Qəbul imtahanı verəcək abituriyentlər bunları bilməlidir

14:00 / 16.05.2019

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 19-da II və III qruplar üzrə qəbul imtahanı keçiriləcək. İmtahanda 35422 abituriyentin iştirakı nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi imtahanda iştirak edəcək abituriyentlər üçün bəzi tövsiyələr hazırlayıb.

Strategiya.az həmin tövsiyəni təqdim edir.

Abituriyentlər imtahan günü buraxılış vərəqənizdə göstərilən vaxtda imtahan verəcəyiniz binanın qarşısına gəlməli, özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və (və ya) HB sərtliyində sadə karandaş, qələmyonan, pozan gətirməlidir.

Bundan başqa şəxsiyyəti təsdiq edən sənədin əsli, "İmtahana buraxılış vərəqəsi", 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) mütləq imtahana gətirməlidirlər.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə və ya HB sərtliyində sadə karandaşla, cavab vərəqini isə yalnız qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurun. Cavab kartı və cavab vərəqindəki məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə işləyərkən ehtiyatlı olun. Cavab kartındakı dairələri tam qaralayın, kartın əks üzünün qabarmaması üçün qələmi bərk basmayın. Cavab vərəqində isə qeydlərinizi verilmiş çərçivə daxilində aparın. Orada lazımsız qeydlər aparmayın. Cavab kartını və cavab vərəqini əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz. Korlanmış cavab kartı və ya cavab vərəqi dəyişdirilmir.

Sizə verilən sual kitabçası sizə məxsus deyilsə və ya cavab kartında və cavab vərəqində göstərilmiş varianta uyğun olmazsa, dərhal nəzarətçiyə müraciət edin.

Cavabları mütləq cavab kartında və cavab vərəqində qeyd edin.

1.Qapalı test tapşırıqlarının hər birinə verilmiş 5 cavab variantından düzgün hesab etdiyiniz bir cavabı seçin və cavab kartında müvafiq sualın nömrəsini tapın və seçdiyiniz cavaba uyğun dairəni tam qaralayın. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.

2.Hesablama, seçim və xronologiya tipli açıq test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa nöqtə ardıcıllığını) cavab kartında bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq aydın şəkildə yazın. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairəni tam qaralayın. Əgər eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir.

3.Uyğunluğu müəyyən etmə tipli açıq test tapşırıqlarında təqdim edilmiş iki siyahının elementləri arasındakı uyğunluqları müəyyən edin və cavab kartında birinci siyahının hər bir elementinin nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralayın.

4. Situasiya və yaxud mətn üzrə təqdim olunan açıq test tapşırıqlarının hər birinin cavabını isə cavab vərəqində həmin tapşırıq üçün verilmiş ayrılmış hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Unutmayın ki, ballarınız hesablanarkən yalnız cavab kartında və cavab vərəqində qeyd etdiyiniz cavablar nəzərə alınır.

Cavab kartınızın və cavab vərəqinizin yanınızda əyləşən abituriyent tərəfindən yanlışlıqla korlanmasının qarşısını almaq üçün onları əlinizin altında saxlayın. Buna görə siz şəxsən məsuliyyət daşıyırsınız.

İmtahan binasına mobil telefon, konspekt və digər yardımçı vasitələr gətirməyin.

Başqasından köçürməyə cəhd etməyin və başqasının sizdən köçürməsinə şərait yaratmayın. Nəticələriniz yoxlanarkən xüsusi araşdırma zamanı köçürmə faktı aşkar edilərsə, həm köçürənin, həm də köçürməyə şərait yaradanın imtahan nəticələri ləğv olunacaq.

"İmtahan qurtardı!” elan olunduqda cavab kartınızı və cavab vərəqinizi mütləq nəzarətçiyə təhvil verin. Cavab kartını və cavab vərəqini nəzarətçiyə təhvil verdikdən sonra imtahana buraxılış vərəqəsində nəzarətçiyə imza etdirməlisiniz. Bu sənədləri nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaq. Öz cavab kartının və cavab vərəqinin təhvil verilməsinə görə abituriyent şəxsən məsuliyyət daşıyır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.05.2019

Zərifdən Trampa TARİXİ CAVAB: "İsgəndərin, Çingiz xanın..."

20.05.2019

Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü

20.05.2019

Şuranın dəstəyi ilə QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq

20.05.2019

Vurğun Vəkilovun solo konserti keçiriləcək

20.05.2019

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ:artıq işləməyəcək

20.05.2019

"Qolf da oynasam, "Real"da qalacam" - Beyl getmir

20.05.2019

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

20.05.2019

Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

20.05.2019

Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir

20.05.2019

Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...

20.05.2019

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

20.05.2019

Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı

20.05.2019

Buzovna sakinində 5 kq-dan artıq marixuana aşkar olunub

20.05.2019

Sabah Bakıda və rayonlarda yağış yağacaq

20.05.2019

Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytaracaq"

20.05.2019

“AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir

20.05.2019

“Exxon Mobil” İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir

20.05.2019

UEFA Avropa Liqasının final günü xəttə əlavə avtobuslar buraxılacaq

20.05.2019

“Alyans” “viki”çiləri təltif etdi

20.05.2019

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

20.05.2019

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

20.05.2019

AMB vəsaitlərin cəlb edilməsi üzrə növbəti hərracını keçirib

20.05.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

20.05.2019

Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə keçirir

20.05.2019

Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb

20.05.2019

İki gündə yol qəzalarında 6 nəfər ölüb

20.05.2019

QLOBAL ÇAĞIRIŞLAR KONTEKSTİNDƏ SIĞORTA FƏALİYYƏTİNİN SOSİAL-İQTİSADİ ASPEKTLƏRİ

20.05.2019

Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb

20.05.2019

Avro-2020-nin ən ucuz biletləri Bakıda - UEFA açıqladı

20.05.2019

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkdi

20.05.2019

Aprelin 7-də keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub

20.05.2019

"Qarabağ" üçün 13 potensial rəqib

20.05.2019

Neftin qiyməti bahalaşıb

20.05.2019

DİM bakalavrlara müraciət edib

20.05.2019

Hacıqabulda yük avtomobili piyadanı vurub

20.05.2019

STRATEJİ İNNOVASİYA PROSESLƏRİNİN VƏ İDARƏ EDİLMƏSİNİN SƏMƏRƏLİLİK PROBLEMLƏRİ

20.05.2019

Atəşkəs 21 dəfə pozulub

20.05.2019

Zaqatalada yağış fəsadlara səbəb oldu

20.05.2019

Mayın 20-də xarici valyutaların manata qarşı məzənnələri

20.05.2019

Döyüş xatirələri

20.05.2019

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

20.05.2019

Tacikistanda həbsxanada qiyam: ölənlərin sayı 32-yə çatdı (YENİLƏNİB)

20.05.2019

Balakəndə çantada narkotik daşıyan Şəki sakini saxlanılıb

20.05.2019

Ramazanın 15-ci günü: dua, imsak və iftar vaxtı

20.05.2019

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib

20.05.2019

"Qalatasaray" 22-ci dəfə Türkiyə çempionu olub

20.05.2019

''Avro Qrand'' MMC 119 mənzilli binadan 120-ci evi necə satdı... - ŞİKAYƏT - VİDEO

19.05.2019

Türkiyədə məcburi hərbi xidmət 6 aya endiriləcək

19.05.2019

YUNESKO: Dünyada hər ay ən azı bir xalqın dil yox olur

19.05.2019

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir