II DÜNYA MÜHARİBƏSİNİN GEDİŞİNİ DƏYİŞƏN ADAM

15:33 / 08.05.2019

prof. Ramazan SİRACOĞLU

Dünyada 50 milyona yaxın insanın ölümünə, saysız-hésabsız insanın yaralanmasına, əlil olmasına, əsir düşməsinə, işgəncə görməsinə, yerindən-yurdundan didərgin düşməsinə səbəb olan faşizm üzərində qələbədə o zamankı bütün insanların müəyyən payı vardır: hər adam öz imkanları daxilində ön və ya arxa cəbhələrdə fəaliyyət göstərmişdir. Əsgərlər səngərlərdə, istéhkamlarda vuruşanda, arxa cəbhənin adamları da gécə-gündüz “hər şéy cəbhə üçün, hər şéy qələbə üçün!” prinsipi ilə hərəkət étmişlər. Bu yazıda adı dünya tarixinə yazılmış, uzun zaman ismi gizli saxlanılan, mənsubiyyəti étiraf olunmayan, lakin faşizmin mütləq məğlubiyyətinin mémarlarınan olan, dünya kəşfiyyat tarixində  bənzəri olmayan, əsl mənada supérmén olanbir əfsanəvi şəxsiyyətdən, həmyérlimiz Rixard Zorgé haqqında düşüncələrimi oxucularla paylaşmaq istərdim. Bu bayram həm də Onun bayramıdır, uğrunda özünü fəda étdiyi siyasi quruluş yox olub gétsə də, fərdi prinsipiallığına, şəxsi sədaqətinə, göstərdiyi ağlasığmaz hərbi şücaətinə görə  xatırlanmağa, yada salınmağa, anılmağa haqqı var.

Haqqında bəlkə də yüzlərcə rəvayət və əfsanələr uydurulan Rixard Zorgé  (1895-1944 ) Sabunçu qəsəbəsində doğulmuşdu, atası Qustav alman, anası Nina  rus idi. Rixardın atası  Nobél qardaşlarının néft mədənlərindən birində mühəndis idi. XIX əsrin sonlarında minlərcə işçini, ac-yalavacı qoynuna alan neft Bakısının gəlhagəli idi. Qısa zamanda sürətlə varlanmaq istəyən Avropa maqnatları, şirkətləri, o cümlədən Rusiyada yaşayan milyonerlər buraya dünyanın hər yerindən işçilər gətir, onları minimal şəraiti olmayan mədənlərdə çalışdırırdılar.

Rixard Zorgé atası Qustavın qucağında.  Bakı qəzası, Sabunçu kəndi, 1898-ci il.

Zorgélər ailəsi nəsilliklə sosialist təmayüllü olmuşlar. Rixardın babasının qardaşı Fridrix III Komintérni quranlardandır. O, éyni zamanda, Karl Marksın  katibi idi. Rixard Zorgénin atası işi ilə əlaqədar olaraq Almaniyaya gedəndə balaca Rixard da ailəsi ilə Bérlinə gétmişdi.  Orada réalnı məktəbdə oxuyanda  I Dünya müharibəsi başlayır və Zorgé könüllü olaraq cəbhəyə gédir. 1915-ci ildə ilk dəfə olaraq yaralanır.

Zorgé I Dünya müharibəsində 3 dəfə yaralanmış, bu yaralardan ayağında ömürlük fiziki qüsur qalmışdı və 1918-ci ilin yanvar ayında ordudan tərxis olunmuşdur. Cəbhədə gördükləri onda belə fikir formalaşdırır ki,  kapitalizm insanları qəddarlaşdırır və gənc Zorgé Marksın “kapitala olan hərislik  kapitalistdəki  bütün insani  müsbət kéyfiyyətləri öldürür” fikri ilə tədricən razılaşır. İctimai élmlərlə maraqlanır, 1919-cu ildə Hamburq univérsitétinin dövlət və hüquq fakültəsinin doktoru olur.

I Dünya müharibəsinin iştirakçısı, kapral rütbəli R. Zorgé. 1915-ci il

1920-1921-ci illərdə Frankfurt sosial araşdırmalar institutunun élmi əməkdaşı kimi fəaliyyət göstərir. Almaniya Kommunist partiyasının üzvü kimi təbliğat yürüdür. Kommunist partiyasının fəaliyyəti qadağan olunanda   1924-cü ildə  Moskvaya gəlmiş, 1925-ci ildə sovét vətəndaşlığını qəbul étmişdi. R. Zorgé xaricə ézam olunmadan əvvəl, Moskvada işlədiyi zaman öz  tanışlarına bélə söyləyərmiş: “Вообще-то я могу считать себя азербайджанцем. Только вот беда — ни слова по-азербайджански не знаю— Ümumiyyətlə, mən özümü azərbaycanlı saya bilərəm. Amma bəla burasındadır ki, azərbaycanca bir kəlmə də olsun bilmirəm.” 1929-cu ildə Sovét hərbi kəşfiyyat idarəsi onu Almaniyaya uzunmüddətli ézamiyyətə göndərmişdi. Rixard Zorgé mükəmməl analitik təfəkkürə, qéyri-adi hafizəyə, nüfuzédici baxışlara, dərin və soyuq təhlil qabiliyyətinə sahib idi. Bir néçə dil bilirdi. Zorgé qısa zamanda sürətlə öz karyérində irəliləyişlərə nail olmuşdu. 1933-cü ildə Zorgé Almaniya Nasional Sosialist partiyasına üzv qəbul édilir. Nasist Almaniyasının o zamankı xarici İşlər Naziri Ribbéntropun təqdiri ilə Réyxə xidmət étmək üçün öncə Çinə, daha sonra Yaponiyaya göndərilir. Çində Aléksandr Conson imzası ilə ABŞ qəzétlərinə béynəlxalq problemləri şərh édən silsilə məqalələr yazır. Zorgénin xidmətindən razı qalan almanlar onu Tokiyoya ézam édirlər.

O, Tokioda “Franktfurer saytunq” qəzétinin xüsusi müxbiri çətiri altında çalışmağa başlayır. Qısa zamanda almanlar onu Almaniyanın Tokiyodakı səfirliyinin mətbuat katibi vəzifəsinə yüksəldirlər. Zorgé, Mərkəzdən aldığı mühüm tapşırıqları yerinə yétirmək üçün bütün mümkün vasitələrdən və öz şarmından çox bacarıqla faydalanmışdır. Alman rəsmiləri ona ali, əsl ari irqin mənsubu kimi çox inanır və güvənirdilər. Diplomat olmamasına rəğmən alman səfirliyində Zorgénin öz kabinéti vardı. Alman səfiri O. Ottun ondan gizləyəcəyi sirri yoxdu. Zorgé bu inamdan yararlanaraq Mərkəzə çox önəmli məlumatlar ötürürdü. Yaponiyada fəaliyyət göstərən bütün gizli kəşfiyyat əməkdaşlarının fəaliyyətinin koordinatoru Zorgé idi.

1939- 1946-cı illərdə  Sovét hərbi kəşfiyyatına rəhbərlik étmiş général- léyténant P.M. Fitin  ( 1907-1971 ) onun qüsursuz işini çox bəyənirdi. Yéri gəlmişkən, məşhur “Baharın 17 anı” filminin 2-ci sériyasında biz həmin adamı İ.V. Stalinlə Krémldə danışarkən görürük  (2.59— 4.14-cü dəqiqələr ).  Filmdə Yustas kod adlı Ştirlits məhz ona- Aléksə müntəzəm şifroqram göndərir və Aléks kod adlı P.M. Fitindən göstərişlər alır. Daha bir détal: adı keçən filmin réjissoru T. Lioznova filmin baş rolunun ifaçısı V. Tixonovdan tələb étmişdi ki, əgər o, filmdəki kəşfiyyatçı-rézidént ştandarténfürér Ştirlits rolunu oynarkən beynində hər an əfsanəvi kəşfiyyatçı Rixard Zorgéni düşünə bilsə rolun öhdəsindən gələ biləcək. Ştirlits rolunun V. Tixonova həvalə édilməsini isə SSRİ DTK-nın sədri Y. V. Andropov tövsiyyə étmişdi: “Lap Zorgéyə bənzəyir!” Bəlkə də bu filmi bizə bu qədər doğmalaşdıran  xəyali Ştirlitsin əsl kəşfiyyatçı Rixard Zorgéyə bənzəməsidir?! Éhtimal ki, əsərin müəllifi Y. Sémyonov da éyniadlı əsəri yazarkən prototip olaraq məhz Zorgéni düşünüb, onun bəzi kéyfiyyətlərini Ştirlits obrazında təcəssüm étdirmişdir. Axı Ştirlits də rézidənt idi Zorgé kimi.

Sovét hərbi kəşfiyyatının Yaponiyadakı rézidénti R. Zorgé. Tokio, 1938

Rixard Zorgé açıq şəkildə kütləvi tirajla nəşr olunan Avropa mətbuatına iqtisadi-siyasi şərhlər yazır, təhlillər édirdi. Sıravi oxuculara kəşfiyyat xaraktérli héç  nə vəd étməyən bu yazılarda Zorge Moskvaya kodlanmış mətinlər ötürürmüş. Tokio küçələrində sürətlə motosiklet sürən Zorgé, motosikletin sürətini artırıb-azaltmaqla, sən demə, morzé əlifbasıyla o küçədə işləyən sovét kəşfiyyat kuryérinə informasiya vérirmiş. Zorgénin vəzifəsinə müharibənin nə zaman başlayacağı tarixini öyrənmək daxil déyildi. Bununla Bérlin rézidénurası məşğul idi, lakin Zorgé də zaman -zaman Mərkəzə o məşum vaxt haqqında  éhtimal olunan tarixləri bildirirdi: 15.05.1941, 01.06.1941, 15.06.1941, 22.06.1941. Zorgénin vəzifəsinə Yaponiyanın SSRİ-yə hücum étməyəcəyini öyrənmək daxil idi. Zorge bu vəzifəni böyük uğurla yerinə yetirdi.  R. Zorgé Yaponiyada çalışdığı səkkiz ildə o ölkəni yaxşı öyrənmişdi. Təsadüfi déyil ki, 14 séntyabr  1941-ci ildə Tokiodan Moskvaya göndərdiyi məxfi məlumatda R. Zorgé İ. V. Stalini əmin étmişdi ki, 1942-ci ilin ikinci yarısınadək Yaponya SSRİ-yə qətiyyən hücum étməyəcək. Suyu üfürə-üfürə içən ağıllı və tədbirli yaponlar SSRİ-nin zərbini 1938-1939-da görmüşdülər. Onlar SSRİ-nin tam gücdən düşdüyünə əmin olmadan héç vəchlə başlarını bəlaya soxmazlar. Məhz Zorgénin məlumatından sonra Ali Baş Komandan İ. V. Stalin Uzaq Şərqdə Yaponiyanın hərbi təcavüzünü dəf étməyə hazır dayanmış 26 diviziyanı, başqa sözlə, 286 min əsgəri, hərbi sursat və téxnikanı  ( 1941-ci ildə sovét atıcı diviziyasının hər birində 11minə yaxın hərbçi qulluq édirdi ) Moskvanın müdafiəsinə cəlb étdi. Moskvanın 25 kilométriliyinə qədər irəliləmiş almanlara qarşı Uzaq Şərqdən gətirilən  əlavə 26 diviziya, démək olar ki, müharibənin taléyini həll étdi, 6 dékabr  1941-ci ildə soyuğa davamlı Sibir diviziyaları almanları 250 kilométr geriyə çəkilməyə məcbur étdi. Müharibə başlayandan  aramsız olaraq sovét ərazilərinə doğru hücum édən almanlar ilk dəfə idi ki, belə irimiqyaslı döyüşü uduzurdular. O vaxtın mətbuatına baxsaq, “Sovinformbüro”nun məlumatları ənənəvi cümləylə bitirdi: “Ağır döyüşlərdən sonra qızıl əsgərlər …… şəhərini tərk étdilər.”  Mərkəzi radionun məşhur diktoru Y. Lévitanın bu qurğuşun ağırlıqlı sözü dinləyənlərdə təəssüf hissi yaratsa da gizli bir ümid də yaradırdı: Qoşunlarımız istəsəydilər géri çəkilməzdilər”.  Bu məqamda məşhur amérikan yazıcısı Larri Kollinsin ( 1929-2005 ) sözlərini xatırlatmaq yérinə düşər: “ Richard Sorge's brilliant espionage work saved Stalin and the Soviet Union from defeat in the fall of 1941, probably prevented a Nazi victory in World War II and thereby assured the dimensions of the world we live in today."— Rixard Zorgénin casusluq işi Stalini və Sovét İttifaqını 1941-ci ilin payızında məğlubiyyətdən qurtardı,  faktik olaraq II Dünya müharibəsində nasistlərin qələbəsinin qarşını aldı və bununla da bu gün yaşadığımız dünyanın sərhəd ölçüsünü təmin étdi.”

Parisdə nəşr olunan nüfuzlu “Le Figaro” qəzéti Rixard Zorgéni “James Bond de Staline— Stalinin Ceyms Bondu” adlandırmışdır. Boston univérsitétinin proféssoru, amérikan publisisti Lens Morrou Rixard Zorgé haqqında “dünyanı dəyişdirən casus – The spy who changed the World- söyləmişdir.

Öz qéyri-adiliyi ilə dünyanı təəccübləndirən Rixard Zorgé haqqında 1953-cü ildən  étibarən müsbət fikirlər qéyd olunmağa başlanmışdır. Məhz həmin ildə naşir Rudolf Auqştayn Almaniyanın “Şpigél” jurnalında Zorgé haqqında 17 silsilə məqalə yazıb dərc étdirmişdir. Onun fikrinə görə, Zorgé nasizmə nifrət élədiyi üçün nasional sosializmin əléyhdarı idi. Auqştayn əmindir ki, “Die deutsche Niederlage vor Moskau ließ den Blitzkrieg gegen die Sowjetunion endgültig scheitern— Almanların Moskva məğlubiyyəti Sovét İttifaqına qarşı ildırım sürətli müharibəni qəti şəkildə puça çıxartdı.”

Mənasız bir təsadüfdən yaxalanan sovét radisti şifrəli mətnlərin kodunu yapon polislərinə açıqlayandan sonra Zorgénin tutulması an məsələsi olur. Yaponiya həbsxanasında tam 1100 gün saxlanıldı, uzun-uzadı istintaq édildi. Tabéliyində olan şəxsləri qurtarmaq naminə  çox şeyi öz üzərinə aldı. 1943-cü ilin 29 séntyabrında  édam cəzasına layiq görüldü. Zorgé Yaponiya Ali Məhkəməsinə əfv olunması haqqında ərizə yazsa da yaponlar “ərizəniz nəzərdə tutulduğu  vaxtdan géc yazıldığından diqqətə alınmadı” cavabı vérdilər.  Rixard Zorgéni 7 noyabr 1944-cü ildə Tokiyodakı Suqamo qapalı həbsxanasında səhər saat 10.20-də édam étməyə aparanda soruşmuşdular ki, bu gün ayın néçəsi və néçəinci il olduğunu bilirsinizmi?  Məsələ burasındadır ki, Zorgé 18 oktyabr 1941-ci  ildən 7 noyabr 1944-cü ilə qədər tək adamlıq kamerada saxlanılmışdı, ona oxumağa  qəzét və ya kitab vérmirdilər, radio dinləyə bilmirdi. Tam təcrid olunmuş bir vəziyyətdə saxlanana adamın  vaxt ölçüsünü itirməməsi  héyrətamizdir. Zorgé qürurla bilirəm démişdi: 7 noyabr 1944-cü ildir. Bu gün əlamətdar gündür – dünyada ilk sosialist inqilabının 27-ci ildönümüdür. Édam yérində Zorgé yaponlara samuray prinsiplərinə sadiq qalmalarını, onun başına qara torba kéçirməmələrini xahiş étdi.

Hər şéy üçün bütün məhbəs çalışanlarına təşəkkürünü bildirdi və boynuna kəndir kéçiriləndə    cəlladlar onun nə dédiyini anlasınlar déyə, yaponca “Naqaiki sekiqun” – Yaşasın Qızıl ordu, “Naqaiki sobieto kuosan” – Yaşasın sovet kommunizmi- sözlərini var gücüylə qışqırdı. Məhkəmə həkiminin qéydinə görə, Rixard Zorgé dar ağacından götürüləndən sonra   ürəyi  daha 8 dəqiqə döyündü. Zorgéni édam olunduğu Suqamo məhbəsinin ərazisində gömdülər. Məhkəmədə Zorgéyə ölüm cəzası tələb étmiş  baş prokuror   Mitsusada Yoşikava sonralar étiraf étmişdir ki, bütün həyatımda onun kimi böyük və dəyanətli adam görməmişəm.

1967-ci ildə ABŞ hərbçiləri onu II dünya müharibəsində müttəfiq dövlətlərə göstərdiyi fövqəladə xidmətlərə görə hərbi törənlə Tokionun Tama məzarlığında dəfn étmişlər. Zorgénin cəsədinin qalıqlarını ayaq sümüklərindəki platin milə, gözlüyünün gümüş sağanağına və dişlərindəki qızıl diş körpücüyünə və qapağa əsasən müəyyənləşdirdilər. Yapon ölçülərini nəzərə alsaq, R. Zorgénin məzarı yétərincə iri əraziyə malikdir və idéal sayıla biləcək dərəcədə təmiz saxlanılır. Məzarın sinə daşı boz bazalt daşdandır, üzərində alman və yapon dillərində R.Zorgéyə dair bioqrafik məlumatlar  həkk olunmuşdur.  Baş daşı isə cilalanmış qara mərmərdəndəndir. Üzərində rus dilində “Герой Советского Союза Рихард Зорге- Sovét İttifaqı Qəhrəmanı Rixard Zorgé” sözləri yazılmış  və dəfnə budağının fonunda Qızıl ulduz médalı təsvir olunmuşdur.

5 noyabr 1964-cü ildə SSRİ Siyasi Bürosunun yékdil tövsiyyəsi və SSRİ Ali Sovéti Rəyasət Héyətinin sədrinin imzaladığı fərmanla Rixard Zorgé ölümündən sonra  Sovét İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Britaniya kəşfiyyat xidməti Mİ-6-nın agénti, ingilis publisisti F.Forsayt  II Dünya müharibəsində Rixard Zorgéninfəalliyyətindən bəhs édərkən irəli sürdüyü fikir çox şeyi özündə əks étdirir: “Öz məzarlarında "rəhbərliyə  pis-yaxşı  çatdırdığım məlumatlar planétimizin tarixini dəyişdirdi" söyləyə biləcək casusları bu dünyada  tək əlin barmaqları ilə saymaq olar. Rixard Zorgé onların arasındadır."

Héykəltəraş V. Siqalın yaratdığı   héykəldə Rixard Zorgé divardan kéçib irəli addımlayan vəziyyətdə təsvir olunub. Divar sanki tarazlığığını itirib yıxılacaq. Bununla héykəltəraş bildirmək istəmişdir ki, Zorgénin öyrənə bilməyəcəyi sirr, aşamayacağı sədd yoxdur.

Rixard Zorgénin Tokiyodakı məzarı


Etiket:

Strategiya.az

Xəbərlər
02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

02.12.2020

Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək

02.12.2020

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

02.12.2020

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

02.12.2020

MMC rəisinə cinayət işi başlandı

02.12.2020

Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

02.12.2020

Azad olunmuş ərazilərdə nəqliyyat strukturu necə qurulacaq? - DANX-dan AÇIQLAMA

02.12.2020

Polis ötən gün yaşayış yerini tərk edən daha 28 koronavirus xəstəsi aşkarladı

01.12.2020

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)

01.12.2020

“Qarabağ” ordeninin statutu müəyyənləşib

01.12.2020

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

01.12.2020

Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib

01.12.2020

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

01.12.2020

Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

01.12.2020

Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib

01.12.2020

Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01.12.2020

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

01.12.2020

AZƏRBAYCAN ORDUSU LAÇINDA!

01.12.2020

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı

01.12.2020

Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO

01.12.2020

Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı

01.12.2020

Misir portalı Azərbaycan Ordusunun Laçına daxil olmasından yazıb

01.12.2020

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30.11.2020

Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar

30.11.2020

Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib

30.11.2020

Karxanaların Kürə təsiri açıqlandı

30.11.2020

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?

30.11.2020

Fransanın təxribatları cavabsız qalmayacaq

30.11.2020

Xınalıq kəndində 16 santimetr qar yağıb

30.11.2020

Oğuzda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

30.11.2020

"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)

29.11.2020

Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)

29.11.2020

Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (VİDEO)

29.11.2020

Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub

29.11.2020

Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib

29.11.2020

Ağdamın Şahbulaq kəndi - VİDEO

29.11.2020

Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

29.11.2020

İsmayıllı ağ örpəyə büründü - FOTO

29.11.2020

Kəlbəcər rayonunun kəndlərinin videogötüntüləri - VİDEO

28.11.2020

Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib

28.11.2020

Füzulidə 5 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq

28.11.2020

İqtisadi Şuranın növbəti iclası keçirilib

28.11.2020

Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay

28.11.2020

Diplomatik korpusun nümayəndələri Tərtərdədir

28.11.2020

Oğuz meşələrində qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib

28.11.2020

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb

28.11.2020

Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb

28.11.2020

Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib

28.11.2020

Bu həkimlər yanvaradək əlavə maaş alacaqlar

27.11.2020

Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı təsdiqləndi - SƏRƏNCAM