20 YANVAR FACİƏSİ VƏ ONA BEYNƏLXLAQ SİYASİ-HÜQUQİ QİYMƏTİN VERİLMƏSİ PROBLEMİ

10:56 / 20.01.2019

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

 

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülmüşdür. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlııq nümunəsidir. Sözügedən reallıqdan çıxış edərək, qədirbilən oxuculara təqdim etdiyimiz bu yazıda məqsədimiz hər iki anlamı özündə birləşdirən 20 Yanvar hadisələrinə 29 illik zaman kəsiyindən nəzər yetirib, bir sira narahatedici suallara cavab axtarmaqdır. Onları aşağıdkı ardıcılıqla təqdim edib, təhlilimizə başlayaq.
Birincisi, 20 Yanvar faciəsini şərtləndirən amillər hansılardır və onun qarşısını almaq nə dərəcədə mümkün idi?
20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənmişdir:
a) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti 
1988-ci ilin fevral ayından başlayaraq, 200 mindən artıq soydaşımızın Ermənistandan zor və işgəncə altında qovulmuş, təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlı öldürülmüş, 166 nəfər yaralanmışdı. 
Kreml bu vəziyyətdən nəticə çıxarıb, Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə huquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi. Həmin qərəzli, məsuliyyətsiz və cinayətkar siyasətin bir neçə məqamına nəzər yetirək:
-1988-ci ilin mart ayında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qəbul etdiyi qərar əslində Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün münbit şəraiti təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər verilirdi; böyük maliyyə vəsaitləri ayrılırdı; vilayətlə bağlı mühüm məsələlərin həlli ittifaq nazirlikləri və strukturlarının səlahiyyətinə aid edilirdi və s.
-1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində xüsusi idarəetmə forması-Xüsusi İdarə Komitəsi yaradıldı. Sədri ermənipərəst məmur Arkadiy Volskiy təyin edildi. Bu addım faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasını təmin etmiş oldu.
- Rəsmi Moskvanın yuxarıda qeyd olunan addımlarındam ruhlanan və şirniklənən Ermənistan SSR-nin Ali Soveti 1989-ci il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar verdi.
Bu siyasət və onun nəticələri Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının formalaşmasını təmin etdi.
b) Azərbaycan rəhbərliyinin qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları
Hadisələrin təhlili göstərir ki, Azərbayacan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı mimimuma enə bilərdi. Zənnimizcə, məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin 15 yanvar 1990-cı il tarixli qərarında “Müdafiə nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə konstitusiyasının 81-ci maddəinə uyğun olaraq Azərbaycan SSR-ə müvafiq zəruri yardımı həyata keçirsin” şəklində ifadə olunmuş mövqe Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımlarının radikallıq səviyyəsini daha da gücləndirmişdir. Xatırladaq ki, 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq respublikaların suveren hüquqları SSRİ tərəfindən qorunmalıdır. 
Bundan savayı, 1989-cu ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ kecirməsi, Naxcıvanın İranla sərhədindəki tikanlı məftillərin sokulub atılması, Xalq Hərəkatının radikal qanadının Milli Mudafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il уаnvarın 13-15-də Dovlət Təhlukəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında "erməni talanları" torətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fursəti vermişdi.
İkincisi, Bakıya yeridilən qoşun hissələrinin hədsiz qəddarlığı nə ilə bağlı idi?
Əvvəla, qeyd edək ki, 1989-cu ilin sonlarınadək Bakı şəhərində 110 minlik silahlı qüvvə və hüquq-mühafizə orqanlarının şəxsi heyyəti var idi. Xüsusilə, Bakı qarnizonunun və Bakı Ümumqoşun Məktəbi zabitləri və əsgərlərinin Azərbayacan xalqına münasibəti heç bir halda düşmən münasibəti deyildi, əksinə daha çox loyallığı ilə fərqlənirdi. Onlar yerli əhalinin qonaqpərvərlyi və alicənablığını gündəlik həyatda görür və qiymətləndirə bilirdilər. Başqa sözlə, “Görünən dağa nə bələdçi”. Təsadüfi deyildir ki, 20 yanvar hadisəsi öncəsi Bakı Ümumqoşun Məktəbinin zabit kollektivi adından SSRİ Ali Sovetinin sədrinin və ölkənin müdafiə nazirinin adına ünvanlamış məktubda xüsusi olaraq qeyd olunurdu ki, Bakıda vəziyyət Azərbaycan Xalq Cəbhəsinin nəzərəti altındadır və mövcud problemlərin həlli üçün siyasi tənzimləmə imkanları tükənməmişdir. Biz tam əminliklə deyirik: Bakıda ikinci Rumıniyanın baş verməsinə imkan verilməməlidir.” Mərkəzə belə mövqe lazım deyildi. Ona görə də, Moskva Bakıda qanlı aksiyasını həyata keçirmək üçün bu qüvvələrə tam etibar etmirdi. 
İstintaq muəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ mudafiə və daxili işlər nazirliklərinin, habelə başqa xususi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən cox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana gondərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi quvvələrin, əməliyyatlara rəhbərlik etmək ucun Bakıya gələn 300-dən artıq yuksək rutbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika budcəsindən odənilirdi.
Həmin hərbi qüvvələr üzərində xüsusi psixoloji sınaqların keçirildiyi haqqında təkzibedilməz faktlar vardır. Onlara belə bir dezinformasiya təlqin olunurdu:
-Yerli əhali-azərbaycanlılar rusları qırmağa hazırlaşırlar və siz müqəddəs bir vəzifəni-rusları və bütünlükdə şəhərin xristian əhalisini labüd fəlakətdən xilas etməlisiz.
-Salyan kazarması ətrafında və evlərin damlarında snayperlər yerləşdirilmişdir və hədəflərində yalnız siz olacaqsınız. Ona görə də özünümüdafiə instinktindən çıxış edərək patronlarınıza heyfiniz gəlməsin.
-Azərbaycan Xalq Cəbhəsinin hərbi dəstələri şəhərin strateji nöqtələrində yerləşdirilmişdir və onların amansız müqavimət göstərəcəklərini nəzərə alıb, qətiyyət və adekvat qəddarlıq nümayş etdirin.
-Müqavimət göstərən tərəfin milisin, sovet ordusunun və ya daxili qoşunların geyimində də olması mümkündür və bu reallığı nəzərə alıb, onları davamlı atəş hədəfinə çevirməyi bacarmalısiniz.
Bir sözlə, SSRİ rəhbərliyinin “xeyir-duası” ilə 66 minlik qoşun hissələrini, xüsusilə erməni mənşəli əsgər və zabitləri, eyni zamnada həbsxanadan məlum məqsəd naminə azadlığa buraxılmış məhbusları Bakıda hər cür vəhşiliklər törətməyə psixoloji baxımdan tam hazırlamışdılar. 
Üçüncüsü, SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsində dünyanın digər fövqəldövləti olan ABŞ-ın üzərinə hansı məsuliyyət düşür?
ABŞ-da 1994-2001-ci illərdə Dövlət katibinin müavini işləmiş Stroub Telbotun həmmüəllifi olduğu “Ən yüksək səviyyədə” adlı kitabda qeyd olunur ki, 1989-cu il dekabrın 24-də ABŞ-ın Dövlət katibi Ceyms Beyker ölkəsinin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Cek Motlak vasitəsilə SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadzeyə məlumat çatdırır ki, əgər sovet qoşunları Rumıniyaya ölkədaxili sabitliyin bərpası naminə müdaxilə edərsə, ABŞ bu insidenti etirazla qarşılamayacaqdır. Eduard Şevardnadze cavabında bildirir ki, ABŞ SSRİ-ni hərbi avantüraya cəlb etmək istəyir və bununla da özünün Panamaya olan müdaxiləsinə haqq qazandırmağa çalışır. SSRİ-nin xarici işlər naziri qeyd edir ki, ölkəsi prinsip etibarilə yeni xarici siyasət kursunu həyata keçirir. Bu kursa görə, SSRİ daha sosialist ölkələrinin daxili işlərinə qarışmayacaqdır. Bu mövqedən göründüyü kimi, söhbət yalnız sosialist ölkələrindən gedirdi, sovet respublikalarından yox. Deməli, Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi ABŞ-ın Rumıniya ilə bağlı məlum mövqeyindən bir sıra nəticələr çıxardı. İlk nəticə isə ondan ibarət oldu ki, sovet qoşunlarını Aərbaycan xalqının müstəqillik mücadiləsinə qarşı Bakıya yeridəcəyi təqdirdə ABŞ-ın etirazı olmayacaqdır. Rəsmi Moskva həm də onun fərqində idi ki, ABŞ-ın güclü erməni lobbisi və diasporu da Rəsmi Vaşınqtonun Bakı qırgınına qarşı laqeyid mövqeyinin formalaşmasında öz rolunu oynayacaqdır. Taktiki baxımdan belə qiymətləndirmədə Moskva yanılmamışdı. ABŞ 20 Yanvar faciəsini olduqca soyuqqanlı qarşıladı. “Sem dayı” Rumıniya hadisələri fonunda davranışı ilə SSRİ-nin Bakı avantürasına dolayısı ilə “yaşıl işıq” yandırdığının fərqində idi. Həm də fərqində idi ki, belə avantüralar əzəli rəqibi və düşməni olan SSRİ-nin məhvinin tarixi “X” anını son dərəcə yaxınlaşdırmağa xidmət göstərir. ABŞ yanılmamışdı. 20 yanvar faciəsi SSRİ-nin sonunun başlanğıcını şərtləndirən proseslərin katalizatoru oldu. 
Dördüncüsü, 20 yanvar bəşəri cinayətinə olkədaxili və beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi vəziyyəti və onun perspektivlərini necə dəyərləndirmək olar?
20 Yanvar faciəsinə dovlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi məsələsi umummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı. 
1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsil həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.
Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsil mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ümummilli Lider Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsil mahiyyətini xalqa bəyan etməmişlər”.
Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi.1994-cü il mart ayının 29-da respublika parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Ümummilli Lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalamışdır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da bu məqsədə xidmət edir.
Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan vardır. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılmış, 20 Yanvar şəhidlərinin xatirəsinə kompleks ucaldılmışdır.
Hər il ölkəmizdə və xaricdə 20 Yanvar faciəsinin ildönümləri ilə bağlı silsilə anım tədbirləri keçirilir. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzucu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir.
Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.
Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər Xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.
Sonda təəsüf hissi ilə qeyd edək ki, bu bəşəri cinayətə hələ də beynəlxalq aləmdə lazımı siyasi-hüquqi qiymət verilməmişdir. 20 yanvar faciəsinin günahkarları: SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçov, Bakıda qətliam törədən ordunun fəaliyyətinə birbaşa rəhbərliyi həyata keçirən Primakov, müdafiə naziri Yazov, SSRİ MK-nın katibi Girienko, SSRİ MK-nın millətlərarası münasibətlər şöbəsinin müdir müavini Mixaylov, daxili işlər naziri Bakatin, habelə Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi hələ də beynəlxalq məhkəmə qarşısında mühakimə olunub, layiqli cəzalarını almamışlar. Bu məqamda qeyd edək ki, sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi” deyərək öz günahını etiraf etmişdir. Lakin bu etiraf heç bir halda onu məsuliyyətdən azad etmir.
Onu da qeyd edək ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin rəhbərliyi ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin araşdırılmasını cox səthi aparmış, istintaq hərbcilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinin xitam olunması barədə qərar qəbul olunmuş, cinayət işinin materialları Moskvaya aparılmışdı. Təəssuf ki, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğu torədilmiş cinayət hadisələri ilə bağlı hec bir cinayət işi başlamamışdı.
Zaman kecdikcə bir sıra həqiqətlər meydana cıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, kecmiş SSRİ Prokurorluğuna aparılmışdır və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cumlədən kecmiş SSRİ-nin yuksək instansiyalarında, xususən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə uzə cıxara bilər.
Beynəlxalq birlik isə hələ də bu ədalətsizliyə dözür. Buna baxmayaraq, inanırıq ki, Azərbaycan xalqının qanına əli batmış bu cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Əminik ki, Azərbaycanın bütün istiqamətlər üzrə güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən başlıcası isə ölkəmizdə siyasi sabitliyin olması və xalqın öz prezidenti ətrafında monolit birlik nümayiş etdirməsi həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, həm də bu konfliktin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcəkdir.


Etiket:

Strategiya.az

Xəbərlər
25.06.2019

Növbəti hərracda 29 dövlət əmlakı üzrə ümumilikdə 71 sifariş verilib

25.06.2019

Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib

25.06.2019

Lempard "Çelsi" ilə danışıqlara başladı - rəsmi

25.06.2019

İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmayıb

25.06.2019

Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

25.06.2019

Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət etdi

25.06.2019

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25.06.2019

Üç güləşçimiz Avropa Oyunlarının yarımfinalına yüksəlib

25.06.2019

Zakir Həsənov təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

25.06.2019

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

25.06.2019

İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən qadın saxlanılıb

25.06.2019

Sabahın havası - İstilər davam edir

25.06.2019

İki güləşçimiz Avropa Oyunlarına qələbə ilə başladı

25.06.2019

Mərkəzi Bankda növbəti hərrac: Manat sabitdir

25.06.2019

Saxta 100-lüklər satan Cəlilabad sakinləri ələ keçdi

25.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb

25.06.2019

DİM Tarif Şurasına müraciət edəcək - Qiymətlər dəyişə bilər

25.06.2019

Sayt yaradan fiziki şəxs sadələşdirilmiş, gəlir və ya əlavə dəyər vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilər

25.06.2019

İsti havada iş dayandırılmalıdırmı? – VİDEO

25.06.2019

İranda terrorçu qruplaşma məhv edilib

25.06.2019

III Respublika Xalq Teatrları Festivalı başa çatdı

25.06.2019

Meşədə çətənə becərən keçmiş məhkumdan silah-sursat da aşkarlandı

25.06.2019

Bakıda istirahət mərkəzində məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb

25.06.2019

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

25.06.2019

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminin görüntüləri yayılıb - VİDEO

25.06.2019

Liseylərə qəbul üzrə müsabiqə keçirilib

25.06.2019

Heydər Əliyev prospektinin bir zolağında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

25.06.2019

“Azeri Light”ın bir barreli 65,5 dollardan baha satılır

25.06.2019

Qadağan olunan yerlərdə avtomobil saxlamayın - TƏXLİYƏ EDİLƏCƏK - RƏSMİ

25.06.2019

Təhlükəli istilər başlayır: Açıq havada işləyənləri nə gözləyir… - VİDEO

25.06.2019

Dünya bazarlarında neft bahalaşıb

25.06.2019

Təmas xəttində nisbi sakitlik müşahidə olunub

25.06.2019

İyunun 25-də xarici valyutaların manata qarşı məzənnələri

25.06.2019

“Xəzər-1” üzən qazma qurğusunda yanğın olub

25.06.2019

Olimpiya Oyunları İtaliyada

25.06.2019

Samux rayonunda hərbi sursat aşkarlanıb

25.06.2019

Sürücülərin NƏZƏRİNƏ: Yollarda 2 yeni nişan olacaq

25.06.2019

“Lenta.ru” Azərbaycan haqqında təxribat xarakterli məqaləyə görə üzr istədi

25.06.2019

Avropa ikincisi olan azərbaycanlı sərbəst güləşçilər vətənə qayıdıb

25.06.2019

Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır

24.06.2019

Elmar Məmmədyarovla müsahibə -"Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində nə işi var?"

24.06.2019

Şirməmməd Hüseynov vəfat etdi

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: “Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”

24.06.2019

Bu gündən Azərbaycanda “Sığorta həftəsi” başlayıb

24.06.2019

Həmsədrlər nazirlərə yeni sənəd təqdim ediblər

24.06.2019

Qazaxıstanda partlayışlar bir neçə gün davam edə bilər

24.06.2019

Yaqub Mahmudov: Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır

24.06.2019

Prezident hərbçilərlə bağlı SƏRƏNCAM İMZALADI

24.06.2019

Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq

24.06.2019

Bidzina İvanişvili: Kütləvi iğtişaşlar törədənlər və səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır