CƏHALƏT BİZİ HARAYA SÜRÜKLƏYİR?

10:34 / 12.06.2019

Ramazan SİRACOĞLU

Bu yazını son günlərdə dövri mətbuatda və sosial şəbəkələrdə rayonlarımızdan birində lentə alınmış görüntünün təsiri ilə yazdım. Hərə bir cürə reaksiya verir: kimi gülür, əsəbiləşir,  kimi də istehza edir, dodaq büzür, əylənir. Əslində, bu mənzərə acınacaqlıdır. Hamımız səbəbi araştırmadan nəticəyə görə mühakimə yürüdürük.

İslam dininin sarsılmaz təməli tövhid prinsipinə dayanır, yəni, ALLAH  birdir, şəriki yoxdur, məkan və zaman fövqündədir, əbədidir, bütün aləmləri, o aləmdə mövcud olanları O yaratmışdır, heç nəyə möhtac deyil, qüdrət, rəhmət, bərəkət, şəfqət sahibi ancaq Odur. Füzuli demiş, “Hökm Onun hökmüdürür, fərman Onun fərmanıdır”. Hamımızın əzbər bildiyimiz və hər gün təkrarladığımız Fatihə surəsinin 5-ci ayəsində “ اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَع۪ينُۜ – İyyakə nəəbudu və iyyakə nəstəin- Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik” biz bu prinsipi özətləyirik. Dilimiz bu sözləri söyləsə də  əməldə tam fərqli işlər görürürk. Elə o videoya alınmış  mərasimdəki kimi.

 Peyğəmbərimiz başda olmaqla,  şəxsiyyətlərinə, imanlarına, biliklərinə  şübhə etmədiyimiz, adlarını sayqı və ehtiramla andığımız bütün dini rəhbərlər ALLAHa şərik tutanların ən böyük günah işlədiklərini dönə-dönə bildirmişlər. Şərik sözü “ - شرك şirk” sözündəndir, “ortaq” anlamındadır. Dini mətinlərdə “şərik” sözü ilə bərabər təxminən eyni  mənanı ifadə edən “əndad  انداد -” və “ənbaz انباز- ” sözlərinin də işləndiyini görürük. “Əndad”- “bənzərlər”, “ənbaz” isə “həmtaylar” deməkdir. ALLAHa şərik tutmaq, Ondan başqa hər hansı bir varlığa sığınmaq, bütləşdirdiyi varlıqdan yardım diləmək, nicat istəmək, şəfa və bərəkət ummaqdır. Dinimizə görə, bu hərəkətlər və buna bənzər olaylar “şirk” sayılır və böyük günahdır. Qurani- kərimdə dəfələrlə “şirk”in günah olduğu göstərilmişdir. Məsələn: Bəqərə surəsinin 22-ci ayəsində buyurulmuşdur:

“فَلَا تَجْعَلُوا۟ لِلَّهِ أَندَادًا - Fə la təc’əlu lillahi əndadən- ALLAHa ortaqlar qoşmayın”. Nəyisə bütləşdirmək, kimlərisə ilahiləşdirmək insanalrın xislətində var. Bunun başlıca səbəbi ya çarəsizlik, ya da bilgisizliktir. Burada bir məqamı unutmaq olmaz: bir insanın birinə sayqısı, ehtiramı, sevgisi, aşırı bağlılığı ola bilər. Bu normal haldır. Qədirbilən adamın öz valideyninə, müəlliminə, ustadına, rəhbərinə, xariqüladə insana bəsləmiş olduğu xətir-hörmət, yüksək amallar uğrunda çalışmış, dünyasını dəyişmişlərin məzarlarını ziyarət, onların adlarını əziz tutması  tamamilə məqbul hadisədir. Bu işlər bir insanlıq borcudur və ALLAHa şirk sayılmır. 

Cahiliyyə dönəmində insanlar müxtəlif maddələrdən özləri yaratdıqları bütləri ilahlaşdırıb onlardan yardım diləyirdilər. Rəsulillahdan hələ çox əvvəl İbrahim peyğəmbər bütpərəstliyə qarşı çıxmışdı. Qurani- kərimin Ənam surəsinin 74-cü ayəsində bu barədə məlumat var: قَالَ اِبْرٰه۪يمُ لِاَب۪يهِ اٰزَرَ اَتَـتَّخِذُ اَصْنَاماً اٰلِهَةًۚ اِنّ۪ٓي اَرٰيكَ وَقَوْمَكَ ف۪ي ضَلَالٍ مُب۪ينٍ - Qalə İbrahimu li əbihi Azərə, ə təttəxizu əsnamən alihəhətən, inni ərakə və qauməkə fi dəlalin mubin- İbrahim atası Azərə dədi: Bütləri tanrılarmı sanırsan, doğrusu, mən səni də, qövmünü də açıq-aşkar yanlış yolda  (zəlalətdə ) görürəm.”  

Əsrlər ötsə, illər keçsə, nəsillər dəyişsə də, insanların əksəriyyətinin beynində bütpərəstliyin izləri silinib getmir, müxtəlif zamanlarda fərqli şəkillərdə təzahür edir, öz mövcudiyyətini sürdürür. İnsanların geyim-kecimləri, məişət avadanlıqları dəyişsə də, elmi- texniki tərəqqinin ən son nailiyyətlərindən gen-bol istifadəyə başlasalar da ibtidai icma dövrünün bəzi adətlərindən əl çəkə bilmirlər. İngilislər demiş, “habit is second nature- alışqanlıq ikinci xasiyyətdir.”

Hörmətli oxucular lütfən inanclı olmağı bütpərəstliklə qarışdırmasınlar. Sidq ürəkdən ALLAHa inanmaq, iman sahibi olmaq, halal-haramı gözləmək ən gözəl və zəruri insani keyfiyyətlərdir. Bu zəruri xüsusiyyətlərdən məhrum olanları da ALLAH öz birliyi xatirinə islah etsin inşallah. Vətəndaşlarımızın düzgün tərbiyələnməsində, yüksək əxlaqi dəyərlərə yiyələnmələrində, onların cəhalətdən qurtarmalarında  elm-təhsil müəssisələri ilə bərabər, milli təəsübkeşliyi olan savadlı ilahiyyatçıların da üzərinə böyük iş düşür. Burada həqiqi ilahiyyatçı ilə xurafat maraqlısı olanları ayırd etməliyik.

         Zənnimcə, beş-on kəlmə ərəbcə nəsə bilən hər adamı da  ilahiyyatçı hesab etmək doğru olmaz. Rəspublikamızda hamımız Azərbaycan türkçəsini bilirik, onda bizim hamımız filosof, ədəbiyyatçı, dilçi, riyaziyyatçı, məntiqşünas, siyasətşünas, hüquqşünas olardıq. Yaxud da, Ərəbistandakı bütün ərəb hammalları, sərsəriləri, oğruları, əyyaşları ilahiyyatçı sayılardılar. İlahiyyatçı olmaq çətin işdir, o,  dillə bərabər, tarixi, ədəbiyyatı, məntiqi, hüququ yaxşı bilməli, dəqiq elmlərdən, heç olmasa, orta məktəb səviyyəsində xəbərdar olmalıdır. Məsələn, Qurani-kərimə 1904-cü ildə üç cildlik “Kəşfül həqayiq” şəklində təfsir yazıb nəşr etdirən Bakı qazisi Hacı Mirməhəmməd Kərim Mircəfər Bakuvi  (1858 – 1937 ) ərəb və fars dilləri ilə yanaşı riyaziyyatı və tibbi də yaxşı bilirmiş. Məşhur quranşünas Əli Ələkbər oğlu Fəhmi ( 1919-1975 ) ali təhsilli həkim idi, Tibb İnstitutunu (Universitetini) fərqlənmə ilə bitirmişdi, 1941—1949-cu illərdə təyinatla Sabirabadda, daha sonra isə Bakıdakı 12 saylı poliklinikada baş həkim işləmişdi.

Vətənpərvər ilahiyyatçılar mütəmadi olaraq insanlara doğru yol göstərməli, onları xurafat və cəhalət uçurumuna yuvarlanmaqdan xilas etməlidirlər. Hansısa təriqət mənsubuna sayqılı olmaq təqdir edilsə də o təriqət mənsubununa aid əşyanın ( təsbehin, köynəyin, başmağın, qələmin vs. ) şəfa qaynağı olaraq görülməsinin yanlışlığı izah olunmalıdır. Yasin surəsinin 74-cü ayəsində buyurulmuşdur:

     وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لَّعَلَّهُمْ يُنصَرُونَ – Və əttəxəzu min dunillahi alihətən ləəlləhum yunsərun- Bəlkə yardım edərlər deyə, ALLAHdan savayı başqa ilahlar (da) götürdülər.”

Bəzi insanların xurafat qurbanlarına çevrilməsində cəmiyyətin bütün fərdlərinin də müəyyən məsuliyyəti vardır. Heç vaxt heç kimi ümidsiz və çarəsiz vəziyyətdə buraxmaq, onu taleyin cilvəsinə tərk etmək olmaz.  İşindən, məişətindən, gələcəyindən, sağlamlığından  məhrum qalmış istənilən şəxs böhran vəziyyətinə düşür. O anda ona dəstək olmaq hamımızın borcudur. Mömin insan, sadəcə öz dini mükəlləfiyyətlərini yerinə gətirən adama deyilmir, o həm də xeyirxah işlər görməlidir, əməli salih olmalıdır. Məryəm surəsinin 96-cı ayəsində buyurulduğu kimi: إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَٰنُ وُدًّا – İnnə əlləzinə amənu və ə’milu-s- salihati sə yəc’əlu ləhumu-r- rəhmanu vudda- Şübhəsiz, iman edənləri və xeyirli iş görənləri rəhimdil ALLAH sevilənlərdən edəcəkdir.”

Xalq, əgər bələ demək mümkündürsə, bir bağdır, ziyalılar da bir bağban. “Bağa baxarsan, bağ olar”-deyiblər. Məlumdur ki, bağ qayğı, şəfqət və böyük  zəhmət tələb edir. Bağında gül-çiçək, lətif meyvələr, qəddi-qamətli ağaçlar görmək istəyən bağban əziyyət çəkməlidir.  Xalqın ayrı-ayrı fərdlərini tənqid etmək və ona istehza etməklə iş bitmir. Onları səbrlə  müntəzəm şəkildə maarifləndirmək lazımdır. Əks təqdirdə, başından aşan problemlərlə üz-üzə qalan şəxslər çarəsizlikdən gümanları gələn istənilən təbirə əl atacaqlar. Niyə görə atalarımız “suda boğulan saman çöpündən yapışar” demişlər? Sağlam mənəvi mühitdə yaşamaq üçün savadlı ( diploma görə yox), geniş dünyagörüşlü, işgüzar insanların əhatəsində olmaq şərtdir. Həm də belələrinin sayı ümumi əhalinin, heç olmasa, 10 %-ni təşkil etməlidir. O qədər insan ( yəni, bizim üçün lazım olan 1 milyonu ) yetişdirmək bizim strateji hədəfimiz və vəzifəmiz olmalıdır.

Bəzən xurafat və mövhumata qarşı çıxıb ona etiraz edənləri susdurmaq üçün, ona “şəkkaka lənət” bədduasını xatırladırlar. Amma unudurlar ki, “şəkkak” dedikdə ALLAHın birliyinə və qüdrətinə   şəkk edənlər,  ondan şübhələnənlər nəzərdə tutulmuşdur. İnsanların dini hissləri ilə oynayıb onların çarəsizliyindən yararlanan dəllallara  inanmaq isə, nəinki şəkk deyil, əksinə savab işdir. Əsl “şəkkak”lar onlardır, çünki özlərini ilahi qürət sahibi kimi qələmə verir, aləmlərin Rəbbinə xas sifətlərə sahib olduğunu söyləyir və ilahi varlığın vəhdətinə şübhə oyadırlar.  Maidə surəsinin 72-ci ayəsində Uca ALLAH buyurmuşdur:

مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ - Mən yuşrik billahi fəqəd hərrəm Allahu əleyhil cənnətə və mə'vahun nar- ALLAHa şərik qoşana ALLAH cənnəti haram edib və onun ( müşrikin ) gedəcəyi yer atəşdir ( cəhənnəmdir).

Bu sətirləri yazarkən Berlində doktor işləyən qızıma zəng vurub soruşdum ki, a bala, nemeslərin körpələrinin boğazına çöp qalanda o binəva nemeslər neyliyirlər? Qızım gülüb dedi ki, doğulan hər körpə üçün xəstəxanada pulsuz (!) olaraq xüsusi cihaz verirlər ki, anası vaxtaşırı o cihazla körpənin burun-udlaq nahiyyələrini təmizləsin; ona görə də çöpçüyə ehtiyac qalmır.  

Qızımın sözlər məni çox təsirləndirdi. Düşündüm ki, iqtisadi problemlərin təzyiqindən əziyyət çəkdiyimiz bir məqamda kabus  kölgə kimi  bizi izləyən bu nadanlıq niyə bizdən əl çəkmir, qədim dövrlərdən arzuolunmaz bir miras kimi cəmiyyətimizi təqib édə-édə 21- ci əsrə gəlib çıxmış bu mənhus cəhalət qır saqqız olub niyə yaxamızdan düşmür, bizi haraya sürükləmək istəyir?


Etiket:

Strategiya.az

Xəbərlər
18.10.2019

Leyla Abdullayeva: Azərbaycan bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib

18.10.2019

Mədəniyyət naziri və müavini bölgələrdə vətəndaşları qəbul edəcək

18.10.2019

Azərbaycan hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib

18.10.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18.10.2019

ARDNF Milandakı ofis binasını satıb

18.10.2019

Dövlət müstəqilliyimiz - Əbədi, dönməz və sarsılmaz olacaq

18.10.2019

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

18.10.2019

UEFA "Ayaks"ı cəzalandırdı

18.10.2019

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb

18.10.2019

BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər

18.10.2019

Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ

18.10.2019

Şarm verilişi yenidən qayıdır - VİDEO

18.10.2019

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18.10.2019

Millimizin Slovakiyaya qarşı oyununun yeri dəyişdirildi

18.10.2019

Türkiyə ordusunun əsgəri şəhid olub

18.10.2019

Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradıldı

18.10.2019

32 nəfər saxlanıldı

18.10.2019

NATO-nun İdarə rəisi: "FHN-nin beynəlxalq axtarış-xilasetmədə iştirakından məmnunuq" 

18.10.2019

Sabaha olan hava proqnozu

18.10.2019

Azərbaycana partlayıcı maddə keçirmək istədilər

18.10.2019

Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

18.10.2019

Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

18.10.2019

Nazirlik Bakıda küçəyə atılan birgünlük körpə ilə bağlı məlumat yaydı

18.10.2019

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

18.10.2019

ABŞ səfirliyindən Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım

18.10.2019

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun ikinci görüşdəki rəqibi dəqiqləşib

18.10.2019

UEFA "Qarabağ"ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb

18.10.2019

Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

18.10.2019

AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

18.10.2019

Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb

18.10.2019

Qorbaçov Putinə müraciət etdi

18.10.2019

Bakıda birgünlük körpəni küçəyə atdılar 

18.10.2019

"Azeri Light" nefti ucuzlaşıb

18.10.2019

Bu şəxslərin maaşları 25 faiz artırıldı

18.10.2019

Ərdoğan və Pensin bu görüntüsü izlənmə rekordu qırır - VİDEO

18.10.2019

“Brexit” reallaşmaq üzrədir – Britaniya Avropaya 33 milyard funt odəyəcək

18.10.2019

Postmodern oyun - “Müəmmalı bir qətlin üç versiyası”

18.10.2019

Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək

18.10.2019

Oktyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.10.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 21 dəfə pozuldu

18.10.2019

Bu rayonlarda qaz olmayacaq 

18.10.2019

"El Klassiko"nun vaxtı dəyişdirildi

18.10.2019

Neftin ucuzlaşması davam edir

18.10.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

18.10.2019

Bir adamın dərd yükü = hər adamın - dərd yükü...

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür

17.10.2019

Sona Vəliyevanın səssiz nəğməsi - Akademik Dusko M.Petroviç

17.10.2019

Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir

17.10.2019

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir