“Firuzə İbadova yalan danışır" - Deputat

13:20 / 13.01.2014

"O 5 sot mənim yetim nəvəmindir"

Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Astan Şahverdiyev əməkdar artist Firuzə İbadovanın onunla torpaq müharibəsi etməsi və məhz bu səbəbdən də müğənninin xəstəxanalıq olması barədə yazılanlara münasibət bildirib.

Deputat A.Şahverdiyev Publika.Az-a açıqlamasında deyib: “Firuzə İbadova yalan danışır. Çünki Firuzə İbadova və Cavanşir Məmmədov qızımın toyunda əvvəldən axıradək oxuyublar. Ancaq Firuzə İbadova o gün çıxıb efirdə yalandan deyir ki, güya bizi tanımır. Elə onun ilk yalanı burdan başlayır. Mən eşitmişəm ki, Firuzə İbadaovadan nə alınıbsa, hamısı ödənilib. Rəşid Allahyarov mənim keçmiş kürəkənim olan Aqil Fətəliyevdən də dələduz adamdır. Sadəcə olaraq mən bu şərdən qaçmaq istəyirəm. Onlar məni şantaj edirlər. Mən Firuzəni məhkəməyə də vermək istəmirəm. Çünki deyirlər ki, o arvad xəstədir. İndi onun nəyini məhkəməyə verim? Allah onsuz da onu vurub da! Firuzə İbadova məni Allaha tapşırır. Mən Allahsız nə iş görmüşəm? Məni bütün Azərbaycan tanıyır ki, Allah adamıyam. İndi bunlar məndən nə istəyir, bunu bilmirəm. Həmin 5 sot torpaq deyirlər, əvvəllər orda 12-13 sot torpaq olub. Bunu Firuzə İbadova televiziyada da deyib ki, orada 5 sota mənim heç bir iddiam yoxdur. O 5 sot mənim yetim nəvəmindir. Mənim qızım 2 il bundan əvvəl Aqil Fətəliyevdən boşanıb. Hazırda qızımın da bir uşağı var. Nəvəmin atasından ona nə isə qalmalı idi də! Gəlin bunun hüquqi tərəfini kənara qoyub insani tərəfinə baxaq”.

A.Şahverdiyev qeyd edib ki, kimsə pulunu ala bilmirsə, orada onun adının günahkar kimi göstərilməsi doğru deyil: “Digər tərəfdən isə o tərpaq mənim nəvəmindir və həyat yoldaşımın adınadır. O torpaq heç kimə verilməyəcək. Həmin 5 sot torpaq qanunudur və kupçası da var. Hətta, qızımla boşanma ərəfəsində keçmiş kürəkənim olan o gədəyə həyat yodaşım “dovernus” verdi ki, aparıb o torpaqı satsın. O da sata bilmədi və belə də qaldı.

O adamı mənim kürəkənim kimi təqdim etmək doğru deyil. O adam 2 ildir ki, mənim kürəkənim deyil, qızım dava-qırğın yolu ilə ondan boşanıb. Hətta, bu adam neçə vaxtı məhkəməyə gəlməyib də. Axı niyə o adamı mənim kürəkənim kimi yazırlar? Bu şərəfsizlikdir.

Onlar mənim həyat yoldaşıməın da adını hallandırırlar ki, güya həyasız bir alverçi qadındır və sairə. Mənim yoldaşım Rüştü Paşanın kötücəsidir, o Allah adamıdır. Mən özüm isə 42 ildir ki, müəlliməm, ancaq bir tələbənin 1 manatını da görməmişəm.

Mən aciz adam deyiləm, mən güclü adamam. Mənim var-dövlətim olmasa da, şəxsiyyətim və güclü iradəm var. İndi ay Firuzə İbadova, gedin öz probleminizi özünüz həll edin. Axı məni niyə qatırsınız? Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. O adam da mənim kürəkənim deyil”.

 

Xatirladaq ki, “Şərq” qəzetində əməkdar artist Firuzə İbadovanın millət vəkili Astan Şahverdiyevlə torpaq müharibəsinin müğənnini xəstəxanalıq etməsi barədə yazı dərc olunub. Yazıda qeyd olunur ki, millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması müğənninin səhhətində ciddi problemlər yaradıb: “Hətta baş verənlərə etiraz olaraq, müğənni Yeni il axşamı da daxil olmaq şərtilə 3 gün aclıq aksiyası keçirib. Aclıq aksiyasına başlayan müğənninin Yeni il gecəsi vəziyyəti həddindən artıq ağırlaşdığından sənət dostlarından bir neçəsi ona baş çəkməli olublar. Duet ortağı və ailə dostu Cavanşir Məmmədov da Firuzə İbadovaya ilk baş çəkənlərdən olub.

F.İbadova dəfələrlə deputatla görüşüb, məsələnin sakit şəkildə həll olunmasına çalışsa da, buna nail ola bilməyib. Bir sözlə, əməkdar artistə bildirilib ki, özünü yormasın, torpaq əldən getdi.

Məlumata gərə, üzləşdiyi hadisə səbəbindən Firuzə İbadova hazırda ev şəraitində müalicəsini davam etdirir, vəziyyəti o qədər də qənaətbəxş deyil. Yaxınlarının sözlərinə görə, gün ərzində 2 dəfə müğənniyə sistem köçürülür. Tək qadının millət vəkili ilə mübarizə aparması o qədər da asan olmadığından Firuzə İbadova çarəsiz vəziyyətdə qalıb. Bunu müğənninin yaxınları deyirlər”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM