12:37 08 yanvar 2014
2231 dəfə oxunub
Çap versiyası
...

Strategiya.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, cari ilin 8 yanvar tarixində nazir müavini Xələf Xələfov Avstraliyanın daimi iqamətgahı Ankarada olmaqla, Azərbaycanda da akkreditə olunmuş səfiri İan Biggsi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

 Nazir müavini Xələf Xələf səfir İan Biggsə Azərbaycan ilə Avstraliya arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir İan Biggs səfir qismində fəaliyyətinin uğurla həyata keçirilməsi üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən yaradılmış şəraitə və göstərilmiş yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Görüş əsnasında ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.  

 

 








Şərh yaz
Yoxlama kodu:50571
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1394 san