09:38 26 dekabr 2012
31832 dəfə oxunub
Çap versiyası
Azər Şükürov
Moskva Dağ-Mədən İnstitutunun məzunu, "Azinterpartlayış-X" MMC-nin baş direktoru

   Azərbaycan çox qədim dövrlərdən neft ölkəsi kimi tanınmışdır. Tarixi məlumatlara görə, hələ b.e.ə. VII-VI əsrlərdə Abşeron yarmadasında neft çıxarılmışdır. Orta əsr tarixçilərinin məlumatlarına görə, Azərbaycan ərazisində o dövrdə neftlə yanaşı mis, gümüş, qurğuşun filizləri də aşkar olunmuş və istismar edilmişdir. Ancaq neft sənayesinin inkişaf etməsi və ona olan tələbat digər yeraltı sərvətlərə olan marağı bir növ arxa plana keçirmişdir. Lakin XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinədək alman, rus və yerli sənayeçilərin Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında kəşfiyyat və istismar işləri aparması haqında da kifayət qədər məlumatlar vardır. "Siemens" firmasının arxiv materiallarından əldə olunmuş məlumatlara əsasən, həmin firma 1867-1914-cü illər ərzində Gədəbəy misqızıl yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3-12,7 ton qızıl, 120,6-126,1 ton gümüş, Bittibulaq yatağından tərkibində 2 faiz mis olan 16000 ton mis filizi, Daşkəsən kobalt yatağından isə tərkibində 10-18 faiz kobalt olan 608 ton kobalt filizi çıxarmış və Almaniyaya aparmışdır.

    Bu faktları qeyd etməkdə məqsədimiz Azərbaycanda dağ-mədən sənayesinin keçdiyi yola qısa tarixi baxış keçirməklə, bu sənaye sahəsinin Azərbaycanda yeni olmamasına və tarixi ənənələrinə diqqət çəkməkdir.

İndi isə Azərbaycanda mövcud  ineral-xammal bazasına nəzər yetirək. Respublika ərazisində aparılmış çoxillik geolojikəşfiyyat işləri nəticəsində 550-dən çox filiz, qeyri-filiz, tikinti materialları, yodlubromlu, mineral və termal sular yataqları aşkar edilmiş və ehtiyatları dövlət və sahə balansında qeydə alınmışdır.

"Respublikanın dəmir filizi ehtiyatları əsasən Daşkəsən rayonunda yerləşən yataqlarda cəmlənmişdir. Yataqların bazasında 1954-cü ildən 1992-ci  lə qədər Azərbaycan FilizsaflaşdırmaKombinatı fəaliyyət göstərmiş və bütün istismar müddəti ərzində ümumu ehtiyatların 34-35 faizi hasil edilmişdir. Yataqların qalıq  ehtiyatları 01.01.2006-cı il tarixinə olan  əlumatlara əsasən 230 milyon tondan çoxdur.

Mis filizi yataqları Gədəbəy, Balakən, Ağdərə və Naxçıvan MR-da cəmləşmişlər. Yataqlarda olan mis filizi ehtiyatları milyon tonlarla ölçülür. Təkcə qeyd etmək kifayət edər ki, Naxçıvan MR-da yerləşən Göydağ, Diaxçay, Misdağ-Şəlalə yataqlarının proqnoz ehtiyatları 3,5-4,0 milyon ton təşkil edir.

Qurğuşun və sink filiz yatqları əsasən Balakən rayonunda yerləşmişdir. Təkcə onu qeyd etmək kifayət edər ki, bu rayonda yerləşən Filizçay kolçedanpolimetal yatağı Avropanın iri yataqları sırasına daxildir və yataq yeganə kompakt Dağ-mədən sənayesinin Azərbaycan iqtisadiyyatında yeri və rolu Ağır sənaye filiz kütləsindən ibarət olmaqla 100 mln. tona qədər filiz ehtiyatına malikdir.

Alüminium filizləri Zəylik alunit yatağında cəmlənmişdir. Yataq Daşkəsən royununda yerləşir və 1964-cü ildən 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. Tondan çoxdur. Qeyd etmək vacibdir ki, bu yataq keçmiş SSRİ məkanında alüminium xammalı kimi istismar olunan yeganə yataqdır. Azərbaycan zəngin qızıl filizləri ehtiyatlarına da malikdir.

Qızılbulaq yatağı ermənilər tərəfindən işğal olunmuş Ağdərə rayonunda yerləşir. Yatağın ehtiyatları: qızıl-13,7 ton, gümüş-18,9 ton və s. ehtiyatlar.

Vəcnəli yatağı ermənilər tərəfindən işğal olunmuş Zəngilan rayonunda yerləşir. Ehtiyatları: qızıl- 6,5 ton, gümüş-10,7 ton və s. ehtiyatlar.

Söyüdlü (Zod) yatağı ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda yerləşir. Ehtiyatları:  qızıl- 112,4 ton, gümüş-190,3 ton və s. ehtiyatlar.

Qoşa yatağı Tovuz rayonunda yerləşir. Ehtiyatları: qızıl- 8,4 ton, gümüş-14,0 ton və s. ehtiyatlar.

Ağyurd yatağı Ordubad rayonunda yerləşir. Ehtiyatları: qızıl- 4,4 ton, gümüş-17,3 ton və s. ehtiyatlar. Dağkəsəmən yatağı Qazax rayonunda yerləşir. Potensial ehtiyatları 20-25 ton civarında qiymətləndirilir. Çovdar yatağı Daşkəsən rayonunda yerləşir. Yatağın potensial ehtiyatları 100-120 tondur.

Son illərdə aparılmış axtarış işləri nəticəsində Gədəbəy rayonunda Dağcəyir qızıl təzahürü (potensial ehtiyatları 20- 25 ton), Xanlar rayonunda Tulalar (potensial ehtiyatları 25-30 ton) və Kəpəz (potensial ehtiyatları 25- 35 ton) qızıl təzahürləri aşkar edilmişdir və hazırda hər üç təzahürdə ilkin qiymətləndirmə işləri aparılır.

Eyni zamanda Azərbaycan zəngin Bentonit gilləri və Seolit yataqlarına da  alikdir" (1).

   Burada bir məqama xüsusiolaraq toxunmaq yerinə düşərdi. Mütəxəssislərin fikrincə, bu statistic göstəricilər həqiqəti tam olaraq əks etdirmir. Daha dəqiq desək, Azərbaycanda mineral xammal ehtiyatlarının potensialı daha yüksək qiymətləndirilir. Belə ki, son məlumatlara əsasən faydalı qazıntıların balansına qəbul edilmiş yataqlar 550 yox, 836-dır ki, bunlardan da 51-i filiz, 123-ü qeyri filiz, 561-i tikinti  materialları və 101-i yeraltı su yataqlarından ibarətdir.

Diqqətinizə çatdırdığımızməlumatlar birmənalı şəkildə təsdiq edir ki, Azərbaycanda dağ-mədən sənayesinin böyük potensialı vardır və bu sənayenin inkişafı Azərbaycan iqtisadiyyatına sözün əsl mənasında möcüzələr vəd edir.

Bu gün qarşıda duran əsas məsələ qeyd olunan yataqların rentabelli şəkildə istismar edilməsi, hasilatın artırılması, geoloji kəşfiyyat işlərinin  enişləndirilməsi, Azərbaycanda ehtiyatları hələ öyrənilməmiş digər yataqlarda kəşfiyyat işlərinin aparılması və istismara cəlb edilməsidir. Qəti şəkildə bir daha qeyd etmək istərdim ki, qeyd etdiyimiz yataqlarda işlərin genişləndirilməsi Azərbaycanda yeni iqtisadi sıçrayışın əsasını təşkil edəcəkdir.

Bu sahədə artıq konkret addımlar atılmaqdadır. Buna bariz nümunə kimi "Çovdar" qızıl yatağında aparılan işləri göstərmək olar.

Məlumdur ki, Daşkəsən rayonunda yerləşən "Çovdar" yatağından çıxarılan filizlərdən artıq ilk qızıl külçələr istehsal olunub və iki aydır "Çövdar" yatağından çıxarılan filizi emal edən zavod işə düşüb. Qeyd etmək lazımdır ki, zavod ən müasir texnologiyalarla tikilmişdir  və günə 3000 ton filiz emal edə bilər. Burada 8-10 il ərzində təxminən 30 tona yaxın qızılın istehsal olunacağı planlaşdırılır. Digər qızıl yatqları da məqsədyönlü şəkildə istismara cəlb edilərsə, bu rəqəmi dəfələrlə artırmaq tam real proqnoz olardı. Məlumdur ki,  aşkəsən Filizsaflaşdırma Kombinatı bu gün tam gücü ilə işləyə bilmir. Bu kombinatın fəaliyyətini tam bərpa etmək üçün mütərəqqi texnologiyaların tətbiqi ilə filizlərin kompleks emalı, rayonda mövcud olan asma kanat yolları, dəmir yolları bərpa edilməli, kombinat yeni texnika ilə təmin edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il oktyabrın 31-də "Daşkəsən Filizsaflaşdırma" Açıq Tipli Səhmdar Cəmiyyətində olarkən bu kombinatın respublika iqtisadiyyatındakı rolunu çox mühüm qiymətləndirmişdir. Cənab prezident çıxışı zamanı bildirmişdir ki,"İkinci önəmli hadisə Filizsaflaşdırma kombinatının işə düşməsidir. Deyə bilərəm ki, bu, Daşkəsən rayonunun tarixində çox əlamətdar hadisədir. Hesab edirəm ki, bu kombinatın fəaliyyətə başlaması bütövlükdə Azərbaycanın hərtərəfli inkişafı üçün çox tarixi əhəmiyyətə malikdir. Kombinatın işə başlaması nəticəsində minlərlə yeni iş yerləri açılacaqdır. Artıq iş yerlərinin açılması prosesi başlanmışdır. Yeni sənaye istiqaməti, sənaye kompleksi yaranacaqdır. Azərbaycanda yeni zavodlar tikiləcək, minlərlə insan yüksək maaşla təmin olunacaqdır. Azərbaycanın sənaye kompleksi, qeyri-neft  ektoru inkişaf edəcək və ümumən ölkəmizin iqtisadiyyatı hərtərəfli inkişaf edəcəkdir" (2).

Artıq qeyd etdiyimiz kimi, Daşkəsəndə yerləşən yataqların qalıq ehtiyatları 230 milyondan çoxdur. Bu rəqəm tələb edir ki, vaxt itirmədən Daşkəsəndəirimiqyaslı layihələr  gerçəkləşdirilsin.

Bir məqama xüsusi toxunmaq istəyirəm. Azərbaycanda dağ-mədən sənayesinin inkişafına hansısa bir yatağın ehtiyatları baxımından yox, kompleks şəkildə yanaşmaq lazımdır. Yəni bu zaman emal müəssisəsinin tikiləcəyi bölgə, ehtiyatlar, nəqliyyat,  nfrastruktur, işçi qüvvəsi və s. detallar ciddi şəkildə hesablanmalı, sonar planlı şəkildə qəti addım atılmalıdır.

Vurğulamaq istərdim ki, Azərbaycanda dağmədən sənayesinin inkişaf etdirilməsi yerli və xarici investisiyaların cəlb olunması ilə sürətlə dünya sənayesinə inteqrasiya olunmasına da geniş imkanlar açır.   

        Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev yeraltı sərvətlərdən səmərəli və xalqın milli maraqları zəminində istifadəni zəruri hesab etmiş, bu işə xarici investisiyaların cəlb edilməsini vacib saymışdır. Ümummilli lider Heydər Əliyev hələ 20 avqust 1997- ci ildə "Azərqızıl" Dövlət Şirkəti ilə Amerikanın "RV.  V. İnvestment Qroup Servisis LLC" Şirkəti arasında sazişin imzalanması mərasimində bildirmişdir ki, "Məlumdur ki, biz indiki imkanlarımıza, öz vəsaitimizə görə bu yataqlardan müstəqil istifadə etmək imkanına malik  eyilik. Ona görə də xarici ölkələrin şirkətləri ilə müştərək iş görülməsini bu barədə məqsədəuyğun hesab edirik. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının, Kanadanın şirkətləri ilə müəyyən danışıqlar aparılıb,  müəyyən öyrənilmə işləri görülübdür. Bu işlərin nəticəsində biz hələ 1995-ci ildə belə bir fikrə gəldik ki, artıq bu yataqlardan istifadə etmək, yəni onların daha ətraflı kəşfiyyatının, işlənməsinin və nəticədə sənaye işləri aparılmasının vaxtı çatıbdır. 1995-ci ildən indiyə qədər aparılan tədqiqatlar, təhlillər, müzakirələr nəticəsində belə qərara gəlmişik ki, Azərbaycanın ərazisində olan bir qrup qızıl, mis və gümüş yataqlarının Amerika Birləşmiş Ştatlarının şirkəti ilə müştərək istifadə edilməsinin vaxtı gəlib çatıbdır..."(3).

   Ümummilli lider sazişin imzalanması mərasimində sazişə daxil olan yataqların adlarını çəkməklə və bu yataqları sazişə daxil etməklə bu gün erməni işğalı altında olan ərazilərin və yataqların mübahisəsiz olaraq Azərbaycana məxsus olmasını və bu faktın ABŞ şirkəti tərəfindən tanınmasına böyük müdrikliklə nail olmuşdur. Ümummili lider bu müqavilə imzalanarkən əhalinin işlə təmin olunmasına da xüsusi diqqət yetirmişdir. "Yataqların adlarını da sizə bildirmək istəyirəm. Bunlar Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vəcnəli yataqlarıdır. Sazişin xüsusiyyəti bir də ondan ibarətdir ki, bu yataqlar Azərbaycanın müxtəlif bölgələrində yerləşir, onun ərazisinin bir çox hissəsini əhatə edir, işlər bu bölgələrdə həyata keçiriləcəkdir. Paytaxtda, Bakının ətrafında, Abşeron yarımadasında həyata keçirilən neft müqavilələrindən fərqli olaraq, bu işlər Azərbaycanın ərazisinin, demək olar, bir çox hissəsində görüləcəkdir. Bu da Azərbaycanın müxtəlif bölgələrində yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Sazişə görə işlərin aparılması üçün təxminən 10 min insan cəlb ediləcək və bunların 90 faizi yalnız yerli əhalidən ibarət olacaqdır", -deyə ümummilli lider bildirmişdir (3).

      Dağ-mədən sənayesinin inkişaf etdirilməsi konkret amillərdən ciddi şəkildə asılıdır. Bu amillərdən kadr hazırlığı məsələsini diqqətdən kənarda saxlamaq olmaz. "Geostrategiya" jurnalına verdiyim müsahibədə də qeyd etmişdim ki, "postsovet məkanında isə bu sahənin diqqətdən kənarda qalması səbəbindən hazırlanan kadrlara bir o qədər də ehtiyac olmadı və müxtəlif təhsil ocaqlarının yetişdirdikləri kadrların səviyyəsi heç kimi maraqlandırmırdı. İndi isə vəziyyət dəyişib. Bu gün belə kadrlara ehtiyac var və artıq qeyd etdiyimiz kimi, getdikcə bu tələbat özünü daha çox göstərəcəkdir" (4).  Bu fikir artıq öz təsdiqini tapmaqdadır. Belə ki, artıq inkişaf etməkdə olan dağmədən sənayesi müasir texnika və texnologiyaları mənimsəmiş kadrlar tələb etməkdədir.

Kadr hazırlığına həm yerli, həm də xarici səviyyədə yanaşmaq lazımdır. Nə qədər ki, Azərbaycanda bu baza tam formalaşmayıb, xaricdə kadr hazırlığına gecikmədən start verilməlidir.

   Dağ-mədən sənayesinin inkişafı konkret proqram əsasında həyata keçirilməlidir. Bu proqramda qeyd olunan məsələlərlə yanaşı ekoloji təhlükəsizlik məsələləri də öz əksini tapmalıdır. Məlumdur ki, 18 fevral 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin 1152 saylı sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram" təsdiq edilmişdir. Dağmədən sənayesində həyata keçirilən tədbirlər zamanı bu proqramın tələblərinə ciddi yanaşılmalıdır. "Milli Proqram təbii və iqtisadi ehtiyatların idarə edilməsində istənilən iqtisadi layihələr həyata keçirilərkən neqativ ekoloji fəsadların yaranma imkanının istisna olunmasına yönəlmişdir. Ətraf mühit və iqtisadi potensialın idarəetmə sahəsində hər hansı bir amilin kifayət qədər nəzərə alınmaması məsələnin həllində arzuolunmaz ekoloji, iqtisadi və sosial fəsadlara gətirib çıxara bilər" (5).

   Bu fəsadların qarşısının alınması üçün müvafi q strukturlarla dağ-mədən sənayesinin inkişiafı və ekoloji təhlükəsizlik məsələləri əlaqələndirilməli, dağ-mədən sənayesində ekoloji cəhətdən təhlükəsiz texnika və texnologiyaların tətbiqinə üstünlük verilməlidir. Qeyd etmək istəyirəm ki, "Azinterpartlayış-X" MMC öz fəaliyyətində bu məhsullardan istifadəyə bir neçə il bundan əvvəl başlamış və bunun müsbət nəticələri praktik olaraq göz qabağındadır. Ancaq burada da bir sıra problemlər mövcuddur. "Azinterpartlayış-X" MMC partlayış işləri zaman istifadə etdiyi məhsulları xaricdən idxal edir ki, bu da iqtisadi baxımdan çox səmərəsizdir. Bu problemi həll etmək üçün Azərbaycanda partlayıcı məhsullar istehsal edən zavodun tikintisi önəmli məsələlərdəndir ki, artıq "Azinterpartlayış-X" MMC bu istiqamətdə addım atmışdır. Dünyanın aparıcı çirkətlərindən biri ilə Azərbaycanda partlayıcı məhsullar istehsal edən zavodun tikintisi ilə bağlı ilkin razılaşmalar əldə etmişdir.

  Bu zavodu işə salmaqla Azərbaycan nəinki partlayıcı məhsulları idxal etməyəcək, əksinə bu məhsulları ixrac edən ölkəyə çevriləcəkdir ki, bunun da iqtisadi səmərəsini geniş izah etməyə yəqin ki, ehtiyac yoxdur.

  Bütün bu qeyd etdiklərimiz təsdiq edir ki, Azərbaycanın yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olması artıq qəbul olunmuş və inkar olunması mümkün olmayan faktdır. Özünün zəngin təbii sərvətlərini bu sərvətlərə ehtiyacı olan dünya ölkələri ilə Azərbaycanın milli maraqları zəminində bölüşməkdə heç bir qısqanclıq göstərməyən Azərbaycan  Respublikasının  Avropanın enerji təhlükəsizliyində oynadığı rol Avropa ölkələrinin liderləri tərəfi ndən də dəfələrlə etiraf edilib. "Azərbaycan enerji təhlükəsizliyində Avropanın vacib tərəfdaşıdır və bu məsələdə konstruktiv rol oynaya bilər", - deyənSloveniya Prezidenti Danilo Türk Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində oynadığı rolu aydın şəkildə ifadə etmişdir (6).

   Azərbaycanın G20 sammitində təmsil olunmasını ölkəmizin dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi kimi qiymətləndirən Prezident Administrasiyasının rəsmisi Əli Həsənov haqlı olaraq qeyd etmişdir ki, "Azərbaycan, həmçinin Avropanın və dünyanın enerji təhlükəsizliyində, enerji təminatında yaxından  iştirak edir" (7).

    13 yanvar 2011-ci ildə Azərbaycanda səfərdə olan Avropanın çox mötərəm qurumunun - Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da bəyanatında açıq şəkildə qeyd edib ki, "...Bizim təhlükəsizliyimiz və enerji təchizatımızın şaxələndirilməsi olduqca vacibdir. Bu, həm də tələblə bağlıdır. Eyni zamanda, Azərbaycan istəyir ki, öz ixracını daha da şaxələndirsin və Avropa İttifaqına idxala öz töhfəsini verir...Ümidvaram, bu, bizə elə bir imkan verəcək bəyan edək ki, Azərbaycan XXI əsrdə busahədə ən ilkin addımlar atan bir ölkə olacaqdır" (8).

    Azərbaycan dağ-mədən sənayesini inkişaf etdirməklə bu istiqamətdə də rolunu daha da möhkəmləndirmiş olar. Son olaraq qeyd etmək istərdim ki, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı üçün bütün imkanlar mövcuddur. Sadəcə olaraq, bu imkanları reallaşdıran, bu sənayeni inkişaf etdirməkdə məsul olan və birbaşa dövlət nəzarətində fəaliyyət göstərən strateji bir quruma ehtiyac vardır.

QEYDLƏR:

1.Azərbaycan Respublikasının mövcud mineral-xammal bazası haqqında qısa məlumat. Bak- 2006.

2. "Xalq qəzeti", 2 noyabr 2006-cı il.

3. "Azərbaycan" qəzeti, 21 avqust 1997-ci il.

4. "Geostrategiya" jurnalı. №03 (09) may-iyun 2012.

5. Ziyadxan Nəbibəyli. Ekologiya və Fövqəladə Hallar.

6. /http://az.trend.az/news/ politics/1551229.html.

7. http://az.trend.az/news/ politics/1994413.html.

8..http://www.president. az/articles/1392.


Müəllifin digər yazıları







Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2118 san