Mətbuat tariximizdə şair  S.Ə.Şirvaninin (1835-1888) mövqeyini və rolunu açıqlayan "Qəzet nədir?" məsnəvisi

09:15 / 03.05.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

S.Ə.Şirvaninin bu şeiri "Əkinçi" qəzetinin 01.09.1877-ci il tarixli 18-ci nömrəsinin əlavsində çap olunmuşdur. Təəssüf ki, qəzetin bu əlavəsinin materialları 1979-cu ildə Bakıda nəşr olunmuş "Əkinçi .1875-1877.(Tam mətni)"transliterasiya kitabına düşməmişdir. Nəşrin tərtibçisi Turan Həsənzadə, redaktoru Əziz Mirəhmədovdur. S.Ə. Şirvaninin "Qəzet  nədir" məsnəvisində qəzetin ictimai fikir tarixindəki rolu yüksək qiymətləndirilir. Şair türkdilli oxucuları "Əkinçi"nin müdafiəsinə  çağırır, qəzeti "pul tələsi" adlandıranlara acı-acı gülür: 


"Bilməmiş rəmzini bu dünyanın 

Söyləyir halını Amerkanın? 

Hiç doğru deyil bunun nəfəsi, 
Nə qəzetdir? Tamam pul tələsi. 

Dedim: - Ey cahili-kərihxitab, 
Gərçi nadanə yoxdu hiç cavab


Bu qəzet kim, olub cahanda bina, 
Bunu kim ixtira edib aya? 

Hansı millət bunu edib icad? 
Hansı dövlət edib ona imdad? 

Nədir ol millətin görək qərəzi, 
"Həst əlbəttə dər diləş mərəzi" *(Tərcüməsi -Əlbəttə,ürəyində dərdi var-N.N. )

Hamı millətdə var qəzetlər çox 
Demə kim, bunda hiç faidə yox.

Qəzetin çoxdu xəlqə mənfəəti, 
Nə bilir kim ki, yoxdu mərifəti? "  


S.Ə.Şirvani   şeirin əvvəlində qəzetə nadancasına qiymət verən bir nəfəri elə o cahilin öz sözləri ilə ifşa edir:

Dün sual etdi bir nəfər cahil-

Ki,qəzetdən nədir bizə hasil?

Bu Həsən bəy nə istəyir bizdən,

Doldurub aləmi quru sözdən,

Danışır gah əkin,ziraətdən,

Gah maşın, gah özgə sənətdən,

Şərh edir gah süd qayırmağı-

Ki, qatıqdan belə çəkin yağı "....


Əslində cahilin  sözləri "Əkinçi"nin ideya istiqamətlərini öyrəməyə xidmət  edir. Bu, düşünülmüş  bir həsbi-haldır. S.Ə.Şirvani türkdilli mətbuatımızin ilk müxbirlərindən biridir. Onun bu fəaliyyəti  türkdilli oxuculara həm nəzm,  həm də nəsrlə çatdırılmışdır. Həm "Əkinçi"də, həm də Ünsizadə qardaşlarının  "Ziya" və "Kəşkül" adlı mətbu orqanlarında də  S.Ə.Şirvaninin  onlarla müxbir məktubları vardır. Şairin bir neçə müxbir məktubu Səid və Cəlal Ünsizadələrin  yazdıqları xülasələrdə verilmişdir. Təəssüf ki, S.Ə.Şirvaninin 2005-ci ildə latın qrafikası ilə  nəşr edilən 3 cildliyinə düşməmişdir. Bu, yaxşı çap işininn  bağışlanılmaz qüsurlarıdır. Müxbir məktublarından  və eləcə də məzkur şeirdən məlum olur ki, görkəmli şair ana dilli mətbuatla yanaşı, rusdilli mətbuatı da ciddi mütaliə edirmiş.

S.Ə.Şirvani rus dilini bilirdi.Bu bilik ona rus dilində şeir yazmaq qabiliyyəti vermsə də, hər halda  S.Ə.Şirvaninin Şamaxıdakı rusdilli məktəbdə  Avropada təhsil almış qabaqcıl əcnəbi məllimlərlə  bir pedaqoj  kollektivdə işləməsi  görkəmli şairin türk mətbuat  tarixindəki  fəaliyyətində əhəmiyyətli rol oynamışdır. Seyid Əzimin  "Qəzet nədir"  şeirində Tiflisdə nəşr olunan "Kavkaz" və "Tiflisski vestnik" qəzetlərini təqdir etməsi , "Əkinçi"nin bu qəzetlərdən məqsədəyönlü şəkildə  faydalanması bir çox nəsnələri incələməyə kömək edə bilər. Məlumdur ki, Həsən bəy Məlikzadə Zərdabi "Əkinçi" qəzetinin hər nömrəsi üçün Avropa mətvuatına da müraciət edirdi. Hacı Seyid Əzim Şirvaninin Zərdabiyə verdiyi dəyərli qiymətdə bu, xüsusilə  vurqulanır

Şeir də məhz bu fikrin  təsdiqinə  sübut olan misralarla qurtarır:

Gah Peterburqdan olur guya, 

Gah olur Hindi-Şərqdən peyda.

Gah Dunaydan qəzet verir xəbəri,
 
Gah Parisdən gəlir onun əsəri. 

Kəşf edir karxanədən səməri, 

Söyləyir hər kraldən xəbəri.


S.Ə.Şirvaninin və eləcə də XIX əsrdə yaşamış digər maarifçilərimizin krallardan xəbər söyləyən məqalələrə və xəbərlərə üstünlük verən türkdilli mətbu orqanlarla əmkdaşlığının sistemli  şəkildə öyrənilməsi fikir və  düşüncə tariximiz üçün geniş üfüqlər aça bilər. Bu barədə ciddi fikirləşmək lazımdır.

 

QƏZET NƏDİR?  məsnəvisi

( S.Ə.Şirvani. Əsərlri, 3 cilddə.II cild, Bakı, 2005. səh.57-59)

Dün sual etdi bir nəfər cahil – 
Ki, qəzetdən nədir bizə hasil? 

Bu Həsənbəy nə istəyir bizdən, 
Doldurub aləmi quru sözdən 

Danışır gah əkin, ziraətdən 
Gah maşın, gah özgə sənətdən. 

Şərh edir, gah süd qayırmağı – 
Ki, qatıqdan belə çəkin yağı. 

Pendiri öyrədir ki, böylə tutun, 
Saxlayıb artıcaq bahaya satın 

Gah Amcrikadan eyləyir kim yad 
Bu sifət bir maşın olub icad. 

Nəyə lazımdı bizlərə maşın, 
Nə üçün xəlqin aldadır başın? 

Babamız görməmişdi maşın işi 
İngilis kimi tovlayır bu kişi. 

Dad edir ki, gərəkdir elm oxumaq, 
Çəkmə tikmək və ya ki çit toxumaq 

Biz məgər bümirik yağı tutmaq, 
Pendiri saxlayıb pula satmaq? 

Çöldə hər övrəti-Qarabaği 
Nehrədə çalxayır gözəl yaği. 

Biz məgər bilmirik taxıl biçmək? 
Nəyə lazımdı maşın öyrənmək? 

Şöxmə vacibdi çünki beş cüt kəl, 
Biçinə çin gərəkdi, xırmana vəl. 

Nə gərəkdir yazib ki, ol sadə
Fəhlələr cəng edir Amerkadə

Bilməmiş rəmzini bu dünyanın 
Söyləyir halını Amerkanın 

Hiç doğru deyil bunun nəfəsi, 
Nə qəzetdir? Tamam pul tələsi. 

Dedim: - Ey cahili-kərihxitab, 
Gərçi nadanə yoxdu hiç cavab


Bu qəzet kim, olub cahanda bina, 
Bunu kim ixtira edib aya? 

Hansı millət bunu edib icad? 
Hansı dövlət edib ona imdad? 

Nədir ol millətin görək qərəzi, 
"Həst əlbəttə dər diləş mərəzi" *(Əlbəttə,ürəyində dərdi var- tərcüməsi)

Hamı millətdə var qəzetlər çox 
Demə kim, bunda hiç faidə yox.

Qəzetin çoxdu xəlqə mənfəəti, 
Nə bilir kim ki, yoxdu mərifəti, 

Nə deyim, vəhyi-asimanidir ol, 
Leyk ərbabi-hal canıdır ol 

Ümmül-əxbar, müxbirül-asar, 
Kaşifür-rəmz, vacibül-əsrar, 

Leyk vacibdü şərh edim hali 
Səni filcümlə eyləyim hali 

Rayizi-malikani- vadiyi-şövq, 
Qaidi-sakinani-aləmi-zövq 

Rəhbərü rəhnəvərdü rahnüma, 
Cəbrəili-əmini-əhli-səfa. 

Özünə eyləyib həmiyyəti fərz – 
Ki, edə aləm içrə teyyül-ərz 

Gah olur əsbi-telqrafə səvar 
Şərqdən Qərbə söyləyir əxbar. 

Gəh qılır poçtaxanələrdə məqam, 
Xəlqə əxbar eyləyir elam. 

Nə qəzet, mayeyi-səadətdir 
Nə qəzet, eyni-etmi-hikmətdir

Xassə 'Tiflisski Vestnik"in xəbəri 
Yetişir əhli-aləmə səməri. 

Bir qəzetdir ki, sadiqül-əxbar 
Müştərisi nücum tək büsyar. 

Xassə "Kavkaz" ki, əhli-Qafqazə
Hər zaman bir xəbər verir tazə.

Xassə ol kim, "Əkinçi"yi-dana, 
Əhli-islamı eyləyib ehya 

Gah Peterburqdan olur guya, 
Gah olur Hindi-Şərqdən peyda.

Gah Dunaydan qəzet verir xəbəri, 
Gah Parisdən gəlir onun əsəri. 

Kəşf edir karxanədən səməri, 
Söyləyir hər kraldən xəbəri.

****


Ədəbiyyat siyahısı


1. "Əkinçi" qəzeti,N 18(əlavə), 01.09.1877


2. "Əkinçi" (tam mətni).Bakl,1979


 
(Tərtib edəni-Turan Həsənzadə,redaktoru - Əziz Mirəhmədov)


3. S.Ə.Şirvani. Əsərləri, 3 cilddə.  II cild, Bakı, 2005. səh.57-59.



Strategiya.az

Xəbərlər
18.10.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18.10.2019

ARDNF Milandakı ofis binasını satıb

18.10.2019

Dövlət müstəqilliyimiz - Əbədi, dönməz və sarsılmaz olacaq

18.10.2019

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

18.10.2019

UEFA "Ayaks"ı cəzalandırdı

18.10.2019

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb

18.10.2019

BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər

18.10.2019

Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ

18.10.2019

Şarm verilişi yenidən qayıdır - VİDEO

18.10.2019

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18.10.2019

Millimizin Slovakiyaya qarşı oyununun yeri dəyişdirildi

18.10.2019

Türkiyə ordusunun əsgəri şəhid olub

18.10.2019

Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradıldı

18.10.2019

32 nəfər saxlanıldı

18.10.2019

NATO-nun İdarə rəisi: "FHN-nin beynəlxalq axtarış-xilasetmədə iştirakından məmnunuq" 

18.10.2019

Sabaha olan hava proqnozu

18.10.2019

Azərbaycana partlayıcı maddə keçirmək istədilər

18.10.2019

Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

18.10.2019

Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

18.10.2019

Nazirlik Bakıda küçəyə atılan birgünlük körpə ilə bağlı məlumat yaydı

18.10.2019

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

18.10.2019

ABŞ səfirliyindən Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım

18.10.2019

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun ikinci görüşdəki rəqibi dəqiqləşib

18.10.2019

UEFA "Qarabağ"ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb

18.10.2019

Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

18.10.2019

AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

18.10.2019

Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb

18.10.2019

Qorbaçov Putinə müraciət etdi

18.10.2019

Bakıda birgünlük körpəni küçəyə atdılar 

18.10.2019

"Azeri Light" nefti ucuzlaşıb

18.10.2019

Bu şəxslərin maaşları 25 faiz artırıldı

18.10.2019

Ərdoğan və Pensin bu görüntüsü izlənmə rekordu qırır - VİDEO

18.10.2019

“Brexit” reallaşmaq üzrədir – Britaniya Avropaya 33 milyard funt odəyəcək

18.10.2019

Postmodern oyun - “Müəmmalı bir qətlin üç versiyası”

18.10.2019

Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək

18.10.2019

Oktyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.10.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 21 dəfə pozuldu

18.10.2019

Bu rayonlarda qaz olmayacaq 

18.10.2019

"El Klassiko"nun vaxtı dəyişdirildi

18.10.2019

Neftin ucuzlaşması davam edir

18.10.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

18.10.2019

Bir adamın dərd yükü = hər adamın - dərd yükü...

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür

17.10.2019

Sona Vəliyevanın səssiz nəğməsi - Akademik Dusko M.Petroviç

17.10.2019

Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir

17.10.2019

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir

17.10.2019

Qazaxda 2 ədəd top mərmisi aşkarlanıb

17.10.2019

Türkiyə Prezidenti Ankarada ABŞ-ın vitse-prezidenti ilə görüşüb

17.10.2019

Azərbaycan əhalisinin sayı açıqlanıb