12:13 08 yanvar 2014
3569 dəfə oxunub
Çap versiyası
...

Strategiya.az-a verilən məlumata görə, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yaqub Mahmudov Beynəlxalq Sokrat Komitəsinin daha bir mükafatına layiq görülmüşdür

2013-cü il dekabrın 16-19-da Böyük Britaniyanın Oksford şəhərində keçirilən "Elm və təhsil.Yeni imkanlar və istiqamətlər" mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda Tarix İnstitutunun direktoru Yaqub Mahmudov "Kraliça Viktoriya" diplomuna və medalına layiq görülmüşdür. "Kraliça Viktoriya" beynəlxalq mükafatı professor Yaqub Mahmudova milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlüyə görə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, bu mükafat elm və təhsil sahəsində böyük xidmətləri olan şəxslərə verilir.
Xatırladaq ki, bundan əvvəl 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tədqiqat fəaliyyətinə görə Beynəlxalq Sokrat Komitəsinin ən yaxşı müəssisə "Best Enterprises - 2012" diplomuna, institutun direktoru AMEA-nın müxbir üzvü, professor Yaqub Mikayıl oğlu Mahmudov böyük elmi nailiyyətlərinə görə "The Name in Science" ("Elmdə ad") fəxri tituluna layiq görülmüşdü.

 








Şərh yaz
Yoxlama kodu:48018
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1036 san