Fransa: Dağlıq Qarabağın separatçı rejimi ilə müəmmalı və intensiv təmaslar

18:37 / 24.10.2018

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

 

Etnik ermənilərin çoxluq təşkil etdikləri Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçılarının carı ilin sentyabr-oktyabr ayları əzrzində Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri, o cümlədən 30 ildən artıqdır ki, erməni lobbisinin əlində alətə çevrilmiş Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın qondarma Dağlıq Qarabağ rejmi ilə intensiv təmasları bir sıra nəticələrə gəlməyə əsas verir.
Birincisi, Fransanın yüksək rütbəli təmsilçilərinin separatçı rejim ilə belə təmasları ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbyacan qanunvericiliyinin mühüm tələblərinə, o cümlədən Fransanın milli qanunları və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik və onların kobudcasına pozulması aktıdır.
İkincisi, bu addımlar ümumən radikalizm, ekstrimizm və terrorizmlə yanaşı eyni zəncirin mühüm həlqəsi olan separatizmin, konkret halda isə Azərbaycanın işğal altındakı ərazisi olan Dağlıq Qarabağda bu təhlükə mənbəyinin təbliği və təşviqi anlamındadır. Belə siyasət ilk növbədə ərazisində Korsika, Bretan, Yeni Kaledon, Polineziya, Mayotta və s. kimi potensial separatizm ocaqlarının “tüstüləndiyi” Franasnın uzaq olmayan perspektivdə eyni mənbədən qidalanmaqla milli maraqlarının hədsiz təhlükə altına alınmasına rəvac verə bilər.
Üçüncüsü, qeyd edilən qeyri qanuni hərəkətlər, o cümlədən Fransadan olan merlərin qondarma Dağlıq Qarabağ separatçıları ilə Qarabağın tarixi mərkəzləri olan Şuşada və Laçında imzaladıqları “dostluq xartiya”ları nəticə etibarilə Azərbaycan-Fransa dostluq və tərəfdaşlıq münasibətlərinin həm keçmişinə, həm bu gününə, həm də gələcəyinə ciddi kölgə salan hadisələrdir.
Məsələyə bu konteksdə yanaşıldıqda ulu öndər Heydər Əliyevin dövlət başçısı olaraq ilk rəsmi səfərinin 1993-ci ilin dekabr ayında məhz Fransaya olması əslində rəsmi Bakının Parislə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verməsinin bir təzahürü kimi qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, cənab İlham Əliyev də Prezident olaraq ilk rəsmi səfərlərinə 2004-cü ilin yanvar ayında məhz Fransadan başlamışdır. Ölkənin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilmişdir. Bakıda möhtəşəm "Plaisirs de France" sərgisi keçirilmişdir. Bakı-Fransız Litseyi, Azərbaycan-Fransız Universitetləri açılmışdır. Bu və digər faktlar Azərbaycanın Fransa ilə məhz qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlı olduğunu təsdiqləyir.
Təəssüf ki, Fransanın bəzi siyasi və lobbi dairələri bu dövlətinin böyük dövlətçilik maraqlarını bir kənara atıb, cılız və dar erməni mənafeyinin keşiyində dayanmağa üstünlük veriblər. Bununla da beynəlxalq hüququn deyil, separatizmin, etnik təmizləmə siyasətinin, terrorçuluğun və insanlıq əleyhinə cinayət olan soyqrımın yanında yer alıblar. Bu hal Fransanın əlində bayraq etdiyi və ayrı-ayrı dövlətlərə qarşı ikitərəfli və Avropa İttifaqı çərçivəsində təzyiq elementi kimi istifadə etdiyi demokratik dəyərlərin ayaqlar altına atılıb tapdalanması effektini yaradır.
Dördüncüsü, Fransada yaşayan təxminən 500 minlik erməni diasporu və lobbisinin cizdığı çevrədə “rəqs edən” bu üzdəniraq siyasətbazların qanunazidd davranışı, heç şübhəsiz, bu dövlətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməində üzərinə götürdüyü vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir. Tərəfsiz, qərəzsiz və obyektiv mövqe vasitəçilik institutunun əsas fəlsəfəsini təşkil edir İndiki halda isə Fransanın səlahiyyətli təmsilçiləırinin işğal altındakı ərazilərə dəfələrlə təkrarlanan qeyri-qanuni səfərləri rəsmi Parisin münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizliyi, üzərinə düşən missiyanı qərəzli, tərəfkeş və qeyri-obyektiv formada yerinə yetirməsi kimi qiymətləndirilməlidir. Əks halda necə ola bilərdi ki, sabiq deputat Fransua Roşbluan Fransa parlamentində təmsil olunduğu uzun müddət ərzində təkcə qanunverici orqan çərçivəsində yaradılmış “Fransa-Ermənistan dostluq qrupu”na deyil, eyni zamnada eyni çərçivədə fəaliyyət göstərən “Fransa-Dağlıq Qarabağ” dostluq qrupuna da rəhbərlik edə bilmişdir. Axi necə mümükün ola bilir ki, siyasi kursunda separatizmə “Yox” deyən Fransa parlamentində separatçı rejim ilə dostluq qrupu fəaliyyət göstərə bilir. Nəhayət, axı demokratik Fransanın terrorçu və separatçı Ermənistan və onun yaratdığı oyuncaq rejim ilə dostluğu nədən mümkün olmuşdur. Bu kimi suallar bu gün təcili cavabını gözləyir. Əks halda hüquq və güc arasında qlobal balansın pozulduğu müasir sivilizasiyamız fəlakətlərin girdabında məhvə sürüklənə bilər. 
Beşincisi, yuxarıda sadaladığımız reallıqların məntiqindən qaynaqlanaraq Fransa dövləti və onun ali rəhbərliyi həm öz böyük milli maraqlarından, həm də qlobal dünyanın təhlükəsizlik maraqlarından çıxış edərək bu kimi separatizmə dəstək və onun təşfiqi kimi təxribatçı əməllərə qarşı prinsipiallıq və qətiyyət göstərməli, bir həyəcan təbili çalmalıdır. Separatizmə qarşı bütün dünya ölkələri koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Mübarizə “hər yerdə və hər zaman prinsipi ilə aparılmalıdır”. “Yaxşı” və “pis” separatçıya bölgü prinsipi qəbuledilməzdir. Əks halda bir tərəfdə sivil dünya digər tərəfdə isə separatizm və terrorçuluğun dayandığı qeyri-sivil dünyanın qlobal qarşıdurmasında birincinin məğlub statusuna enməsi labüd ola bilər. Bu səbəbdən rəsmi Parisin təmsilçilərinin Dağlıq Qarabağın erməni separatçılarının yanında yer alması əslində ikincilərin mənafeyinə xidmət edir. 
Fransa dövləti bütün bu reallıqları nəzərə alaraq, özünün potensial separatizm ocaqlarına malik olması, regionda və bütövlükdə Azərbaycanda cəmləşdiyi ciddi maraqlarından çıxış edərək nəinki Dağlıq Qarabağda separatizmi dəstələyən hərəkətlərinə rəvac verməməli, ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etməli və bu istiqmətdə hüquqi, əməli və təşkilati xarakterli addımlar atmalıdır.
Eyni məntiqdən qaynaqlanaraq Fransa dövləti ərazisində özünü mühacir kimi təqdim edən bəzi Azərbaycan vətəndaşlarının ölkəmizdə zorakılığa, terrorçuluğa və separatizmə çağırışlar etməsinə imkan verməməli, bu istiqamətdə həm də öz milli maraqlarından çıxış edərək hüquqi müstəvidə adekvat addımlar atmalıdır. Azərbaycan dövləti və ictimaiyyəti dost hesab etdiyimiz Fransa dövlətindən məhz belə davranış tərzi gözləyir.
Əks halda, dəyəri 2 milyard avro səviyyəsinə çatan iqtisadi-biznes əlaqələrimiz, geniş humanitar əməkdaşlığımız, enerji təhlükəsizliyi sferasında təmaslarımız, bir sözlə məhsuldar ikitərəfli və çoxtərəfli münasibətlərimiz ciddi sınağa çəkilə bilər. Düşünməyə dəyər.



Strategiya.az

Xəbərlər
22.08.2019

Alimlər: “Titanik”in parçaları sürətlə yoxa çıxır

22.08.2019

Qazaxda raket tapılıb

22.08.2019

Taxta bazarında baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb

22.08.2019

Dünya rekordçusu iki il müddətinə yarışlardan kənarlaşdırıla bilər

22.08.2019

XİN: Ermənistanın təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb

22.08.2019

Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb

22.08.2019

Bərdədə top mərmisi tapılıb

22.08.2019

 Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi - ölən və yaralanan var

22.08.2019

Trampdan 4 ölkəyə - Müharibə çağırışı

22.08.2019

Ümumi müsahibədə iştirak üçün bu günədək 94 nəfər müraciət edib

22.08.2019

FHN yeni tikilən 133 binaya müsbət rəy verib

22.08.2019

Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib

22.08.2019

Paytaxt polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22.08.2019

Küçələrin işıqlandırılması “Azərişıq” ASC-nin səlahiyyətində deyil

22.08.2019

Sabah 42 dərəcə isti olacaq

22.08.2019

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

22.08.2019

Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

22.08.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb

22.08.2019

Bakı metrosunda daha iki qatar xəttə buraxılıb

22.08.2019

Qadın voleybolçularımız hazırlıqlara başlayıb

22.08.2019

İran yeni “Bavar-373” zenit-raket kompleksini nümayiş etdirib

22.08.2019

Bakalavrların nəzərinə: qeydiyyatın başa çatmasına bir gün qalıb

22.08.2019

Dünya birjalarında neftin qiyməti

22.08.2019

MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib

22.08.2019

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22.08.2019

Binədə 17 yaşlı gənc bıçaqlandı

22.08.2019

Goranboyda zəlzələ olub

22.08.2019

“Manqurt” nümayiş ediləcək

22.08.2019

Buzovna-Maştağa yolunda yol qəzası

22.08.2019

Atəşkəs 20 dəfə pozulub

22.08.2019

Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib

22.08.2019

Avqustun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.08.2019

Gəncə kəndi yaxınlığında yanğın

22.08.2019

Qubada baş verən qəza iki nəfərin ölümü ilə nəticələnib

22.08.2019

“Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb

22.08.2019

Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşını

22.08.2019

Qurban Qurbanov: Qarşılaşmaya yaxşı hazırlaşmışıq

22.08.2019

Akademik Rus Dram Teatrı sentyabr repertuarını açıqlayıb

21.08.2019

AFFA məşqçilər üçün seminar təşkil edib

21.08.2019

Rusiya, İran və Türkiyə liderlərinin Sammitinin vaxtı açıqlanıb

21.08.2019

Şəhid pilotun anım mərasimi keçirilib

21.08.2019

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun tətbiqi barədə fərman imzalayıb

21.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb

21.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Təltif edildilər

21.08.2019

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb

21.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - General-mayor ali hərbi rütbəsi verilsin

21.08.2019

Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü

21.08.2019

DİQQƏT! Sabahdan bu avtomobil keçidində hərəkət dayandırılır - Tunel tikiləcək

21.08.2019

Azərbaycan-İtaliya arxeoloqları Gəncə və Goranboyda kurqanları tədqiq edir

21.08.2019

"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi