10:58 12 oktyabr 2012
47074 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər üzrə  fəlsəfə doktoru, dosent

  Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən və hər zaman terrorla müşahidə edilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur.

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə "Armenakan", 1887-ci ildə Cenevrədə "Hınçaq", 1890-cı ildə isə Tiflisdə "Daşnaksütyun" partiyalarını yaratdılar. Bundan sonra, ermənilərin "Böyük Ermənistan" yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.

Erməni terror təşkilatlarının birincilərindən olan "Armenakan" partiyası İran və çar Rusiyasında yaşayan ermənilərlə geniş əməkdaşlıq edərək Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törətmişdir. "Hnçak" partiyasının isə əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus" və "İran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. Partiyanın proqramının 4-cü bəndində göstərilirdi ki, "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir"

Erməni millətçilərinin ən aparıcı  təşkilatı hesab edilən  "Daşnaksütyun"- erməni federativ inqilab partiyasının əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir.

XX əsrdə "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış "Erməni "soyqırımının" intiqamçıları" qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirmiş, eləcə də daşnakların məxfi terror qrupu DRO və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 kimi bölmələrinin   hal-hazırda bu istiqamətdə geniş fəaliyyəti davam edir.

XX əsrin 60-70-ci illərində Erməni terror təşkilatlarının fəaliyyəti daha da genişləndi. Belə ki, 1975-ci ildə yaradılan "Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu" (ASALA) adlı  təşkilatın həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törətmişlər ki, nəticədə günahsız insanlar erməni terrrorizminin qurbanı olmuşlar. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA terror təşkilatının məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Yarandığı vaxtdan təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

Təşkilat "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir". Bununla yanaşı, 1980-ci ilin aprelində Livanda ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 1993-cü il avqustun 28-də açıqlanan bəyanatında ASALA "pantürkist neft borusu" (Bakı-Tbilisi-Ceyhan nəzərdə tutulur) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.

Hələ, ASALA-nın yaradılmasından əvvəl, 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılmış "Erməni  soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etmək olmuşdur. ASALA-nın tərkib hissəsi sayılan və 1979-cu ildə yaradılan "Erməni azadlıq cəbhəsi" də eyni zamanda, Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

1980-ci illərin ikinci yarısı - 1990-cı illərdə ASALA il yanaşı,  uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatlarının müxtəlif vaxtlarda bir sıra terror aktları həyata keçirmişdir. Diplomatların oğurlanması ilə məşğul olan və 1990-cı ildə Fransada yaradılmış "Gənc ermənilər ittifaqı", 1991-ci ildə İsveçrədə yaradılmış və həbsdə olan erməni terrorçularının azad olunmasına çalışan "9 iyun qrupu" və 1991-ci ildə Fransada yaradılmış, və terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirən "Erməni azadlıq hərəkatı" (AOD) Avropanın bir sıra ölkələrində çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirmiş adı çəkilən erməni terror təşkilatları öz "missiyalarını" yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətlərini davam etdirmişlər.

1988-ci ildə Moskvada yaradılmış "Erməni birliyi"nin ASALA ilə sıx əlaqələri vardır və keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin etmiş, eləcə də Qarabağa silah və muzdluların ötürülməsində iştirak etmişdir. 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmış "Geqaron" terror təşkilatının məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərinə türk mənşəli siyasi lider, diplomatlara qarşı terror aktlarının keçirilməsidir. ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərən "Demokratik cəbhə" qrupunun başlıca məqsədi Türkiyə dövlətinin parçalanmasıdır.

Bununla yanaşı, 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış "Orli qrupu" 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirmişdir. Avropanın bir çox ölkəsində fəaliyyət göstərən "İsveçrə qrupu" Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.

Eyni zamanda, 1981-ci ildə Parisdə yaradılmış "İntiharçılar eskadronu" həmin ildə Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir. 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmış "Apostol" təşkilatının məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktların həyata keçirilməsidir.

            XX əsrin əvvəllərində erməni millətçiləri "Daşnaksütyun" partiyasının proqramında qarşıya qoyduğu "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla terror aktları törətməklə yanaşı, etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.

Belə ki, 1905-1907-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqələrini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə, həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi "Ermənistan dövləti"ni qurmaq üçün etnik təmizləmə aparmışlar.

 "Daşnaksütyun" partiyasının keçirdiyi terror aksiyası "Nemezis" əməliyyatı adlanır. 1919-cu ilin oktyabrında "Daşnaksütyun" partiyası İrəvanda keçirdiyi IX qurultayda "Nemezis" intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi "Nemezis"in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları"Daşnaksütyun" partiyasının "Nemezis" terror hərəkatının hədəfinə çevrilmişdilər.

      Belə ki, 1920-ci ildə Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli,  Parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilmişlər. Həmin  ildə Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Fətəli xan Xoyski Tiflis şəhərində erməni terrorçusu Aram Yerkanyan tərəfindən qətlə yetirilmişdir.

1921-ci il martın 15-də Osmanlı imperiyasının daxili işlər naziri Tələt paşanı Berlində qətlə yetirmiş Soqomon Teyleryan yaxalansa da, sonradan Berlin məhkəməsi ona bəraət vermişdir. Bir qədər sonra isə,  iyulun 19-da Azərbaycan Demokratik Respublikasının daxili işlər naziri Behbud xan Cavanşir Türkiyənin İstanbul şəhərində "Daşnaksütyun" partiyasının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilmiş, lakin həmin dövrdə İstanbul şəhərini nəzarətə götürmüş İngiltərə qoşunlarının hərbi məhkəməsi tərəfindən ruhi xəstə adı ilə qatilə bəraət verilmişdir. Bu terror aktlarının davamı olaraq 1922-ci il avqustun 4-də ermənilər tərəfindən Osmanlı imperiyasının hərbi naziri Ənvər paşa Əfqanıstan yaxınlığında, həmin il iyulun 25-də isə Tiflis şəhərində Camal paşa və onun müavini erməni terrorçuları Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfindən qətlə yetirilmişdir.

 Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrlərdə isə bu ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu. Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və  mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.

Lakin, bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Müəllifin digər yazıları

  1. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  2. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  3. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
  4. Heydər Əliyevin XX əsrin 60-80-cı illərində ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi
  5. Böyük dövlətlər Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  6. Şərqin ilk parlamentli, demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti
  7. Heydər Əliyevin xarici siyasət kursu müasir geosiyasi şəraitdə dinamik şəkildə inkişaf etdirilir
  8. Heydər Əliyev: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur"
  9. Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri - I YAZI
  10. Madrid sənədinə çevrilən Baza prinsipləri ətrafında aparılan danışıqlar prosesi - II YAZI
  11. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsin nizama salınmasına dair ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti - I YAZI
  12. Azərbaycanın Respublikasının BMT ilə çoxtərəfli əməkdaşlığı
  13. Xocalı soyqırımının beynəlxalq aləmdə geniş yayılması və tanınması-III YAZI
  14. Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir - II YAZI
  15. Xocalı soyqırımı - Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin tərkib hissəsidir - I YAZI
  16. Azərbaycan-Avropa Şurası əməkdaşlığı dinamik şəkildə inkişaf etdirilir
  17. Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  18. İƏT və Azərbaycan:21 il
  19. Ermənistanın dövlət terrorizmi siyasəti və Azərbaycana qarşı təcavüzünün nəticələri - II YAZI
  20. Ermənistanın dövlət terrorizmi siyasəti və Azərbaycana qarşı təcavüzünün nəticələri - I YAZI
  21. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələsi -TƏHLİL
  22. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın diplomatiya tarixində ən böyük nailiyyətidir
  23. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik respublika
  24. Heydər Əliyevin xarici siyasət kursu və Azərbaycanın diplomatik uğurları
  25. Şuşa - tarixi, siyasi və strateji əhəmiyyətli şəhər
  26. Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir - I yazı
  27. Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələləri
  28. ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti






Şərh yaz
Yoxlama kodu:97446
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.187 san