11:10 17 sentyabr 2012
4080 dəfə oxunub
Çap versiyası
Rəqsanə Həsənova
Sənətşünas, bərpaçı-rəssam   

    İncəsənətin ən qədim növlərindən olan təsviri incəsənət insan şüurunun və zəhmətinin bəhrəsidir.

   Rəssamların yaradıcılığında müxtəlif  janrlarla yanaşı təbiət qüvvələrinin təsviri, insanlara təsiri və baş verən fəsadlarının təsviri geniş rəssam kütləsi tərəfindən öz yaradıcılıqlarında əksini tapmışdır. Fövqəladə halların, fəlakətlərin təsvirində rəssamların əsas məqsədi fəlakəti insanlara çatdırmaq və  təhtəlşüura təsiridir.

Təbii və ekolojoi fəlakətlərin bütün canlı aləmə təsirini və fəsadlarını zaman - zaman Avropa, Rus və Asiya ölkələrinin rəssamlarının qafika, rəngkarlıq və heykəltəraşlıq əsərlərində əksini görürük. Bir çox rəssamların əsərlərinin məzmununda seyirciyə çatdırmaq istədikləri ideya  - "İnsan zəlzələ, vulkan, sel daşqını, qasırğa, ildırımın çaxmağı və s. adlarını sadaladığımız təbii fəlakətlərə qarşı acizdir. İnsan bu fəlakətlər anında necə özünü aparmalıdır? Bir çox əsərlər fövqəladə halların baş verdiyi anda insanların biri - birinə yardımlaşmağı, canlı və bitki aləmə daha az zərərlə fövqəladə halı aradan qaldırmağa yardımçı olmalıdır mesajları verilir. Fövqəladə halların bir qismi təbii fəlakətlər olmaqla yanaşı bir çox hallarda insanların ehtiyatsızlığı ucbatından baş vermiş fəlakətlərdir. Insanların ehtiyatsızlığı üzündən baş verən yanğınlar, qəza formaları rəssamların əsərlərində öz əksini tapır. Əsərləri təhlil edərkən xüsusilə insanın diqqətini özünə cəlb edən məqam, fəlakət anında təsvir edilən insanların üzündəki qorxu, həyacan, əzab hisslərinin ifadəli təsviridir. İnsan əsərə baxdığı an baş verən faciyəyə nəinki biganə qala bilmir, hətta baş verən fəlakətin dəhşətinə qapılır.  Vulkan püskürməsi anında lavalar altında qalan insanların yanaraq ölməsi, ananın övladdan, insanların bir - birindən qopması fəlakəti qabarıq əks etdirilir. Dənizdə qopan fırtınalar, qayıqların aşması, gəmilərin batması, gəmilərlə yanaşı insaların fəlakətə sürüklənmsi, son ana qədər həyata tutunmaq üçün tapdıqları ən xırda şeyə tutunmaları belə, insanların üzlərində fəlakətin dəhşətinin təsviri öz əksini tapır. Tarix boyu baş vermiş bu bədbəxt hadisələrin mövcudluğu və təəssüflər olsun ki, ətrafımızda daima hərəkətdə olan təbii proseslərin mövcudluğu rəssamların yaradıcılığında müxtəlif bədii cərəyanlarda davam etmişdir. Xüsusilə fövqəladə halların təsvirinə XIX - XX əsrin rəssamları avanqard, puantilizm, impressionizm cərəyanlarında çəkilmiş əsərlərində rast gəlirik.  Yağlı boya texnikasında çəkilən əsərlərdə təsvir olunan hər hansı bir təbii fəlakətin emosional, dinamik, təzadlı rənglərlə ifadəsi ilə yanaşı ən çox qabarıq insan dramamtizminin ön plana çıxarılmasıdır. Əsərlərdən də göründüyü kimi, insanın baş verən fəlakətlərin yanında bir zərrə qədər kiçik, aciz, çarəsiz olması qədər, bizim üçün ən önəmli məqam insan ölümünün bu qədər ucuz olmamasıdır. İnsanların təbii fəlakətlər qarşısında aciz olması, heç də insanların bu formada həlak olmasına, bu formada çarəsiz qalmasına əsas vermir. Vaxtında edilən müdaxilə, zamanında qəzalara qarşı duyarlılıq, insanların cəmiyyətə, təbiətə qarşı olan vicdan borcu, sevgisi bütün fəlakətlərin qarşısını almağa yardım edəcəyinə inamla ümid verir.

   Rəngkarlıqla yanaşı, təbii fəlakətlər qrafikanın plakat qrafikasında, ofort, linoqravyura, litoqrafiya və s. növlərində də geniş təsvir edilmişdir. Həmçinin yapon qravürlərində də dəniz fırtınalarının, gəmilərin batmasının təsvirlərinə geniş rast gəlirik. Sulu boya - akvarel, heykəltəraşlıqda borelyeflərdə də faciə anında və faciədən sonrakı zaman kəsiyində insanların keçirdikləri müxtəlif hal - qorxu həyəcanları çox dinamik formalarla əks edilir.

  Fəlakətlərin təsvir üslubundan asılı olmayaraq hər hansı bir ifadə vasitəsilə təsvir olunan fəlakət anının tamaşaçıya ibrətlik mesajlar çatdırılır.

 Fövəladə hallarda insanlığa, ətrafımızdakı canlı və bitki aləmə dəyən zərərlər içərisində, xüsusilə qeyd etmək yerinə düşər ki, tarixi yaddaşımızı canlandıran tarixi abidələr, qalalar, qala divarları, tarixi binalar, muzeylər və s. xüsusilə bir millətin fəxr edə biləcəyi və göz bəbəyi kimi qoruduğu sərvətlərə zərər gəlməsi, ayrı - ayrı şəxslərin deyil, bütün millətin faciəsinə çevrilir. Tarix boyu bu mövzulara çəkilən əsərlər, ən əsası da plakat qrafikası janrında çəkilən əsərlər xalqı maarifləndirmək istiqamətində əvəzsiz xidmətləri olur. Bu əsərlərdə xalqı duyarlılığa, faciə anında yardımlaşmağa, yanğınsöndürənlərə, xilasedicilərə yardım göstərməyə çağırır. Ayrı - ayrı regionlarda baş vermiş qəzalar nəinki baş verən insanların, müxtəlif irqlərin, müxtəlif millətlərin - eyni zamanda bütün bəşəriyyətin faciəsidir.

    24 avqust 79 - cu ildə Vezuviya vulkanının möhtəşəm partlayışı baş vermişdir. Çiçəklənməkdə olan Pompey şəhəri partlayan Vezuviya vulkanının lava və külünün  altında tamamilə məhv olmuşdur. 1827 - ci ildə Pompeydə olan rus rəssamı Karl Brüllov arxeoloji qazıntılarından çıxan eksponatlardan təsirlənib və o dəhşətli günü təsvir etməyə ilham almışdır.

 Qaranlıq, zülmət yerin üzərinə çökmüş. al qırmızı, qan kimi  şəfəq qızartısı səmanın üfüqi xəttini boyayır və gözqamaşdırıcı ildırım partlayışı bir anda qaranlığı parçalayır. Qəza anında ölümün təhlükəsi qarşısında insan qəlbinin əsl mahiyyəti açıqlanır. Baxın gənc Pompeyli yerə düşən anasını qalan gücünü  toplayıb,  ayağa qalxıb xilas olması üçün yola gətirməyə çalışır. Digər gənc oğlanlar çiyinlərində yaşlı atalarını daşımağa çaba göstərirlər, bir an öncə atalarını təhlükəsiz bir yerə aparmaqlarına çalışırlar. Dağılan, parçalanan göylərə əllərini qaldıraraq yalvaran kişi, sinəsini irəli verərək yaxınlarını qorumağa çalışır. Yaxınlıqda dizləri üstünə çökmüş qadın və övladları qorxu və dəhşətlə fəlakətin get - gedə yaxınlaşdığına heyrətlə, qorxuyla izləyirlər. Onların üstündə xristian keşişi, boynunda xaçla və əlində məşəl işığı və buxurdan ilə sakitcə heç qorxmadan külə, toza dönən göyə və parçalanmaqda olan keçmiş tanrıların bütlərinə baxırdı. Amma əsərin ikinci planında, xristian kahininin əks istiqamətində bütpərəst kahin  canına qorxu düşmüş, pərişan formada xilas olmağa çalışır. Belə bir qədər sadəlöv alleqoriya ilə rəssam, bitməkdə olan  büdpərəstlik dini üzərində xristian dininin qalib gəlməsini bildirir.  Sol tərəfdə əsərin ikinci planında - Skvara məbədinin pilləkənlərində qaçan insan kütləsinin təsviri verib. Orada biz dəyərli yeşik dolu fırça və boyalarını xilas etməyə çalışan rəssamı görürük. Bu - Karl Brüllovun avtoportretidir.

   Tablonun ən mərkəzi fiquru - cəng arabasından düşmüş məşhur qadın - gözəl, ecazkar - lakin bitməkdə olan antik dövrün bitişini simvolizə edir. Göz yaşı axıtan körpə - bitməyən həyatın simvolu, yeni dünyanın alleqoriyasıdır.

"Pompeyin son günü" əsəri dünyada ən dəyərli varlıq - insandır ideyasını bəşəriyyətə çatdırmaq istəyir. Məhv etmək gücünə malik olan təbiət amillərini Brüllov mənəvi əzəmət və insan gözəlliyi ilə qarşı - qarşıya qoyur.

 

 

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:36529
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1445 san