Səfbəsəf düzüldük Vətən naminə!

19:24 / 22.06.2018

 

Qarabağ müharibəsindən bəhs edən əsərlərin birindən bu yadımda qalıb. Aldığı güllə yarasından yerimək qabiliyyətini itirmiş keçmiş döyüşçüyə dostu zəng edib deyir ki, həmin illərin yadigarı olan disk əlinə keçib, görüntülərdə o da var. Dostunun cavabı isə belə olur: “Diski, göndər, heç olmasa əvvəlki yerişimə baxım...”

Kövrəlməmək mümkün deyil. Bəzən xatirələr də döyüşür, yaralanır və ölür. Amma düşünürəm ki, Qarabağla bağlı xatirələr ölmür, ölməyəcək də.

Tarix həm də xronologiyadı, təqvimdi. Təqvimdə rəqəmlər dəyişə bilər, yəni təqvimin hər günü həm başlanğıcdı, həm də son. 1988-ci ildən sonra sonumuzu düşünəcək qədər isə nə vaxtımız vardı, nə də ki, gücümüz. Tutunmağa bir saman çöpü belə qalmamışdı.

İyirminci əsrin “qara millətləri” siyahısında başda idik, 1920-ci ilin aprelindən sonra keçmişimizə boylanmayaq deyə, boynumuzu yüz yerdən vurmuşdular.

“Mən tarixi, adı, keçmişi bəlli bir millətin övladıyam” sözünü deyənin dilini kəsirdilər. Çünki 37-lər gizli, aşkar davam edirdi...

Başsızlıq və ordusuzluq...

Başsızlıq dünyanın ən böyük dərdidi. Bilirsiniz, niyə? Necə ki, bir ailənin başsız qalmağı bizi yandırır, bir dövlətin, bir millətin başsız qalması fəlakətdir.

1988-1993-cü illər. Azərbaycan tarixinin ağlı-qaralı təqvimi. Bir yandan öz tarixi yurdundan pələsəng olan azərbaycanlıların deportasıyası, bir yandan da erməni millətçilərinin torpaq iddiası ilə Qarabağa və ətraf rayonlara hücumu. İyirmi Yanvar və Xocalı soyqırımlarında qanına qəltan edilən xalqın artıq özündən başqa kiməsə güvənci qalmamışdı. İrəli də ölüm idi, arxa da...

Şuşanın işğalından sonra bütün baxışlar Xəzərə dikilmişdi. Azərbaycan xalqı bütövlükdə Xəzərdə boğulmağa məhkum idi...

Amma yox, hələ qarşıda bu millətə öndərsiz, sahibsiz olmadığını anladan o gün uzaqda deyildi. Bax, həmin gün millət ürəkdən “Qurtulduq” dedi. Sıra-sıra, cərgə-cərgə düzlənən oğullar onun əmri ilə ordu qurmağa, ordu olmağa səfərbər olundu. Artıq atılan güllələrin ünvanı bəlli idi, hədəfə dəyirdi. Və belə olmasaydı, “Vətən səni çağırır” sədasına gələnlər 1994-cü ilin yanvarında ildrım sürəti ilə Horadizi və ətraf kəndləri azad edə bilməzdi. Düşmən canını qurtarmaq üçün havadarının yanına qaçırdı. Çünki Ali Baş Komandan Heydər Əliyev idi...

Elə o çətin dövrdə Heydər Əliyev adı bir ordu demək idi. Bunu düşmən də yaxşı anlayırdı...

1994-cü il. “Əsrin müqaviləsi”ndən sonra əsrin ordusunu formalaşdırmaq uğrunda çabalar edən öndər xalqımıza “Ordum varsa, yurdum var” şüarının əzəmətini yenidən yaşatdı. Xalqına güvənən ordu və ordusuna arxalanan xalq itirdiklərini qaytarmaq, uğursuzluqlarını uğura çevirmək üçün bütün olmazları “ol” etdi.

Dəmir iradəyə, nizam-intizama malik, hər an “Qələbə” sevinci bəxş edəcək bir ordunu quran Öndərimizin Horadiz Qələbəsinin davamını Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Aprel döyüşlərində adını tarixə yazdıran Vətən sevdalıları bizə yenidən yaşatdı. Ordusuz bir millətin heç olduğunu onda bir daha anladıq.

Güc birlikdədir. Aprel müharibəsi bıçağın sümüyə dayandığını, azadlığa gedən yolun şəhidlikdən, qazilikdən, qalibiyyətdən keçdiyini göstərdi. Qanıyla-canıyla sevdiyi torpaq uğrunda nifrətini də süngüsünün, ən müasir silahlarının ucuna pərçim edən Azərbaycan Əsgəri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə"yə nəzarəti ələ keçirdi. Düzdür, hələ torpaqlarımızın xeyli hissəsi işğaldadır və azad olunacağı günə lap az qalır.

İyunun 26-da Azərbaycan Ordusu 100 illiyini qeyd edəcək. Mübarək olsun bayramımız da, yaxındakı Qələbəmiz də...


Etiket:

Strategiya.az

Xəbərlər
19.11.2019

Paşinyan Romada: Ermənistan sülh istəyirmi?

19.11.2019

Novruz Məmmədov yeni vəzifəyə təyin edildi

19.11.2019

Orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə - əlaqə telefonları burada

19.11.2019

SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar

19.11.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi işə başladı

19.11.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19.11.2019

NATO kosmosu özünün yeni operativ sferası kimi tanımağı planlaşdırır

19.11.2019

İtaliyada qədim əşyaları satan kontrabanda saxlanılıb

19.11.2019

Messidən möhtəşəm driblinq - Video

19.11.2019

İranda inqilabı dəstəkləmək üçün yürüşlər keçirilir

19.11.2019

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

19.11.2019

Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub

19.11.2019

Ərdoğan: "ABŞ-da “erməni soyqırımı” ilə bağlı qərarın haqsız olduğunu sənədlərlə sübut etdik"

19.11.2019

Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi

19.11.2019

“De Liqt “Yuventus”a keçdiyinə peşman olub” – Klyüvert

19.11.2019

NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi - VİDEO

19.11.2019

Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradıla bilər

19.11.2019

Temperatur aşağı düşəcək, külək və yağış XƏBƏRDARLIĞI

19.11.2019

Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

19.11.2019

Metroda qapıları tutan 20 sərnişin cərimələndi – VİDEO 

19.11.2019

DİN: Axtarışda olan 36 nəfər tutulub

19.11.2019

Bakıda qadın qapısı açıq qalmış evləri taladı

19.11.2019

Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

19.11.2019

Bu qəsəbədə su olmayacaq

19.11.2019

Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb – Türkiyə mətbuatı

19.11.2019

Vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar təlimlərə başlanılıb

19.11.2019

AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb

19.11.2019

Netanyahu Trampa təşəkkür etdi

19.11.2019

Abşeronda bir evi 3 dəfə qarət edən dəstə tutulub

19.11.2019

“Bremen musiqiçiləri” növbəti dəfə təqdim edilib

19.11.2019

Şərqi Azərbaycanda yenə zəlzələ oldu

19.11.2019

DANX sərnişinlərə müraciət etdi

19.11.2019

Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər

19.11.2019

Hacıqabulda evakuator yük maşını ilə toqquşdu - Xəsarət alan var

19.11.2019

Rusiya ABŞ-ın 10 milyard dollarlıq dövlət istiqrazını əldə etdi

19.11.2019

"Azeri Light" nefti ucuzlaşıb

19.11.2019

Deputatlar bu gün nəyi müzakirə edəcək?

19.11.2019

Neftin ucuzlaşması davam edir

19.11.2019

Noyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.11.2019

Çavuşoğlu İŞİD liderinin məhv edilməsində Türkiyənin töhfəsindən danışdı

19.11.2019

Cəbhədə atəşkəsi snayperlər pozdu - 24 dəfə

19.11.2019

Tbilisidə nümayiş su şırnağı maşınları ilə dağıdıldı – VİDEO

19.11.2019

İtaliya Ermənistanı biabırçı hesabla uddu - Avro-2020

19.11.2019

Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib

19.11.2019

“The Press Herald” erməni separatçılarını Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb

19.11.2019

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub

19.11.2019

Donald Tramp impiçment işi üzrə dinləmələrdə çıxış edə bilər

18.11.2019

İmişlidə qadının evinə silahlı basqın edildi

18.11.2019

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq

18.11.2019

Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda