Elmar Məmmədyarov müsahibə verib

09:40 / 14.01.2014

Xarici İşlər Nazirliyindən Strategiya.az-a daxil olan məlumata görə, Elmar Məmmədyarov İtaliyanın aparıcı kütləvi informasiya vasitələri olan “Globalist”, “TM News”, “La stampa”, “Internazionale”, “AGİ”, “Unita” və “Newsit24”-ə müsahibələr verib

Ölkəmizin xarici siyasət fəaliyyətindən danışan nazir Elmar Məmmədyarov, xarici siyasət və diplomatik fəaliyyətin daha çox uzunmüddətli hədəflərə doğru istiqamətləndiyini, xarici siyasətin daxili siyasətin məntiqi davamı olduğunu və bu fəaliyyət sahələrinin bir-birilərini qarşılıqlı şəkildə tamamladıqlarını qeyd edərək, xarici siyasət sahəsindəki nailiyyətlərin dövlətin ümumi inkişafı kontekstində nəzərdən keçirilməli olduğunu vurğulanıb

Müstəqillik dövrü ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu və xüsusilə, son on ildə bütün sahələrdə özünü göstərən inkişaf meyllərini Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər kimi səciyyələndirən nazir Elmar Məmmədyarov, ölkənin ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan xarici siyasət fəaliyyəti ilə əlaqədar Azərbaycan cəmiyyətində vahid konsensus olduğunu və bunun özünü bir daha 2013-cü ilin 9 oktyabr tarixində keçirilmiş prezident seçkilərində açıq şəkildə göstərdiyini diqqətə çatdırıb.

O, Azərbaycan xalqının qəti iradəsini ortaya qoyaraq, azad, ədalətli, demokratik və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində ölkənin əldə etdiyi nailiyyətlərə öz qiymətini verdiyini və Prezident İlham Əliyevin rəhbərliyi altında liberal-demokratik dövlət quruculuğu, davamlı inkişaf, siyasi sabitlik və sosial ədalət prinsipləri əsasında Azərbaycanı inkişafa və daha yeni nailiyyətlərə aparan siyasi kursun davamlılığına səs verdiyini vurğulayıbışdır.

Ardıcıl və davamlı strateji xətt yürüdən Azərbaycanın regionun lider dövləti olduğunu və beynəlxalq səhnədə etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən nazir Elmar Məmmədyarov, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi şaxələndirilmiş neft-qaz kəmərlərinə əlavə olaraq, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin ölkəmizin uğurlu enerji və nəqliyyat strategiyasına daha yeni əhəmiyyətli çalarlar gətirəcəyini və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığını yeni səviyyəyə qaldıracağını bildirmişdir. Nazir Elmar Məmmədyarov region hüdudlarından kənarda, Trans-Anadolu boru kəmərinin çəkilməsi barəsində qərarın Azərbaycanın regionun enerji mənzərəsini dəyişəcək böyükmiqyaslı layihələri həyata keçirmək iqtidarında olmasının daha bir göstəricisi olduğunu qeyd edərək, Şahdəniz konsorsiumu tərəfindən Trans-Adriatik boru kəmərinin seçilməsi barəsində qərarının isə Azərbaycanın Avropanın enerji bazarında rolunun güclənməsinə səbəb olacağını deyib.

Ölkəmizin BMT Təhlükəsizlik Şurasına seçilməsi, Avroviziya musiqi müsabiqəsi, Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər tədbirlərə və 2015-ci ildə Avropa oyunlarına ev sahibliyi etməsinin Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artmasına xidmət etdiyini deyən nazir Elmar Məmmədyarov, Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli təşəbbüslərin də müəllifi olduğunu bildirib.

Vaxtilə təhlükəsizlik və yardımların istehlakçısı olan Azərbaycanın bu gün beynəlxalq sülh və təhlükəsizliyə əsaslı töhfələr verdiyini və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) Afrika, Asiya, Yaxın Şərq və Karib dənizi hövzəsində humanitar layihələrə yardım etdiyini qeyd edən nazir Elmar Məmmədyarov, Azərbaycanın qonşu dövlətlər, eləcə də Şərqi və Mərkəzi Avropa ölkələri və Mərkəzi Asiya regionunda sərmayələrinin genişləndiyi barəsində də məlumat verib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın son illər ərzində bütün sahələrdə əldə etdiyi inkişafın və dünya miqyasında artan nüfuzunun Azərbaycanın nailiyyətlərinin bariz təzahürü olduğunu və xarici siyasətin də bu inkişaf strategiyasının mühüm hissəsi olaraq, öz vacib rolunu oynadığını vurğulayıb.

 

TANAP və TAP layihələrinin əhəmiyyəti barəsində sualı cavablandıran nazir, Şahdəniz-II layihəsi üzrə yekun investisiya qərarının imzalanması üzrə 17 dekabr 2013-cü il tarixində Bakıda keçirilmiş mərasimdə Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihənin regionun və Avropanın enerji xəritəsini dəyişəcəyini bildirib.

O, iştirakçı dövlətlər, eləcə də Avropa Birliyi və digər tərəfdaş dövlətlərdən olan yüksək səviyyəli nümayəndələrin Şahdəniz-II yekun investisiya qərarının imzalanması mərasiminə qatılmasının layihənin həyata keçirilməsi üçün nümayiş etdirilən əzm və niyyətin təzahürü olduğunu qeyd edib.

Cənub qaz dəhlizi konsepsiyası gündəmə gətiriləndən etibarən Azərbaycanın onun həyata keçirilməsi üçün ardıcıl siyasi iradə nümayiş etdirdiyini deyən nazir Elmar Məmmədyarov, bu dəhlizin vacib strateji komponenti kimi TANAP layihəsi təşəbbüsünün meydana çıxmasının Azərbaycanın bu məsələdə nə dərəcədə əzmli olmasının sübutu olduğunu deyib.

Dünyanın böyük enerji layihələri sırasında olan Şahdəniz-II, TANAP və TAP layihələrinin icrası üçün 45 milyard ABŞ dolları dəyərində sərmayə yatırılacağını və bu xətt boyunca 30.000-dən artıq yeni iş yerinin açılacağını qeyd edən nazir Elmar Məmmədyarov, layihənin birinci mərhələsində 10 milyard kub metr, növbəti mərhələlərdə isə 20 milyard kub metrdən artıq Azərbaycan qazının ixrac ediləcəyi barəsində məlumat verib.

O demişdir: “Bu layihə bir daha göstərir ki, Azərbaycan yalnız diversifikasiya olunmuş təchizat marşrutu ilə deyil, eləcə də bu təchizatın diversifikasiya olunmuş mənbələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir”.

Ümumiyyətlə, Azərbaycanın enerji siyasətinin qarşılıqlı faydalı əməkdaşlıq, kommersiya baxımdan səmərəlilik, istehlakçı və istehsalçıların maraqlarının nəzərə alınması, şəffaflıq, etibarlılıq və davamlılıq kimi prinsiplərə söykəndiyini deyən nazir Elmar Məmmədyarov, bu layihənin orada iştirak edən dövlətlərin iqtisadi inkişafına və bu dövlətlər arasında əməkdaşlıq və dostluğun daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə əlaqədar suala münasibətdə nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin həlli ilə əlaqədar mövqeyinin aydın olduğunu və bunun beynəlxalq hüququn fundamental prinsipləri, BMT TŞ-nin dörd qətnaməsi, Helsinki yekun aktının rəhbər prinsipləri və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslandığını qeyd edib.

Nazir Elmar Məmmədyarov demişdir: “Davamlı həllə nail olmağın və qonşu dövlətlər arasında sivil münasibətlərin yaradılmasının yeganə yolu Azərbaycanın ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, öz doğma yurd-yuvalarına qayıtmaları üçün bir milyondan artıq qaçqın və məcburi köçkünün ayrılmaz hüquqlarının təmin edilməsidir”.

O əlavə etmişdir: “Əminliklə deyə bilərik ki, regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük hədə Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. Qəti şəkildə inanırıq ki, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması ilə etimad quruculuğu tədbirlərinin başlanması münaqişənin sülh yolu ilə həlli üçün ən münasib variantdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, konstruktiv yanaşmanın nümayiş etdirilməsi və qonşu dövlətə münasibətdə ilhaqçı siyasətdən imtina edilməsi regiondakı təhlükəsizlik qavrayışlarını dəyişəcək və sülh danışıqları prosesinə müsbət mənada təsir edəcəkdir”.

 

Sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesinə Azərbaycanın töhfələri barəsində sualı cavablandıran nazir Elmar Məmmədyarov, Avropa və Asiyanın kəsişməsində yerləşən coğrafi mövqeyinə görə Azərbaycanın əsrlər boyu sivilizasiyalar arasında körpü rolunu oynadığını, sülh şəraitində birgə yanaşı yaşamanın və dözümlülüyün Azərbaycan xalqının ənənəvi həyat tərzi olduğunu diqqətə çatdırmışdır. O, buna görə də heç də təsadüfi olmayaraq, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsində mühüm rol oynadığını və bu ali məqsədlərin həyata keçirilməsi üçün çoxsaylı mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov sivilizasiyalararası dialoqun təşviqi məqsədilə ölkəmizin ev sahibliyi və təşkil etdiyi Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu, Beynəlxalq Humanitar Forumu, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyası sözügedən missiyanın bariz nümunələri olduğunu deyib.

Sivilizasiyalararası dialoqun sülh və təhlükəsizliyi möhkəmləndirmək, münaqişələri tənzimləmək, mədəni müxtəlifliyi gücləndirmək və davamlı inkişafa təkan vermək üçün potensiala malik olduğunu deyən nazir Elmar Məmmədyarov, müəyyən yanlış fikirlərin olduğu şəraitdə sivilizasiyalararası dialoqun gücləndirilməsi, xalqlar və dövlətlər arasında dözümlülüyün təşviqi və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin xüsusi olaraq zəruri olduğunu nəzərə çatdırıb.

Bu baxımdan, o, dünyada sülhün gücləndirilməsi naminə Azərbaycanın daha da əzmli şəkildə sivilizasiyalararası dialoq təşəbbüslərinə töhfə vermək səylərini davam etdirəcəyini vurğulayıb.

Azərbaycan-İtaliya münasibətləri və Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirakı barəsində sualları cavablandıran nazir Elmar Məmmədyarov, Azərbaycan ilə İtaliya arasında uzun bir tarixi dövr ərzində formalaşmış dostluq əlaqələrinin olduğunu qeyd edərək, bu sırada qədim Roma imperiyası ilə təmaslar, italyan səyyahlarının Azərbaycana səfərləri, orta əsr italyan dövlətləri ilə Azərbaycan dövlətlərinin diplomatik və ticarət əlaqələri, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının İtaliya ilə diplomatik əlaqələri və İtaliyanın həmin dövrdə Azərbaycanda Baş konsulluğunun fəaliyyət göstərməsi kimi mühüm tarixi məqamları diqqətə çatdırıb.

Hal-hazırda İtaliyanın Aİ-də Azərbaycanın ən vacib və yaxın tərəfdaşlarından olduğunu deyən nazir, ikitərəfli və çoxtərəfli əsasda ölkələrimiz arasında əlaqələrin davamlı surətdə inkişaf etdiyini qeyd edərək, siyasi səviyyədə əlaqələrimizin qarşılıqlı anlaşma, yaxın siyasi məsləhətləşmələr, intensiv ikitərəfli səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi meyllərlə səciyyələndiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin 5 milyard avro həcmində olduğunu və Azərbaycanın İtaliyanın ən böyük neft təchizatçılarından olduğunu qeyd edərək, qarşıdan gələn illərdə Azərbaycanın İtaliyanın əsas qaz təminatçılarından biri olacağını deyib.

Bu gün İtaliya şirkətlərinin Azərbaycanda tikinti, mebel, maşınqayırma, qida sənayesi, kənd-təsərrüfatı, turizm, keramika sahələrində uğurla fəaliyyət göstərdiklərini deyən nazir, əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirmişdir. O, keçən ilin noyabrında 130 italiyalı iş adamının iştirakı ilə baş tutmuş Azərbaycan-İtaliya biznes forumu və dekabrda keçirilmiş hökumətlərarası birgə komissiyanın iclasına toxunaraq, hər iki tədbirin tərəfdaşlığı daha da gücləndirmək üçün İtaliya və Azərbaycan sahibkarlarının qarşılıqlı əzmini və Azərbaycan hökuməti tərəfindən təqdim olunan böyük biznes və investisiya layihələrinə İtaliya şirkətlərinin ciddi marağını ortaya çıxardığını qeyd edib.

Sürətli iqtisadi inkişaf göstəricilərinə malik olan Azərbaycanın xarici investisiya layihələrinin ciddi iştirakçısına çevrildiyini deyən nazir Elmar Məmmədyarov, 2003-2011-ci illər ərzində Azərbaycanın xarici ölkələrə 6 milyard ABŞ dollarından artıq sərmayə qoyduğunu və investisiya ixracatçısına çevrildiyini qeyd edərək, qarşıdan gələn illərdə ölkələrimiz arasında qarşılıqlı sərmayələrin də həcminin artacağına da ümidvarlığını ifadə edib.

Azərbaycan və İtaliya xalqlarının mədəniyyət, incəsənət, musiqi və ədəbiyyata olan sevgi və rəğbətinə görə mədəni və humanitar sahələrin əlaqələrimizin daha bir başlıca istiqaməti olduğunu deyən Nazir Elmar Məmmədyarov əminliyini ifadə etmişdir ki, qarşılıqlı anlaşma, faydalı əməkdaşlıq və dostluq əsasında Azərbaycan-İtaliya əlaqələri daha da inkişaf edəcəkdir.

Avropa İttifaqı ilə əlaqələr məsələsinə gəlincə, nazir Elmar Məmmədyarov əlavə etmişdir ki, Avro-Atlantik strukturlara inteqrasiya Azərbaycan tərəfindən ardıcıl surətdə yürüdülən strateji xətdir və bu xüsusda, Aİ ilə siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın qurulması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.

O demişdir: “Biz bir çox məsələlər üzrə Aİ-nin dəyərlərini və baxışlarını bölüşürük və əməkdaşlığımızı daha da gücləndirmək üçün əzmliyik. Bu xüsusda, İtaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilir”.

Nazir Elmar Məmmədyarov bütün sahələrdə Azərbaycanda modernləşmənin həyata keçirildiyini qeyd edərək, ölkəmizin əsas tərəfdaşlarından biri kimi, Aİ-nin bu prosesdə iştirakının vacib olduğunu vurğulamış və əlavə etmişdir ki, Azərbaycan qanunvericiliyinin Avropa standartlarına yaxınlaşdırılması, demokratiya və qanunun aliliyinin gücləndirilməsi, ticarət və iqtisadi əlaqələrin inkişafı və ümum Avropa təhsil sisteminə inteqrasiya ölkəmizin prioritetləri sırasındadır.

Azərbaycanın Aİ-nin Yeni qonşuluq və Şərq Tərəfdaşlığı proqramlarında fəal şəkildə iştirakı barəsində danışan nazir Elmar Məmmədyarov, ölkəmizin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq etdiyini söyləyib.

Şərq Tərəfdaşlığıüzrə Vilnüs sammitində Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsinə dair imzalanmış sazişi Aİ ilə əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirən nazir Elmar Məmmədyarov, bu sənədin Aİ ilə Azərbaycan arasında insanlararası təmasları və səyyarlığı artıracağını və ölkəmizin qanunvericiliyinin və inzibati mexanizmlərinin Aİ-nin bu sahədə olan təcrübəsinə yaxınlaşmasını sürətləndirəcəyini bildirib.

Azərbaycan və Aİ-nin enerji sahəsində strateji tərəfdaşlar olduqlarını deyən nazir Elmar Məmmədyarov, Azərbaycanın bu strateji tərəfdaşlığı digər sahələrə doğru genişləndirmək niyyətində olduğunu vurğulayıb.

 

Müsahibələrin mətni aşağıdakı ünvanlardan əldə oluna bilər:

 

http://www.globalist.it/Detail_News_Display?ID=53299&typeb=0

 

http://www.tmnews.it/web/sezioni/nuovaeuropa/PN_20140109_00173_NE.shtml

 

http://www.tmnews.it/web/sezioni/news/azerbaigian-diventeremo-grandi-fornitori-di-gas-all-italia-PN_20140108_00104.shtml

 

http://www.lastampa.it/2014/01/08/azerbaigian-diventeremo-grandi-fornitori-di-gas-allitalia-qR0qqg9fvSE0EZ4YSomnhI/pagina.html

 

http://www.internazionale.it/news/italia-azerbaigian/2014/01/08/azerbaigian-diventeremo-grandi-fornitori-di-gas-allitalia/

 

http://www.unita.it/notizie-flash/azerbaigian-diventeremo-grandi-fornitori-di-gas-all-italia-1.543708

 

http://www.newsit24.com/notizie/azerbaigian-diventeremo-grandi-fornitori-di-gas-all-italia/correlate

 

http://www.firstonline.info/a/2014/01/08/azerbaigian-diventeremo-grandi-fornitori-di-gas-al/64ed7a90-dc11-46f3-9b95-d4a3aa3ceaa3

 

http://www.agi.it/estero/notizie/201401081859-est-rt10261-azerbaigian_ministro_italia_e_ue_scommettano_sul_nostro_boom


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM