06:24 24 sentyabr 2013
3928 dəfə oxunub
Çap versiyası
Paşa Səfərov

Hüquq magistri

Öl­kə­miz­də İKT-in in­ki­şa­fı göz önün­də­dir və bu in­ki­şaf hər il art­maq­da­dır. Ey­ni za­man­da hər növ­bə­ti il ötən ilə nis­bə­tən öz in­ki­şa­fı, uğur­la­rı ilə se­çil­mək­də­dir. Mi­sal üçün, yo­la sal­dı­ğı­mız 2012-ci il bu sa­hə­də çox məh­sul­dar ol­muş­dur. Be­lə ki, 2012-ci il­də İKT sek­to­ru­nun ar­tım tem­pi təx­mi­nən 18 fa­i­zə ya­xın ol­muş, in­ter­net is­ti­fa­də­çi­lə­ri­nin sıx­lı­ğı­na gö­rə AR Müs­tə­qil Döv­lət­lər Bir­li­yi öl­kə­lə­ri ara­sın­da li­de­rə çev­ril­miş və bu gös­tə­ri­ci 2012-ci il­də 70 fa­i­zə yük­səl­miş­dir. Həm­çi­nin, in­ter­net xid­mət­lə­ri də ötən il­lə­rə nis­bə­tən in­ki­şaf et­miş, 2011-ci il­lə mü­qa­yi­sə­də xa­ri­cə çı­xış tu­tu­mu 2,2 də­fə art­mış, qiy­mət­lər isə təx­mi­nən 35 fa­iz azal­mış­dır. Ötən il­də RİTN və Döv­lət Neft Fon­du tə­rə­fin­dən AR-da "ev­lə­rə op­ti­ka" mo­de­li üz­rə öl­kə­nin bü­tün ya­şa­yış mən­tə­qə­lə­ri­nə yük­sək sü­rət­li ge­niş­zo­laq­lı in­ter­net xid­mət­lə­ri­ni ve­rən op­tik şə­bə­kə­nin qu­rul­ma­sı üz­rə la­yi­hə ha­zır­lan­mış­dır və 2013-cü il­də ar­tıq bu la­yi­hə­yə döv­lət tə­rə­fin­dən 103 mil­yon ma­nat və­sa­it ay­rıl­mış­dır. La­yi­hə­nin əsas hə­də­fi uc­qar kənd­lər də da­xil ol­maq­la, sü­rə­ti 10-100 me­qa­bit-sa­ni­yə ara­sın­da olan ge­niş­zo­laq­lı in­ter­ne­tə çı­xı­şı tə­min et­mək, in­ter­net is­ti­fa­də­çi­lə­ri­nin sa­yı­nı isə təx­mi­nən 85 fa­i­zə çat­dır­maq­dır ki, bu da hə­min vaxt üçün, yə­ni 2017-ci il­də in­ki­şaf et­miş öl­kə­lə­rin sə­viy­yə­si­nə bə­ra­bər ola­caq­dır.

Bun­dan baş­qa, AR-­da dör­dün­cü nə­sil mo­bil ra­bi­tə tex­no­lo­gi­ya­sı­nı tət­biq edən öl­kə­lər sı­ra­sı­na qa­tı­la­raq Av­ro­pa­da doq­qu­zun­cu, dün­ya­da isə otuz yed­din­ci öl­kə ol­muş­dur (ha­zır­da öl­kə­miz­deə hər 100 nə­fə­rə 110 mo­bil te­le­fon dü­şür).

2012-ci ilin sta­tis­tik mə­lu­ma­tı­na gö­rə AR-da 25 te­le­vi­zi­ya ka­na­lı (on­la­rın 11-i ümum­res­pub­li­ka, 14-ü isə re­gi­o­nal ka­nal­dır), 15 ra­dio proq­ram möv­cud­dur. Ey­ni za­man­da 12 ka­bel te­le­vi­zi­ya­sı və 20-dən çox in­ter­net te­le­vi­zi­ya stu­di­ya­la­rı fə­a­liy­yət gös­tə­rir.

2012-ci ilin de­kab­rın­da Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın 67-ci Baş Məc­li­si AR-in əla­qə­lən­di­ri­ci ol­du­ğu "Av­ra­si­ya Trans­mil­li Bö­yük İn­for­ma­si­ya Ma­gist­ra­lı" (TA­SİM) la­yi­hə­si­nə xü­su­si qət­na­mə ilə ikin­ci si­ya­si dəs­tə­yi­ni ver­miş və la­yi­hə üz­rə xü­su­si al­yan­sın ya­ra­dıl­ma­sı­nı töv­si­yə et­miş­dir. İkin­ci la­yi­hə Av­ro­pa Ya­xın Şərq Yük­sək sü­rət­li İn­for­ma­si­ya Şə­bə­kə­si­nin (EPEG) AR-da əsas və eh­ti­yat qov­şaq­la­rı­nın qu­raş­dı­rıl­ma­sı ba­şa çat­mış­dır. İn­ter­net şə­bə­kə­si­nin re­gi­o­nal re­surs­lar və xid­mət­lə­ri ser­ver­lə­ri­nin ün­van­la­rı­nın ida­rə olun­ma­sı üçün re­gi­o­nal sis­te­mi­nin öl­kə­miz­də qu­rul­ma­sı AR-in re­gi­on öl­kə­lə­ri­nə in­ter­net xid­mət­lə­ri­nin ix­ra­cı­nı xey­li ar­tır­mış­dır.

Həm­çi­nin, 2012-ci il­də AR bey­nəl­xalq aləm­də bu sa­hə üz­rə ge­niş­miq­yas­lı küt­lə­vi təd­bir­lə­rin ke­çi­ril­mə­si ilə yad­da qal­mış­dır.

2012-ci il­də AR-in ilk te­le­kom­mu­ni­ka­si­ya pe­yki olan "Azərs­pa­ce-1"in is­teh­sa­lı ba­şa çat­mış və o 2013-cü ilin fev­ral ayı­nın sək­ki­zin­də or­bi­tə çı­xa­rıl­mış­dır. Bu­nun üçün pe­yklə­rin ida­rə olun­ma­sı üçün re­gi­o­nal ida­rə­et­mə mər­kə­zi­nin və eh­ti­yat ida­rə­et­mə mər­kə­zi­nin ya­ra­dıl­ma­sı ba­şa çat­mış­dır. Gö­rü­lən iş­lə­rin müs­bət nə­ti­cə­si ola­raq BMT-­nin uy­ğun ko­mi­tə­sin­də AR kos­mik öl­kə­lər sı­ra­sı­na qə­bul olun­muş, öl­kə­miz kos­mik fə­za­nın sülh məq­səd­lə­ri­lə is­ti­fa­də­si üz­rə öh­də­lik­lər gö­tür­müş­dür (Məlumat üçün bax: Paşa Səfərov. Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı. "GeoStrategiya" aylıq ictimai-siyasi,elmi-populyar jurnal. Bakı. Mart-Aprel 2013. Səhifə 65-66).

"AR-in in­ki­şa­fı na­mi­nə İKT üz­rə Mil­li Stra­te­gi­ya"nın (2003-2012-ci il­lər) ger­çək­ləş­di­ril­mə­si öl­kə­miz­də in­for­ma­si­ya cə­miy­yə­ti­nin for­ma­laş­dı­rıl­ma­sı üçün mü­va­fiq hü­qu­qi ba­za ya­rat­mış­dır. Bu­nun­la ya­na­şı, hə­ya­ta ke­çi­ri­lən döv­lət proq­ram­la­rı və zə­ru­ri is­la­hat­lar nə­ti­cə­sin­də öl­kə­mi­zin ümum­dün­ya elekt­ron mə­ka­nı­na da­ha sü­rət­li in­teq­ra­si­ya­sı tə­min edil­miş, elekt­ron hö­kü­mə­tin ya­ra­dıl­ma­sı, bi­lik­lə­rə əsas­la­nan iq­ti­sa­diy­ya­tın tə­şək­kü­lü, in­for­ma­si­ya təh­lü­kə­siz­li­yi və di­gər mə­sə­lə­lə­rin həl­li is­ti­qa­mə­tin­də mü­hüm ad­dım­lar atıl­mış­dır.

2012-ci il ey­ni za­man­da öl­kə­miz­də İKT-in da­ha sü­rət­li in­ki­şa­fı üçün mü­hüm hü­qu­qi akt­la­rın qə­bul edil­mə­si ilə yad­da qal­mış­dır. Be­lə ki, "AR  RİTN-in ta­be­li­yin­də İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı­nın İn­ki­şa­fı Döv­lət Fon­du­nun ya­ra­dıl­ma­sı haq­qın­da" AR-in Pre­zi­den­ti­nin 15 mart 2012-ci il ta­rix­li, 2095 say­lı Sə­rən­ca­mı ilə in­for­ma­si­ya tex­no­log­ya­la­rı sa­hə­sin­də yö­nüm­lü fə­a­liy­yə­tin dəs­tək­lən­mə­si, bu sa­hə­yə yer­li və xa­ri­ci in­ves­ti­si­ya­la­rın cəlb olun­ma­sı üz­rə iş­lə­rə tə­kan ver­mək üçün AR RİTN-in ta­be­li­yin­də İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı­nın İn­ki­şa­fı Döv­lət Fon­du və "Yük­sək Tex­no­lo­gi­ya­lar Par­kı­nın ya­ra­dıl­ma­sı haq­qın­da" AR-in Pre­zi­den­ti­nin 5 no­yabr 2012-ci il ta­rix­li, 736 say­lı Fər­ma­nı ilə Sum­qa­yıt şə­hə­rin­də Yük­sək Tex­no­lo­gi­ya­lar Par­kı ya­ra­dıl­mış, həmçinin "İn­for­ma­si­ya təh­lü­kə­siz­li­yi sa­hə­sin­də fə­a­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si təd­bir­lə­ri haq­qın­da" AR-in Pre­zi­den­ti­nin 26 sent­yabr 2012-ci il ta­rix­li, 708 say­lı Fər­ma­nı ilə AR-in Xü­su­si Döv­lət Mü­ha­fi­zə Xid­mə­ti­nin Xü­su­si Ra­bi­tə və İn­for­ma­si­ya Təh­lü­kə­siz­li­yi De­par­ta­men­ti­nin ba­za­sın­da AR Xü­su­si Döv­lət Mü­ha­fi­zə Xid­mə­ti­nin Xü­su­si Ra­bi­tə və İn­for­ma­si­ya Təh­lü­kə­siz­li­yi Döv­lət Ağent­li­yi ya­ra­dıl­mış­dır.

Bü­tün bun­la­rın nə­ti­cə­si ola­raq "2013-cü ilin AR-da "İKT ili" elan edil­mə­si haq­qın­da" AR Pre­zi­den­ti­nin 16 yan­var 2013-cü il ta­rix­li Sə­rən­ca­mı­na əsa­sən, 2013-cü il AR-da "İKT ili" elan edil­miş­dir.

Qeyd edək ki, 2013-cü il də İKT sa­hə­sin­də mü­hüm ye­ni­lik­lər­lə yad­da qal­maq­da­dır (mə­sə­lən, AR Pre­zi­den­ti­nin 2 ap­rel 2013-cü il ta­rix­li Fər­ma­nı ilə təs­diq edil­miş "AR RİTN-in ta­be­li­yin­də İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı­nın İn­ki­şa­fı Döv­lət Fon­du haq­qın­da" Əsas­na­mə­nin qə­bul olun­ma­sı və s.).

He­sab edi­rəm ki, öl­kə­miz­də İKT-in ba­riz in­ki­şa­fı­nın nə­ti­cə­si ki­mi, ye­ni, mü­a­sir el­mi mən­bə­lə­rin ya­ra­dıl­ma­sı­na, o cüm­lə­dən mo­noq­ra­fi­ya­la­rın, ki­tab­la­rın ya­zıl­ma­sı­na eh­ti­yac bö­yük­dür. Bu hal hət­ta öz ək­si­ni "AR-da 2013-cü ilin "İKT ili" elan edil­mə­si ilə bağ­lı" Təd­bir­lər Pla­nın­da da ta­pıb. Sö­zü­ge­dən Pla­nın 23-cü bən­di İKT-nin tət­bi­qi ilə əla­qə­dar el­mi-təd­qi­qat iş­lə­ri­nin apa­rıl­ma­sı­na dəs­tə­yin gös­tə­ril­mə­si, 47-ci bən­di isə İKT sa­hə­si­nin in­ki­şa­fı­na həsr olun­muş mə­qa­lə­lə­rin, ki­tab­ça­la­rın və di­gər çap məh­sul­la­rı­nın ha­zır­lan­ma­sı­na əha­tə edir.


Müəllifin digər yazıları

  1. Bayram təbriki
  2. The rights and obligations of the unworthy successor of the Azerbaijan Republic
  3. Azərbaycanda İKT-nin inkişafı
  4. Məhkəmə qətnaməsi çıxarıldıqda həll edilən məsələlər
  5. İNZİBATİ XƏTALARA DAİR İŞLƏR ÜZRƏ MƏHKƏMƏ AKTLARI
  6. Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı
  7. İcra zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi
  8. Azərbaycan Respublikasında ləyaqətsiz vərəsənin hüquq və vəzifələri
  9. Rabitə vasitələrinin, xətlərinin və qurğularının mühafizə qaydalarının pozulması
  10. Antropoloji məktəb
  11. Məhkəmə iclasında "And içmə"
  12. Dənizdə batmış əmlak və onun hüquqi taleyi
  13. Herbert Spenserin yaradıcılığında əsas insan hüquq və azadlıqları
  14. Con Stüart Millin yaradıcılığında qadın hüquq və azadlıqlarının müdafiəsi
  15. Çezare Lombrozonun yaradıcılığında cinayətkar insan
  16. Rac Kapurun yaradıcılığında cinayətkarın yaranması (formalaşması)
  17. Rabindranat Taqorun yaradıcılığında məhkəmə hakimiyyəti
  18. Vinsent van Qoqun yaradıcılığında məhkumların islah edilməsi
  19. Nizami Gəncəvinin yaradıcılığında ədalətlilik prinsipi






Şərh yaz
Yoxlama kodu:41320
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1336 san