Səid Ünsizadənin köklü qohumlarından biri - Şamaxılı  şair və xanəndə  Ağakərim Ağa İsrafil oğlu İsrafilbəyli

10:53 / 27.03.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Səid Ünsizadənin köklü qohumlarından biri - Şamaxılı  şair və xanəndə  Ağakərim Ağa İsrafil oğlu İsrafilbəyli və yaxud hələ xalq artisti olmayan 70 yaşlı söz və səs ustası  

 

Atası-Ağa İsrafil   İsrafilbəyli
Anası-Nəsibə İsrafilbəyli
Ağakərim Nafiz Şirvani 4 dekabr 1948-ci ildə Şamaxı rayonunun Kiçik Qaladərəsi kəndində anadan olmuşdur. Ağakərim Nafizin atası Ağa İsrafil bəy Əli bəy oğlu və anası Nəsibə xanım Bəybala bəy qızıdır. Orta məktəbi Şamaxıda 5 saylı məktəbin axşam sinfində oxumuşdur. Xanəndə TacikistanınDüşənbə şəhərində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini davam etdirməmişdir. Ağakərim Nafiz Şirvani din tarixini, tarixi, əfsanə, rəvayət və dastanları, klassik və xalq ədəbiyyatını, folkloru dərindən mənimsəmişdir.


Ağakərim Nafiz Şirvani Şamaxı şəhərindəki Xaqani adına mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan muğamı öyrənmişdir. O, müxtəlif musiqi festivallarının diplomlarını almışdır. Belə ki, 1989-cu ildə Ağdamda keçirilən “Xarı bülbül” muğam müsabiqəsinin qalibi olmuşdur. Həmçinin Ağakərim Nafiz Şirvani haqqında “Azərbaycantelefilm” 1997-ci ildə “Naməlum səs” adlı film çəkmişdir. 2018-ci ildə AzTV mədəniyyət kanalında "Yurd Yeri" programında haqqında geniş veriliş verilmişdir.

1980-ci ildə Rusiyanın Arxangelsk vilayətində qastrolda olmuş, 4 konsert vermişdir.
2001-ci ildə Fransaya səfər etmiş və Paris daxil olmaqla müxtəlif şəhərlərdə 8 konsert vermişdir. Bu qastrolu zamanı Fransada "Azerbaïdjan: Chants du Caucase" (“Azərbaycan: Qafqazın mahnıları”) adlı muğam diski buraxılmışdır.
2002-ci ildə də 6 konsertlə Fransa və İtaliyada qastrolda olmuşdur.
2003-cü ildə isə Fransa, İsveçrə və Kanar adalarında 5 konsert vermişdir.
2006-cı ildə İran İslam Respublikasına səfər etmiş, Tehranda biri məşhur “Sarayi-Bəhmən” Mədəniyyət sarayında olmaqla 2 konsert vermişdir. Bundan əlavə o, Zəncanda 3 konsert vermişdir.
2009-cu ildə Amerika Birləşmiş Ştatlarına səfər etmiş və 4 gün dalbadal GünAz TV-də konsertlər vermişdir.
Ağakərim Nafiz təkcə muğam ifaçısı deyildir. O, həm də 200-ə qədər təsnifin, 60-dan çox mahnının müəllifidir.Ağakərim Nafiz gənc yaşlarından şeir yazmağa başlamış və əsasən əruz vəznində qəzəllər, təxmislər, rübailər yazmışdır. Gənc yaşlarında ustad şair Məhəmməd Biriyadan klassik şeir üslubunu mənimsəmişdir. Şeirlərini Nafiz təxəllüsü ilə qələmə almışdır.
Ağakərim Nafiz klassik Azərbaycan-Türk və Şərq divan ədəbiyyatı ənənələrinə XXI əsrdə davam etdirərək şeirlər yazır. O, XV-XIX əsrin dil üslubunu öz şeirlərində qoruyub saxlayır.

2017-ci ildə Ağakərim Nafiz Şirvaninin 630 səhifəlik “Divan”ı çapdan çıxmışdır.

Onun divanına aşağıdakılar daxil edilmişdir: Münacat, Əsma’-ül-hüsna (Allahın gözəl adları), Rəsuli-Əkrəmə (s.v.s.) (Peyğəmbərə), Həzrət Əliyə, Saqinamə (3), ustadı Ağalara, Mürəbbe (2), müxəmməs (4), müsəddəs,məsnəvi (4), müstəzad, İbrətnamə, Bahariyyə, Təxmis (55), Qəzəl (427), Rübai (11) və tərcümələr (15). Beləliklə, onun ümümilikdə bu divana müxtəlif növlü 500-dən çox şeiri daxil olmuşdur.

Saqinamələri   -Ağakərim Nafizin üç saqinaməsi divana daxil edilmişdir. “Gətir” rədifi ilə yazılmış birinci saqinaməsində Cami-Cəmşidi, Şahi-Mərdanı, Məryəm, Məsih (İsa), Süleyman, Nuh, Yusif, Züleyxa, İskəndər, Dara, həzrəti-Loğman, Mürtəza kimi tarixi şəxsiyyətlərdən bəhs olunur.
“Olsun” rədifli ikinci saqinaməsində xanəndə və xanəndəlik sənətinin vacib olan əlamətlərindən, daha sonra “Rast”, “Şur”, “Nəva”, “Çahargah”,“Firuzi-Həsaf”, “Hümayun”, “Şüştər”, “Mahur”, “Dadi-Bidad”, “Əraq”, “Segah”, “Sarəng” kimi muğam və muğam şöbələrindən bəhs olunur.

Üçüncü saqinamə Şirvan xanəndələrinin vəsfinə həsr edilib. Ağakərim Nafiz həmin saqinamədə XIX əsrdən günümüzə kimi yaşayıb yaradan Şirvan xanəndələrinin-Mirzə Məhəmməd Həsən, Mirzə Güllərdən başlayaraq özü daxil olmaqla, 34 Şirvan muğam sənətkarının adını çəkir və onlara öz münasibətini bildirir. O, həmçinin xanəndə Mirzə Məhəmməd Həsənin bəzi mahnılarını bərpa edib, şeirlərinə nəzirə yazıb. Mirzə Məhəmməd Həsən haqqında “Ustadi-ə'zəm Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvani“ kitabı yazıb və çap etdirib.

Qəzəlləri   -  Bu divana onun 428 qəzəli daxil edilmişdir. Qəzəllərin dili klassik Azərbaycanqəzəl janrındadır.
Nəzirələri-  
Ağakərim Nafizin divanında Məhəmməd Füzuli (2), Nişat Şirvani, Ne’mətullah Kişvəri, Məlikli Molla Əli Şirvani, Seyid Əzim Şirvani - Seyyid (3), Əmir Əlişir Nəvai, Molla Ağa Bixud, Mirzə Məhəmməd Həsən, Cahanşah Həqiqi, Baqi əfəndi (2), Namiq Kamal, Molla Qədir Naci (2), Nabi əfəndi (2), Kamil Sərbəndi, Nicati Rumi, Sultan Həmid, Vəsli Rumi, Mir Naşidi Rumi, Qaramanlı Nizami Rumi, Mirzə Qulamhüseyn Yurdçulu, İzzət Rumi, Səfi təxəllüslü Sultan Şeyx Səfiəddin Ərdəbili, Fəqir Ordubadi, Yəhyəvi Ərdəbili, Məhəmməd Biriya, Əhməd Cəfərzadə (3) və laədri qəzəllərinə ümumilikdə 35 nəzirə yazmışdır.

Təxmisləri-   Ağakərim Nafizin divanına daxil edilmiş 53 təxmisi vardır. Bu təxmislər Hafiz Şirazi (2), Mövlana Lutfi, İmadəddin Nəsimi (2), Cahanşah Həqiqi, Əmir Əlişir Nəvai (2), Nemətullah Kişvəri (6), Məhəmməd Füzuli (2), Abdullah Üsuli, Mühibbi təxəllüslü Sultan Süleyman Qanuni (4), Baqi (8), Bəsiri, Nabi (5), Vəsli Rumi, Nişat Şirvani (2), Molla Qədir Naci (5), Ünsi ( Səid Ünsizadənin atası-Hacı Abdurrəhman-N.N.) Mir Naşidi Rumi, Seyid Əbülqasim Nəbati, Seyid Əzim Şirvani – Seyyid (3), Mirzə Məhəmməd Həsən Fələkzadə, Mirzə Ələkbər Sabir (2), Məhəmməd Hadi kimi ustadlarının qəzəllərinə yazılmışdır.
Ağakərim Nafiz saqinamələrində və eləcə də bir sıra başqa qəzəllərində muğam və muğam şöbələrinin adını çəkmişdir: “Rast” (7), “Sarəng” (10), “Nəva” (20), “Şur” (16), “Dəşti”, “Qətar” (6), “Segah” (4), “Şüştər” (3), “Dilkəş” (3) “Mahur” (3), “Zəminxara” (2) “Pəncgah”(2), “Əraq” və s.



Strategiya.az

Xəbərlər
16.06.2019

Bakının mərkəzində GÜCLÜ YANĞIN

16.06.2019

Poroşenko ilə bağlı vacib qərar

16.06.2019

Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb

16.06.2019

Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq

16.06.2019

Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti görüşünün tarixi açıqlandı

16.06.2019

Lənkəranda zəlzələ baş verib

16.06.2019

Ərdoğan: Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir

16.06.2019

Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

16.06.2019

Sabunçu rayonunda bir gündə 10 nəfər it dişləməsi ilə xəstəxanaya müraciət edib

16.06.2019

Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür - Nazir

16.06.2019

Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub

16.06.2019

"Fənərbaxça"da yeni yarımmüdafiəçi - rəsmi

16.06.2019

Yaponiya plastik paketlərdən ödənişsiz istifadəni ləğv edəcək

16.06.2019

Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək

16.06.2019

Silsilə oğurluqlar edən şəxslər tutulub

16.06.2019

Qarabağ həqiqətləri dünyaya daha dolğun çatdırılacaq

16.06.2019

Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib

16.06.2019

Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açılıb

16.06.2019

Mariya Zaxarova: Mən Bakını çox sevirəm

16.06.2019

VII Muğam Televiziya Müsabiqəsi başa çatıb

15.06.2019

Bakıda ağac maşınların üstünə aşdı - VİDEO

15.06.2019

Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

15.06.2019

“Lider qadınlarının şəbəkəsi”nin yaradılması”

15.06.2019

Sabah 38 dərəcəyə qədər isti olacaq

15.06.2019

Azərbaycanlı polis baş serjantı erməni rəqibini məğlub edərək pauerliftinq üzrə Avropa çempionu olub

15.06.2019

Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir

15.06.2019

Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirdi

15.06.2019

ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb

15.06.2019

Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

15.06.2019

15 iyun – Milli Qurtuluş Günü də Azərbaycan xalqının və dövlətinin taleyində həlledici dönüş məqamıdır 

15.06.2019

Həkim və pasiyentlərlə bağlı sənədin ilkin detalları

15.06.2019

Azərbaycan Ordusunda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - VİDEO

15.06.2019

Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

15.06.2019

Çeferin ingilisləri tənqid etdi -"Londonda Azərbaycanın iki komandası oynasaydı..."

15.06.2019

Ötən gün 31 cinayətkar saxlanılıb

15.06.2019

Həsən Ruhani: "Yaxın Şərq dünyanın ən böhranlı regionlarından birinə çevrilib"

15.06.2019

Bakıda sürücü avtomobili YPX maşınına çırpıb, xəsarət alanlar var

15.06.2019

Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR

15.06.2019

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir

15.06.2019

Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

15.06.2019

Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü başlayıb 

15.06.2019

15 iyun – xaosun sonu, milli qurtuluşun başlanğıcı

15.06.2019

Avrozonada vahid büdcə tətbiq olunacaq

15.06.2019

Atəşkəs növbəti dəfə iriçaplı pulemyotlarla pozulub

15.06.2019

Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

15.06.2019

İyunun 18-nə dolların rəsmi məzənnəsi

15.06.2019

Çavuşoğlunun açıqlamasından sonra türk lirəsinin dollara qarşı 5,93 səviyyəsinə düşüb

15.06.2019

Novruz Məmmədov Tacikistanın prezidenti ilə görüşüb

15.06.2019

Ronaldo Xamesi istəyir - açıqlama

15.06.2019

Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi