Azərbaycan məhsullarının ixracı genişlənir

14:34 / 14.11.2018

Azərbaycan məhsullarının ixracı genişlənir.

Noyabrın 14-də Azərbaycan məhsullarının tanıdılıması və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 4-8-də Çin Xalq Respublikasının Şanxay şəhərinə səfəri barədə məlumat verib. Bildirib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilyonlarında təqdim olunub. Sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribüterləri ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunub.

Diqqətə çatdırılıb ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti "Kəmər və Yol: ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi", "Ticarət və investisiya" və "Qlobal ticarət və beynəlxalq logistika" forumlarında iştirak edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu, Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo və "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə görüşüb. Bu görüşlərdə Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmi vurğulanıb, Azərbaycan-Çin iqtisadi əlaqələri və əməkdaşlıq perspektivləri barədə məlumat verilib.

Səfər zamanı, həmçinin Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayev Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşərək Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi Administrasiyasının rəis müavini Li Cinsonq ilə də görüşüb. Görüşdə Vayqaoçao Azad Ticarət Zonası, burada yaradılmış "vahid pəncərə" sistemi, tətbiq olunan qanunvericilik, gömrük, maliyyə və logistika xidmətləri, zonanın rezidentləri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, bu sahədə Çin təcrübəsi haqqında fikir mübadiləsi aparılıb.

Nazir Şahin Mustafayevin Çinin "Greenland" şirkətinin prezidenti Can Yulianq ilə görüşündə isə "Greenland"lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparılıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.

Səfər çərçivəsində AZPROMO və "Greenland Zhongxuan" Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin "Shanghai Jizhi Investment Management" şirkəti arasında "Greenland Global" Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair müqavilə imzalanıb. Görüşdə, həmçinin "Azersun Holdinq" şirkəti və "Greenland Zhongxuan" Beynəlxalq Ticarət Şirkəti arasında 2 milyon ABŞ dolları dəyərində, "Şərq Ulduzu" şirkəti və "Greenland Zhongxuan" arasında 1 milyon ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.

Qeyd olunub ki, noyabrın 7-də Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (ITOC) "Azərbaycan Şərab Evi" açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir. "Azərbaycan Şərab Evi"ndə məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Burada yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur. Çinin digər bölgələrində də Azərbaycan Şərab və Ticarət evlərinin yaradılması nəzərdə tutulur.

"Made in Azerbaijan" brendinin təşviqi Azərbaycan məhsullarının, xüsusi ilə də Çin bazarına ixracının artırılması məqsədilə görülən tədbirlərin davamı olaraq Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzinin "Direct İmported Goods" ("DIG") marketlər şəbəkəsində Azərbaycan şərablarının və digər spirtli içkilərin satışına başlanıb.

Səfər çərçivəsində Azərbaycan məhsullarının Çin bazarında satışının artırılması məqsədilə "Greenland" şirkətinin "G-hub Ticarət Mərkəzi"ndə Azərbaycan pavilyonu açılıb. Burada Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. "Made in Azerbaijan" brendi ilə satışı həyata keçiriləcək.

Məlumat verilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə oktyabrın 12-18-də Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə ixrac missiyası təşkil olunub. Şərab və digər spirtli içkilər, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, müalicəvi bitki çayları, qənnadı məmulatları, mineral sular, İKT və digər sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkətinin iştirak etdiyi ixrac missiyası zamanı monqolustanlı iş adamları ilə ikitərəfli görüşlər keçirilib, ixrac məsələlərinə dair müzakirələr aparılıb.

Oktyabrın 23-27-də Azərbaycanın ixrac missiyası İstanbul şəhərində olub. Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkətin təmsil olunduğu missiya çərçivəsində məhsulların Türkiyəyə ixracına dair razılaşmalar əldə olunub.

Noyabrın 6-9-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olmuş Azərbaycanın ixrac missiyasına daxil olan yerli şirkətlərimiz bolqarıstanlı həmkarları ilə görüşlər keçirib, Sofiyada "Interfood & Drink" sərgisini ziyarət edib, ölkənin aparıcı topdansatış və mağaza şəbəkələrində olublar. Missiyaya daxil olan Azərbaycan şirkətlərinin istehsal etdiyi nar, nar şirəsi, fındıq və digər məhsulların Bolqarıstana ixracına dair razılığa gəlinib.

Sonra iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan məhsullarının tanıdılması, qeyri-neft ixracının genişləndirilməsi və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görüləcək tədbirlərdən danışıb, KİV nümayəndələrinin sualları cavablandırıb.



Strategiya.az

Xəbərlər
02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

02.12.2020

Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək

02.12.2020

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

02.12.2020

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

02.12.2020

MMC rəisinə cinayət işi başlandı

02.12.2020

Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

02.12.2020

Azad olunmuş ərazilərdə nəqliyyat strukturu necə qurulacaq? - DANX-dan AÇIQLAMA

02.12.2020

Polis ötən gün yaşayış yerini tərk edən daha 28 koronavirus xəstəsi aşkarladı

01.12.2020

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)

01.12.2020

“Qarabağ” ordeninin statutu müəyyənləşib

01.12.2020

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

01.12.2020

Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib

01.12.2020

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

01.12.2020

Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

01.12.2020

Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib

01.12.2020

Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01.12.2020

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

01.12.2020

AZƏRBAYCAN ORDUSU LAÇINDA!

01.12.2020

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı

01.12.2020

Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO

01.12.2020

Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı

01.12.2020

Misir portalı Azərbaycan Ordusunun Laçına daxil olmasından yazıb

01.12.2020

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30.11.2020

Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar

30.11.2020

Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib

30.11.2020

Karxanaların Kürə təsiri açıqlandı

30.11.2020

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?

30.11.2020

Fransanın təxribatları cavabsız qalmayacaq

30.11.2020

Xınalıq kəndində 16 santimetr qar yağıb

30.11.2020

Oğuzda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

30.11.2020

"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)

29.11.2020

Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)

29.11.2020

Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (VİDEO)

29.11.2020

Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub

29.11.2020

Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib

29.11.2020

Ağdamın Şahbulaq kəndi - VİDEO

29.11.2020

Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

29.11.2020

İsmayıllı ağ örpəyə büründü - FOTO

29.11.2020

Kəlbəcər rayonunun kəndlərinin videogötüntüləri - VİDEO

28.11.2020

Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib

28.11.2020

Füzulidə 5 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq

28.11.2020

İqtisadi Şuranın növbəti iclası keçirilib

28.11.2020

Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay

28.11.2020

Diplomatik korpusun nümayəndələri Tərtərdədir

28.11.2020

Oğuz meşələrində qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib

28.11.2020

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb

28.11.2020

Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb

28.11.2020

Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib

28.11.2020

Bu həkimlər yanvaradək əlavə maaş alacaqlar

27.11.2020

Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı təsdiqləndi - SƏRƏNCAM