Səlim Müslümov: Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək

11:21 / 10.02.2018

Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq.

S.Müslümov qeyd edib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb və 2007-ci ildən etibarən Azərbaycan Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 sərəncam verilib:

 

"Ölkəmizin sığorta-pensiya sistemində növbəti islahat tədbiri kimi, “Əmək pensiyaları haqqında” qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan mütərəqqi dəyişikliklər bu sistemin tam sığorta prinsipləri üzərində formalaşmaqla uzunmüddətli və etibarlı maliyyə dayanıqlığına, bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə uyğun layiqli pensiya təminatı imkanlarının artırılmasına xidmət edib. Həmin dəyişikliklər eyni zamanda uzun illər ölkəmizin pensiya qanunvericiliyində mövcud olmuş “əmək pensiyasının baza hissəsi” anlayışının aradan qalxmasına, pensiyaların baza və sığorta hissələrinin birləşdirilərək vahid məbləğ kimi müəyyən edilməsinə səbəb olub. Beləliklə, hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılması həyata keçirilirdisə, artıq cari ildən əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əmək haqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha dolğun şəkildə təmin olunmasına imkan verir”.

Əmək pensiyalarına edilən artımların cari ilin əvvəlindən hesablandığını diqqətə çatdıran S.Müslümov deyib ki, fevral ayının pensiyalarının ödənişi yanvar və fevral aylarındakı artımlarla birgə həyata keçiriləcək: “Sərəncamla 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək”.

Nazir vurğulayıb ki, sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılacaq: “Sığorta-pensiya sistemi elektron infrastruktur üzərində fəaliyyət göstərir və hər iki proses, yəni əmək pensiyalarının və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilmə ilə artımı avtomatlaşdırılmış qaydada həyata keçiriləcək. Eyni zamanda əmək pensiyasının minimum məbləği də 5,7 faiz səviyyəsində artırılır. Ümumiyyətlə, cənab Prezidentin ölkədə sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət edən bu Sərəncamından irəli gələn vəzifələrin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vaxtında və tam təmin ediləcək”.//Trend


Etiket:

Strategiya.az

Xəbərlər
18.08.2019

Sabah hava küləkli olacaq

18.08.2019

Bakıda ağırçəkili şəxs xilasedicilərin köməyi ilə mənzildən çıxarılıb

18.08.2019

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

18.08.2019

Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

18.08.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

18.08.2019

İsrailin Baş Naziri Ukraynaya səfər edəcək

18.08.2019

Zaur Əliyev dünya çempionatında gümüş medal qazanıb

18.08.2019

Türkiyənin Orduya Kömək Təşkilatı “British Steel” şirkətini satın alır

18.08.2019

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür

18.08.2019

Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib

18.08.2019

Qazaxıstanda zəlzələ baş verib

18.08.2019

Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

18.08.2019

Teleaparıcı təyyarə qəzasında həlak oldu

17.08.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli müğənni Müslüm Maqomayevin anım mərasimində iştirak edib

17.08.2019

Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib

17.08.2019

Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü

17.08.2019

Məktəbli formalarının qiyməti açıqlandı

17.08.2019

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

17.08.2019

Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17.08.2019

Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17.08.2019

Azərbaycan bitki və heyvan mənşəli piy və yağların ixracını artırıb

17.08.2019

Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar

17.08.2019

ABŞ-da yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

17.08.2019

Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub

17.08.2019

Cəlilabadda keçmiş məhkumun evindən narkotik və psixotrop maddələr aşkarlanıb

17.08.2019

"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb

17.08.2019

İstanbulda güclü partlayış: ölən var

17.08.2019

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

17.08.2019

Rusiya-ABŞ nüvə müharibəsi: Günəşə həsrət qalacağıq

17.08.2019

Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

17.08.2019

Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının iclası keçirilib

17.08.2019

Abşeronda 20-yə yaxın evdən oğurluq edən şəxslər tutulub

17.08.2019

Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər

17.08.2019

Messinin rekordu təkrarlanıb, "Barselona" son 11 ildə ilklə üzləşib

17.08.2019

Bakıda 7 otaqlı evdə yanğın olub

17.08.2019

Məktəbli formaları ilə bağlı direktorlara -XƏBƏRDARLIQ

17.08.2019

"Qalatasaray" fransalı futbolçunu transfer edib

17.08.2019

Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan “F-35B” qırıcılarının alınması planını təsdiqləyib

17.08.2019

Zaur Əliyev dünya çempionatının finalında

17.08.2019

3 rayonun qaz təhizatı 2 gün müddətinə dayandırılır - SƏBƏB?

17.08.2019

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

17.08.2019

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

17.08.2019

BMT Cammu və Kəşmirdəki vəziyyətdən narahatdır

17.08.2019

Kiyevin "Dinamo" klubunda yeni baş məşqçi

17.08.2019

Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb

16.08.2019

Arktikada 35 dərəcə isti qeydə alınıb

16.08.2019

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb

16.08.2019

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

16.08.2019

Prezident İlham Əliyev onları təltif etdi

16.08.2019

Azərbaycanda ölüm səviyyəsi azalıb