Səid Əfəndi Ünsizadənin Qurandan iki tərcüməsi

09:32 / 01.04.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

Sure-i Fatiha ile Ya-Sin-i Şerif Tercümesi, Tiflis.1300/1883" 
 
Görkömli maarifçi Hacı Səid Ünsizadə (1843,Şamaxı-1903,İstanbul,Fatih Camii bağçasında dəfn olunub) Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü idi. O,burada öz vəzifə borcu çərçivəsində məktəb və maarif məsələləri ilə  ciddi məşğul olurdu. Səid Ünsizadə bu məqsədlə mütamadi olaraq, Zaqafqaziyanın şəhər və məktəblərini gəzir,yerlərdə təhsilin yeni üsullarla inkişafı yolunda,  hələ Şamaxıda qazı vəzifəsində işləyərkən,  məktəbçilik sahəsində  tarixə düşən  işlərini Qafqazın baş şəhərində-Tiflisdə uğurla davam etdirirdi.

 

Səid Ünsizadənin maarifçilik  sahəsində  llk böyük işi 1874-cü ildə Şamaxlda iki ruhani məclisinin əlbirliyi və işbirliyi şəraitində yaratdığı yeni üsullu ibtidai məktəb idi. Bu məktəb  o illərdə türk dünyasında diqqəti cəlb edn ən nüfuzlu təhsil oca idi. Məktəbdə elmli və şagirdlərlə işləməyi bacaran metodiki bacarığı olan müəllimlər işləyirdi. Onlardan ikisi- Səid Ünsizadəni ortancıl qardaşı Kəmaləddini və XIX əsr türk dünyasınında yüksək bədii zövqü , ədəbi və elmi  qüdrəti ilə tanınan Seyid Əzim Şirvani Məhəmmədzadə  Şamaxı əhlinin  güvəndiyi  ziyalılar idi. Şamaxının yeni üsullu məktəbi onların hər ikici üçün  pedaqoji fəaliyyət  meydanı idi. Təsadüfi deyil ki, bu işıqlı fikir adamları Azərbaycan məktəbliləri üçün yazılmış ilk dərslik müəlliflərindəndir. Səid və Cəlal(əddin) Ünsizadə qardaşları daha böyük maarifçilik  işlərini realllaşdırmaq üçün 1870-ci illərin sonlarında Tiflisə köçürlər. Şamaxı Məclis məktəbinin bütün ağırlığı S.Ə.Şirvaninin öhdəsinə düşür. Məktəbin idarə olunmasında həm kadr,həm də maliyyə məsələlərində  müəyyən problemlər yaaranır.

S.Ə.Şirvani məktəbə yardım etməyə söz verənlərin tədricən himaydarıqdan əl şəkdikləri barədə

Tiflisə   Səid Ünsizadəyə dəfələrlə məktub göndərir.Artıq belə bir vaxtda  Ünsizadə qardaşarının milli mətbuat yaratmaq arzuları vaxtilə Bakı Qubernatoru olan, indi isə Qafqaz Baş İdarəsində  məsul vəzifə tutan  D.Staroselskinin köməyi  ilə həyata keçir.

Ünsizadə qardaşları Tiflisdə əvvlcə litoqrafya-daş basmaxanası, sonra isə bu litoqrafiyanın bazası əsasında tipoqrafiya yaradlırlar.Yaradılan litoqrafiya və tipoqrafiya  "ZİYA" adlandırılır.

Səid Ünsizadə nəşrinə  asanlıqla icazə aldığı qəzetitin ilk nömrəsini  1879-cu il yanvarın 25-də oxucuların mütaliəsinə göndərir.Qezetdə işləyənlərin hamısı Səid Ünsizadnin Şamaxıdan Tifisə dəvət olunmuş qohum - əqrəbaları idi.Tezliklə mətbəə bacarıqlı fəhlə kadrları ilə  tanınır.Burada qəzetdən başqa, digər  çap məhsulları -təqvimlər,albomlar,dini mövzuda kitab və risalələr,dərslik və müntəxəbatlar da da nəşr olunmağa başlayır.

Bu çap məhsulları abunəçiləri az olan  "Ziya" qəzetinin  maddi vəziyyətini yaxşılaşdırmağa yönəlmişdi.Səid Ünsizadə qəzetdəki bir sıra yazılarında dəfələrlə vurğulayırdı ki, biz qəzetdən,demək  olar ki, mənfəət götürmürük,başqa yerdn qazandığımızı mətbuatımızın inkişafına yönəldirik.

"Ziya"nın maddi bazasını  yüksəltmək üçün  türk dünyasının ayri-ayrı regionlarından da Tiflisə - "Ziya" qəzetinə  böyük maddi yardımlar da  göndərilirdi. Sifarişlərdən gələn  vəsaitlr dö Ziyanın fəaliyyə5ini gücləndirirdi.

Bu cəhətdn İsmayıl bəy ibn Mustafanın  kicik həcmli jurnallarının "Ziya"   mətbəəsində çap edilməsi diqqəti cəlb edir.1881-ci ilin may ayından başlayaraq İ.Qaspııralının  "Tonğuç","Şəfəq","Qəmər" kimi jurnallarının çapı  da maraq doğuran əməkdaşlıqdan xəbər verir."Ziya" qəzetinin  mətbəəsində çap olunan dərsliklər də  "Ziya" qəzetinin maddi bazasına  əhəmiyyətli dərəcədə kömək edirdi.


Qəzet həftədə bir dəfə çıxırdı.Burada "Əkinçi"nin qəzetçilik ənənələrindən uğurla istifadə olunurdu.Qəzetin türkdilli diyarlarda XIX əsrin maarifçilik ideyalarını başa düşən və dərk edən onlarla müxbiri var idi.

Qəzetdə rəngarəng qəzet və ədəbi janrlardan ustalıqla istifadə olunurdu. Bu cəhətdən  qəzetdə -  məktub (vərəqə,ovraq ),dialoq,feiyeton ( müəyyən ictimaii əhəmiyyətli yazı), felyeton

 ( satirik yazı) ,qəzetlərdən xülasələr, lətifə,zərifə,söz oyunu,elmi və pedaqoji mövzuda yazılar,əruz və heça vəznli şeirlər,kiçik informasiyalar,sətiraltı mənalı tərcümə materialları,nəzirə bəhanəli  qəzəllər,oxucuları düşündürməyə xidmət edən poçt qutusu bəhanəli   və ünvanlı bildirişlər,səyahət materialları,reklam və çağırışlar,xəyali məclis adı ilə dəyirmi stol materiallarını xatırladan fikir mübadiləli   müzakirə materiallı silsilələr,portret oçerkləri,kitab rəyləri , bəhanəli lüğət materiallarından səmərəli istifadə olunrdu.  

Qəzetdəki bəzi yazıların yozumu oxucuların öhdəsinə buraxılırdı ki,bu da qəzet rəhbərliyini  senzor yoxlamalarından  qorumaq məqsədi daşıyırdı.

Qəzet İstanbul,Krım,Kazan,Petrovski,Spasski,Peterburq,Moskva,Təbriz,Bakı,Şəki,Şamaxı,Göyçay, Gəncə  (Elizavetpol), Kürdəmir,Zaqatala,Balakən,Quba və sair yerlərin oxucuları üçün başa düşülən idi.Oxucular "Ziya" qəzetini ana dilini öyrənmək vasitəsi kimi qiymətləndirməkdə haqlı idilər.

"Ziya" qəzetində dil məsələlrinə ciddi fikir verilirdi.Səid Ünsizadə qəzetin əsas mühərrirliyini qardaşı Cəlal Əfəndiyə tapşırsa da, onun yazılarına ciddi fikir verir,ondan hər kəsə öz xörəgini veməyi,yəni sadə,anlaşıqlı dildə yazmı tələb edirdi.


Hacı Səid  Əfəndi Ünsizadə qəzetin banisi və əsas yazarlarından biri idi. O həm maarifçilik,həm də  dini mövzularda bir sıra maraqlı əsərlər müəllifidir.

 "Həyat" qəzetinin 1905-ci ildəki 21-ci nömrəsində oxuculara ünvanlanan bir yazıdan  məlum olur ki, türk dünyasının fazıllərindən biri olan Səid Ünsizadə Quranın türk dilində  fəfsirini də yazmışdır.Təəssüf ki,bu təfsir hələ də tapılmayıb.Maraqlı burasındadır ki,Səid Ünsizadənin Quran mövzusunda  iki yazısı ərəb dilindən türk dilinə tərcümə olunmuşdur. Mənbələrdə  1883-cü ildə "Ziya" mətbəəsində çap olunmuş bu tərcümənin ünvanı belə göstərilir:

"Hacı Sait Efendi Ünsizade. 

 Sure-i Fatiha ile Ya-Sin-i Şerif Tercümesi, Tiflis. 1300/1883".

 

Çox güman ki, Səid Ünsizadənin Qurandan etdiyi  bu tərcümə kitabı müqəddəs  Kitabımızın türk dilindəki təfsirindən  xeyli əvvəl yazılmışdır.Səid Ünsizadənin Quranın  türk dilində yazdığı  fəfsiri tapılaraq ,mütləq oxuculara çatdırılmalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
16.06.2019

Poroşenko ilə bağlı vacib qərar

16.06.2019

Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb

16.06.2019

Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq

16.06.2019

Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti görüşünün tarixi açıqlandı

16.06.2019

Lənkəranda zəlzələ baş verib

16.06.2019

Ərdoğan: Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir

16.06.2019

Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

16.06.2019

Sabunçu rayonunda bir gündə 10 nəfər it dişləməsi ilə xəstəxanaya müraciət edib

16.06.2019

Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür - Nazir

16.06.2019

Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub

16.06.2019

"Fənərbaxça"da yeni yarımmüdafiəçi - rəsmi

16.06.2019

Yaponiya plastik paketlərdən ödənişsiz istifadəni ləğv edəcək

16.06.2019

Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək

16.06.2019

Silsilə oğurluqlar edən şəxslər tutulub

16.06.2019

Qarabağ həqiqətləri dünyaya daha dolğun çatdırılacaq

16.06.2019

Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib

16.06.2019

Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açılıb

16.06.2019

Mariya Zaxarova: Mən Bakını çox sevirəm

16.06.2019

VII Muğam Televiziya Müsabiqəsi başa çatıb

15.06.2019

Bakıda ağac maşınların üstünə aşdı - VİDEO

15.06.2019

Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

15.06.2019

“Lider qadınlarının şəbəkəsi”nin yaradılması”

15.06.2019

Sabah 38 dərəcəyə qədər isti olacaq

15.06.2019

Azərbaycanlı polis baş serjantı erməni rəqibini məğlub edərək pauerliftinq üzrə Avropa çempionu olub

15.06.2019

Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir

15.06.2019

Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirdi

15.06.2019

ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb

15.06.2019

Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

15.06.2019

15 iyun – Milli Qurtuluş Günü də Azərbaycan xalqının və dövlətinin taleyində həlledici dönüş məqamıdır 

15.06.2019

Həkim və pasiyentlərlə bağlı sənədin ilkin detalları

15.06.2019

Azərbaycan Ordusunda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - VİDEO

15.06.2019

Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

15.06.2019

Çeferin ingilisləri tənqid etdi -"Londonda Azərbaycanın iki komandası oynasaydı..."

15.06.2019

Ötən gün 31 cinayətkar saxlanılıb

15.06.2019

Həsən Ruhani: "Yaxın Şərq dünyanın ən böhranlı regionlarından birinə çevrilib"

15.06.2019

Bakıda sürücü avtomobili YPX maşınına çırpıb, xəsarət alanlar var

15.06.2019

Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR

15.06.2019

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir

15.06.2019

Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

15.06.2019

Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü başlayıb 

15.06.2019

15 iyun – xaosun sonu, milli qurtuluşun başlanğıcı

15.06.2019

Avrozonada vahid büdcə tətbiq olunacaq

15.06.2019

Atəşkəs növbəti dəfə iriçaplı pulemyotlarla pozulub

15.06.2019

Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

15.06.2019

İyunun 18-nə dolların rəsmi məzənnəsi

15.06.2019

Çavuşoğlunun açıqlamasından sonra türk lirəsinin dollara qarşı 5,93 səviyyəsinə düşüb

15.06.2019

Novruz Məmmədov Tacikistanın prezidenti ilə görüşüb

15.06.2019

Ronaldo Xamesi istəyir - açıqlama

15.06.2019

Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi

15.06.2019

Bu il taxıl biçini zamanı kombayn problemi olmayacaq - Nazir