Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

14:42 / 15.05.2019

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən  verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunacaq.

Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

 
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. II-III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər

Məlumat üçün bildirək ki, imtahanda 35 422 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 031 abituriyent II qrup üzrə, 21 391 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 32 585 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 12 645, III qrup üzrə 19 940 nəfər), 2837 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1386, III qrup üzrə 1451 nəfər) məzunudur. Abituriyentlərin 15 823 nəfəri oğlanlar (II qrup üzrə 9538 nəfər, III qrup üzrə 6285 nəfər), 19 599 nəfəri isə qızlardır (II qrup üzrə 4493 nəfər, III qrup üzrə 15106 nəfər). 30 654 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3786 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 55 nəfər ali təhsil müəssisələrinin, 927 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 165 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 15 158, Naxçıvanda 1799, Gəncədə 3750, Sumqayıtda 1709, Mingəçevirdə 1553, Şəkidə 1880, Bərdədə 2041, Göyçayda 1445, Şirvanda 2224, Lənkəranda 2387, Xaçmazda isə 1476 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 45-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.


Etiket:

Strategiya.az

Xəbərlər
29.05.2020

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

29.05.2020

Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur

29.05.2020

İyunun 15-dək uzadıldı

29.05.2020

Müştəri ilə təmasın minimuma endirilməsi məqsədilə ofisiantların çağırılması üçün onlayn idarəetmə sisteminin yaradılması vacibdir

29.05.2020

Cavanşir Feyziyev öz seçiciləri ilə görüşüb - Fotolar

29.05.2020

“Millət dininə, dilinə sahib çıxmalıdır...Torpağımızı, millətimizi sevməliyik”

29.05.2020

Ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət edildi

29.05.2020

“Azeri Light”ın bir barreli 35,84 dollara satılır

29.05.2020

Dünyada COVID-19-dan sağalanların sayı 2,5 milyonu ötüb

28.05.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik

28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi

28.05.2020

AİHM erməni “zinvor”un həyatına 15 min funt qiymət qoyub

28.05.2020

Rusiya portalı Paşinyanın babasına görə özünə bəraət qazandırmaq üçün göstərdiyi uğursuz cəhdlərdən yazır

28.05.2020

Sona Vəliyevanın miniatür şeirlər kitabı çap olunub

28.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər

28.05.2020

“Azeri Light”ın bir barreli 35,13 dollara satılır

28.05.2020

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28.05.2020

Birjalarda neftin qiyməti

28.05.2020

Azərbaycan Respublika Gününü qeyd edir

28.05.2020

Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti

28.05.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!

27.05.2020

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq

27.05.2020

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 2 nəfər öldü

27.05.2020

28 MAY - TARİXİMİZİN VƏ MİLLİ YADDAŞIMIZIN HƏLLEDİCİ MƏQAMI

27.05.2020

Təhsil nazirinin müavini  ümumi təhsil müəssisələrinə məktub göndərib

27.05.2020

Azərbaycan neftinin bir barreli 36 dollara satılır

27.05.2020

Türkiyədə koronavirusla bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılacaq

27.05.2020

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

26.05.2020

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü

26.05.2020

Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi

26.05.2020

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub

26.05.2020

BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb

26.05.2020

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb

26.05.2020

Sumqayıtda ağır qəzada 4 hərbçi dünyasını dəyişib

26.05.2020

Balakənə diametri 12 millimetr olan dolu düşüb

25.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar

25.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər

25.05.2020

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü

25.05.2020

Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb

25.05.2020

Baş infeksionist: Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir

25.05.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı

25.05.2020

Neftin qiyməti bahalaşır

25.05.2020

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb

25.05.2020

“TRT Rusca” yayıma başlayıb

24.05.2020

Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir

24.05.2020

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı

24.05.2020

Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb - FAKTİKİ HAVA

24.05.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)

24.05.2020

Azərbaycanda Ramazan bayramı qeyd olunur

23.05.2020

Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxdu, 107 nəfər sağaldı, 3 nəfər öldü