuz təklif etmədi... Halbu ki, çoxlarının işi məndən keçirdi, heç kəsə də borclu qalası deyildim... Hər gün də nağd pulla, ən azı 5 dənə pampers alırdım bunlardan. 2-si Totu üçün, 3-ü Məsi üçün. Necə olub ki, bu vaxtacan məni tanımayıblar?! (gözləri dolur...) Bəs..., indi nə baş verdi ki, məni belə, qarşıladılar?! Pampersin pulunu almadılar, üstəlik məni bu qədər şeyə qonaq elədilər, hələ aylıq bazarlığıma limit də ayırdılar?! Ayaq saxlayır... geriyə dönür... artıq uzaqda qalan mağazaya tərəf diqqətlə baxir... -Niyə? Fransız mahnısını oxuduğum üçün? Ya o, bir yarımçıq klipə görə? Bəlkəəə bu, Joe Dassine olan sonsuz sevgi və hörmətdir... Bu müğənniliklə bu qədərmi tez hörmət qazanmaq olarmış ?!!! Gör indi mən, sənətimə sərf etdiyim 23 ilin hamısını oxusaydım, indi mənim nələrim olardı?! ... Gözləri dolmuş Habil, qabarlı əllərinə nəzər salır... İstehzalı təbəssümlə: -"bütün bunlardan sonra hansı qurumsaq çirk-pasın içində səhər-axşam dəmir döyəcləyər?!"... -deyərək üzünü çevirib, yoluna davam etmək istəyəndə, birdən qarşısında iki Habil görür. Ayaq saxlayıb, onlara diqqət yetirir. Biri nimdaş geyimli, üzü tüklü, əli qabarlı usta Habil, o biri də frak, "kəpənəkli" köynək geymiş, üzü təraş olunmuş, başdan-başa ağ rəngdə, şıq geyimli Joe Dassin Habil. Bu Habil, Joe Dassinin "Et si tu n'existais pas" mahnısını böyük həvəslə oxuyaraq xarici markalı bahalı düm ağ avtomobildən düşüb, ona söykənərək, sanki, gözəl və xoşbəxt həyat nümayiş etdirir... əks tərəfdə durmuş, həmişəki kimi sadə görünən, nimdaş geyimli usta Habil isə tərəddüd içində baxaraq Habilin nə qərar çıxaracağını gözləyirdi. Habil, bu gün ya hansısa yükdən tam azad olmuşdu, ya da boynuna daha böyük bir yük gəlmişdi... Özünü çoox qəribə hiss edirdi... gözlərini sıxıb, başını silkələdi... yenə diqqətlə qarşısına baxdı, lakin heç nə dəyişmədi... İndi seçim, onun idi... Məni isə narahat edən tək bir şey vardır. Habilin bu halının davamlı qalmaq qorxusu! (Fikir və rəylərinizdən sonra hekayənin son 2 cümləsi hekayənin sonluguna əlavə ediləcək.) Sonluğunu necə görürsünüz? Sizcə Habil burda hansı addımı atacaq və ya siz, onun hansı addımı atmağını istərdiniz? Bundan başqa, hekayə ilə bağlı hər hansı bir fikirlərinizi eşitmək çox maraqlı olardı.

Samir Aslan

 








Şərh yaz
Yoxlama kodu:17310
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1713 san