“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub

20:34 / 20.05.2019

eynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirilib.

Beynəlxalq Muğam Mərkəzindən  verilən məlumata görə, mükafatlandırma mərasimindən əvvəl tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov “Qızıl kəlmə” mükafatının tarixi haqqında qısa məlumatı diqqətə çatdırıb.

Bildirib ki, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatı 2009-cu ildə təsis olunub.

Müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir, çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, müasir qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir.

Müsabiqənin bütün proseduru mədəniyyət naziri tərəfindən imzalanmış “Əsasnamə” əsasında tənzimlənir. Növbəti dəfə mükafata əsərlərin qəbuluna ötən ilin avqust ayında başlanılıb və bu ilin martın 29-da qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib. Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” ədəbi mükafatı komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev artıq 6-cı ildir təqdim edilən mükafatın ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını sevinci hal kimi dəyərləndirdi. Bu mükafat ədəbiyyatımıza kiçik də olsa öz töhfəsini verir. Cəmiyyətdə ədəbi proseslərin stimullaşdırılması dövlətimiz tərəfindən həmişə diqqətdə saxlanılıb. Bu siyasət ulu öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayaraq müxtəlif yaradıcı ittifaqların təşkili və bu təşkilatlara yardımlar , onların fəaliyyətinin genişləndirilməsi istiqamətində davam etmişdir. Müasir günümüzdə də bu siyasət davam edir. Azərbaycanın tamamilə yeni, müasir iqtisadi bir şəraitdə yaşadığı dövrdə bu ənənə qorunaraq daha yeni müstəvidə öz əksini tapmaqdadır. Hesab edirəm ki, son illərdə cənab Prezident İlham Əliyev tərəfindən bütün yaradıcı ittifaqlara verilən dəstək, maliyyə yardımı və digər qərarlar prosesin daha da geniş şəkildə aparılmasına böyük təkan verir. Ümumiyyətlə Azərbaycanda ədəbiyyat və incəsənət həmişə dövlətimizin diqqət mərkəzində olub. Heydər Əliyev Fondu və müxtəlif dövlət qurumları tərəfindən keçirilən müxtəlif müsabiqələr, festivallar, kitab bayramları, təqdimatlar, sərgilər mədəni həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də fürsətdən istifadə edib bütün yaradıcı insanların adından ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk. Son iki ayda mədəniyyət sahəsində verilən sərəncam və qərarlar sənət adamlarında gözəl təəssüratlar yaşadır və hər bir yaradıcı ittifaqlar üçün yeni imkanlar açır.

Altı ildir ki, fəaliyyətdə olan “Qızıl kəlmə” mükafatına qəbul olan əsərlər və onların sayı eləcə də keyfiyyəti isə ədəbiyyat sahəsində inkişafın göstəricisidir. Məlumatıma görə bu dəfə də təqdim olunan bütün əsərlər öz səviyyəsinə görə çox böyük yaradıcılıq potensialı ifadə edən əsərlər olub. Əsərlər eyni zamanda müasir Azərbaycanın fəlsəfə və təfəkkür mənzərəsini tərənnüm edib. Bu hal olduqca sevindiricidir. Ədəbiyyat yaşayır və cəmiyyətlə birgə inkişaf edir. Mükafatın siyahısında gənc ədəbi nəslin yaradıcılığının stimullaşdırılması üçün nəzərdə tutulan “Şans” ödülü də var. Bu mükafat gənc namizədin qarşısında üfüqlər və imkanlar açır.
Nazir həmçinin ədəbiyyat nümayəndələrinə 18 may Beynəlxalq muzeylər günü ərəfəsində mədəni irsimizi təbliğ edən əsərlər yazmağı tövsiyə etdi. Azərbaycanda fəaliyyət göstərən muzeylərin zənginliyini qeyd edərək özündə çoxsaylı tarixi irsi yaşadan muzeylərə ədəbiyyat adamlarının baş çəkməyini və həmin tarixi hadisələr fonunda dəyərli əsərlər yazmağı arzuladı. Vurğuladı ki, muzeydə qorunan hər hansı bir qədim eksponat haqqında çox dəyərli hekayə və əsər hətta əfsanə də yazmaqla tariximizi gözəl şəkildə gələcək nəsillərə ötürə bilərik.

 
Nazir nitqinin sonunda bir daha münsiflər heyətinə təşəkkür edərək bütün qalibləri təbrik etdi.

Daha sonra qaliblərə mükafatlar təqdim edildi. “Nəsr nominasiyası” üzrə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” kitabı və Mübariz Örənin. “Balıq gülüşü” kitabı, “Poeziya nominasiyası” üzrə Salam Sarvan. “Heykəl tənhalığı” kitabı və Vaqif Bəhmənli “Qansız savaş” kitabı, İbrahim İlyaslı “Şair olmaq zülümdü” kitabı, “Ədəbi tənqid və publisistika nominasiyası” üzrəmYaqub Babayev “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı Abid Tahirli “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı, “Orijinaldan bədii tərcümə nominasiyası” üzrə Vilayət Hacıyev Haynrix Böllün “Kişisiz ev” romanı, Seyfəddin Hüseynli Culian Barnsın “Aqibət duyğusu” romanı, “Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası” üzrə Reyhan Yusifqızı “Dostum Mimi” kitabı, Solmaz Amanova “İlmənin macəraları” kitabı, Rafiq Yusifoğlu “Nağıl qapısı” kitabı, “Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü Şahanə Müşfiq “Şahanənin nağılı” kitabı, Sadıq Qarayev “Sahibsiz kölgələr” kitabı 2009-cu ilin “Qızıl Kəlmə” mükafatının qalibi olaraq diplom və pul mükafatı ilə təltif olundular.

Qaliblər çıxışları zamanı ədəbiyyat sahəsinə və yaradıcılıqlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə etdilər, təqdim edilən mükafatların yaradıcı insanlara bir stimul olduğunu bildirdilər.

Təqdimatın sonunda münsiflər heyətinin üzvi Xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova Azərbaycan ədəbiyyatının inkişafı və mükafatın ədəbiyyatımıza, mənəvi dəyərlərimizə xidmət etdiyini diqqətə çatdırdılar. Nazirliyin ədəbiyyat sahəsində təsis etdiyi mükafatı eləcə də mənəvi varlığımızın qorunmasına yönələn addım kimi dəyərləndirdilər.


Etiket:

Strategiya.az

Xəbərlər
16.06.2019

Bakıda daha bir su xətti partladı - VİDEO

16.06.2019

Azərbaycanda dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

16.06.2019

Argentina və Uruqvayda elektrik enerjisi kəsilib

16.06.2019

Bakının mərkəzində GÜCLÜ YANĞIN

16.06.2019

Poroşenko ilə bağlı vacib qərar

16.06.2019

Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb

16.06.2019

Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq

16.06.2019

Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti görüşünün tarixi açıqlandı

16.06.2019

Lənkəranda zəlzələ baş verib

16.06.2019

Ərdoğan: Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir

16.06.2019

Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

16.06.2019

Sabunçu rayonunda bir gündə 10 nəfər it dişləməsi ilə xəstəxanaya müraciət edib

16.06.2019

Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür - Nazir

16.06.2019

Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub

16.06.2019

"Fənərbaxça"da yeni yarımmüdafiəçi - rəsmi

16.06.2019

Yaponiya plastik paketlərdən ödənişsiz istifadəni ləğv edəcək

16.06.2019

Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək

16.06.2019

Silsilə oğurluqlar edən şəxslər tutulub

16.06.2019

Qarabağ həqiqətləri dünyaya daha dolğun çatdırılacaq

16.06.2019

Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib

16.06.2019

Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açılıb

16.06.2019

Mariya Zaxarova: Mən Bakını çox sevirəm

16.06.2019

VII Muğam Televiziya Müsabiqəsi başa çatıb

15.06.2019

Bakıda ağac maşınların üstünə aşdı - VİDEO

15.06.2019

Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

15.06.2019

“Lider qadınlarının şəbəkəsi”nin yaradılması”

15.06.2019

Sabah 38 dərəcəyə qədər isti olacaq

15.06.2019

Azərbaycanlı polis baş serjantı erməni rəqibini məğlub edərək pauerliftinq üzrə Avropa çempionu olub

15.06.2019

Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir

15.06.2019

Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirdi

15.06.2019

ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb

15.06.2019

Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

15.06.2019

15 iyun – Milli Qurtuluş Günü də Azərbaycan xalqının və dövlətinin taleyində həlledici dönüş məqamıdır 

15.06.2019

Həkim və pasiyentlərlə bağlı sənədin ilkin detalları

15.06.2019

Azərbaycan Ordusunda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - VİDEO

15.06.2019

Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

15.06.2019

Çeferin ingilisləri tənqid etdi -"Londonda Azərbaycanın iki komandası oynasaydı..."

15.06.2019

Ötən gün 31 cinayətkar saxlanılıb

15.06.2019

Həsən Ruhani: "Yaxın Şərq dünyanın ən böhranlı regionlarından birinə çevrilib"

15.06.2019

Bakıda sürücü avtomobili YPX maşınına çırpıb, xəsarət alanlar var

15.06.2019

Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR

15.06.2019

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir

15.06.2019

Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

15.06.2019

Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü başlayıb 

15.06.2019

15 iyun – xaosun sonu, milli qurtuluşun başlanğıcı

15.06.2019

Avrozonada vahid büdcə tətbiq olunacaq

15.06.2019

Atəşkəs növbəti dəfə iriçaplı pulemyotlarla pozulub

15.06.2019

Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

15.06.2019

İyunun 18-nə dolların rəsmi məzənnəsi

15.06.2019

Çavuşoğlunun açıqlamasından sonra türk lirəsinin dollara qarşı 5,93 səviyyəsinə düşüb