Nazir müavini: Erməni icması ilə dialoq bərpa olunmalıdır - VİDEO

08:36 / 30.01.2019

Qarabağın Azərbaycanlı icması erməni icması ilə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazırdır. Bu fikirlər Xarici İşlər Nazirliyində Dağlıq Qarabağın Azərbaycanlı icmasının diplomatik korpusun nümayəndələri ilə görüşündə səsləndirilib. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 1 milyon Azərbaycanlının fundamental hüquqlarını pozan ermənilərin Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquq tələb etməsini qəbuledilməz adlandırıb.

Necə ki, illər öncə Azərbaycanlılar Şuşada qonşuları olan ermənilərlə birgə yaşayıblar bu yenə də mümkündür. Dağlıq Qarabağın azərbaycanlı icması bunun üçün erməni tərəfi ilə dialoq qurmağa hazırdır. Bu fikirlər Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin ölkəmizdə akkreditə olunmuş xarici ölkə və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşündə səsləndirilib.

Tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Dağlıq Qarabağ bölgəsinin 80.000 nəfərdən çox Azərbaycanlı İcmasının pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasının və bu insanların səsinin beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini diplomatik korpusun diqqətinə çatdırıb. Daha sonra çıxış edən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquq tələb etməsinin qəbuledilməz olduğuna diqqət çəkib.

Hikmət Hacıyev Ermənistan tərəfinin beynəlxalq hüququn tələblərini pozaraq Dağlıq Qarabağda qanunsuz demoqrafik dəyişiklik etməsinin də diqqətdə saxlanmalı olduğunu vurğulayıb.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev çıxış edərək Dağlıq Qarabağın erməni icması ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Daha sonra İcmanın İdarə Heyətinin üzvləri Xocalıda anadan olmuş Dürdanə Ağayeva və Samirə Hüseynova çıxış edərək Xocalı şəhərinin işğalından öncə burada ermənilərlə birgə əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək, dinc erməni əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini vurğulayıblar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.08.2019

"Gənc yazarlar nə istəyir?”

20.08.2019

Abşeronda evdən 5 min manatlıq əşyalar oğurlayan şəxs saxlanılıb

20.08.2019

Nazir MiQ-29 təyyarəsinin axtarışlarında iştirakına görə Türkiyə tərəfinə təşəkkür edib

20.08.2019

Azərbaycanlı müğənnilərin “Həci” sevgisi: Mən onun ... deyiləm

20.08.2019

Beş milyon dollar dələduzluqda ittiham olunan şəxslərin məhkəməsi başalyır

20.08.2019

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

20.08.2019

Bakıda 27 yaşlı qız itkin düşdü

20.08.2019

Qobu qəsəbəsində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb

20.08.2019

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın başlayıb

20.08.2019

Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanaya yerləşdirildi

20.08.2019

MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb

20.08.2019

Bakıda metroda gərginlik düşdü, "Sahil" stansiyasında işıqlar söndü

20.08.2019

Sabahın hava proqnozu açıqlanıb

20.08.2019

Abşeronda tapançadan atəş açan şəxs tutulub

20.08.2019

Piyadanı vurub hadisə yerindən qaçan sürücü həbs edilib

20.08.2019

Bakıda çoxmərtəbəli bina yanır - Sakinlər təxliyə edilir

20.08.2019

Sinkfild kuboku: Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq

20.08.2019

Bərdədə oğurluq edən şəxslər saxlanılıblar

20.08.2019

Təmas xəttində növbəti monitorinq keçiriləcək

20.08.2019

Şəmkirdə kürəkəni tərəfindən yandırılan qadının vəziyyəti kritik olaraq qalır

20.08.2019

Qubada ötən gün başlayan yanğın hələ də davam edir

20.08.2019

Samuxda və Bakının 2 rayonunda qaz olmayacaq

20.08.2019

Ermənistan tərəfi iriçaplı pulemyotlarla atəşkəsi 22 dəfə pozub

20.08.2019

Avqustun 20-də xarici valyutaların manata qarşı məzənnələri

20.08.2019

Hava şəraiti ilə bağlı məlumat açıqlanıb

20.08.2019

Bakıda 17 yaşlı oğlan itkin düşüb

20.08.2019

Paytaxtın tarixi hissəsindən nazirliklər və dövlət qurumları köçürüləcək

20.08.2019

Bakıda iki minik avtomobili toqquşub, xəsarət alanlar var

20.08.2019

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub

20.08.2019

Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən "İqla S" raket kompleksi

20.08.2019

Türkiyədə davam edən meşə yanğınları qismən nəzarət altına alınıb

19.08.2019

Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb

19.08.2019

Astarada 4 ay əvvəl itkin düşən qadın axtarışa verildi

19.08.2019

Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı

19.08.2019

“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər

19.08.2019

 Avqustun 24-dək davam edəcək

19.08.2019

Gənclərin sosiallaşması ideoloji tərbiyə kontekstində

19.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19.08.2019

Maestro Niyazinin xatirəsi yad olunacaq

19.08.2019

Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

19.08.2019

Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı

19.08.2019

Şahmatçımız dünya birinciliyində gümüş medal qazanıb

19.08.2019

HDİM Şirvan şəhərində tədbir keçirib

19.08.2019

Əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb

19.08.2019

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

19.08.2019

Boks üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

19.08.2019

Radikal müxalifət terror faktlarını dəstəkləməklə nə demək istəyir? - Əli Həsənov

19.08.2019

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış

19.08.2019

Sabahın hava proqnozu açıqlandı

19.08.2019

Bakıda sabahdan bu küçələrdə təmir başlayır - Hərəkət məhdudlaşdırılır