Kollec məzunlarına vacib xəbər - BU GÜNDƏN BAŞLAYIR

12:52 / 13.06.2019

Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, elektron ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aşağıdakı qaydada aparılır.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, "Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar "Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar ixtisasların uyğunluğu cədvəlinə müvafiq olaraq, seçdikləri komissiya üzrə - V qrupa daxil olan bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə iyunun 20-dən 28-dək, digər komissiyalar üzrə iyunun 20-dən iyulun 3-dək, I qrupa daxil olan memarlıq ixtisası üzrə iyulun 8-dən 13-dək Mərkəzin internet saytında qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.

İxtisas seçimi zamanı eyni bir yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək:

1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG),

2. Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) müvafiq orta ixtisas təhsili müəssisəsi tərəfindən "Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilərək təsdiqlənməlidir.

Yuxarıda qeyd olunan göstəriciləri "Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilən və cari ilin buraxılış kursunda oxuyan kollec məzunları da müsabiqədə iştirak edə bilərlər.

Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Möhlət hüququnu təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yaxın vaxtlarda "Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
17.08.2019

Azərbaycan bitki və heyvan mənşəli piy və yağların ixracını artırıb

17.08.2019

Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar

17.08.2019

ABŞ-da yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

17.08.2019

Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub

17.08.2019

Cəlilabadda keçmiş məhkumun evindən narkotik və psixotrop maddələr aşkarlanıb

17.08.2019

"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb

17.08.2019

İstanbulda güclü partlayış: ölən var

17.08.2019

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

17.08.2019

Rusiya-ABŞ nüvə müharibəsi: Günəşə həsrət qalacağıq

17.08.2019

Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

17.08.2019

Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının iclası keçirilib

17.08.2019

Abşeronda 20-yə yaxın evdən oğurluq edən şəxslər tutulub

17.08.2019

Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər

17.08.2019

Messinin rekordu təkrarlanıb, "Barselona" son 11 ildə ilklə üzləşib

17.08.2019

Bakıda 7 otaqlı evdə yanğın olub

17.08.2019

Məktəbli formaları ilə bağlı direktorlara -XƏBƏRDARLIQ

17.08.2019

"Qalatasaray" fransalı futbolçunu transfer edib

17.08.2019

Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan “F-35B” qırıcılarının alınması planını təsdiqləyib

17.08.2019

Zaur Əliyev dünya çempionatının finalında

17.08.2019

3 rayonun qaz təhizatı 2 gün müddətinə dayandırılır - SƏBƏB?

17.08.2019

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

17.08.2019

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

17.08.2019

BMT Cammu və Kəşmirdəki vəziyyətdən narahatdır

17.08.2019

Kiyevin "Dinamo" klubunda yeni baş məşqçi

17.08.2019

Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb

16.08.2019

Arktikada 35 dərəcə isti qeydə alınıb

16.08.2019

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb

16.08.2019

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

16.08.2019

Prezident İlham Əliyev onları təltif etdi

16.08.2019

Azərbaycanda ölüm səviyyəsi azalıb

16.08.2019

Sabirabadda 2 maşın toqquşdu - 2 xanım sərnişin öldü

16.08.2019

Prezident İlham Əliyev: Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcək

16.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna 132 könüllü cəlb olunub

16.08.2019

Hava proqnozunun verilməsi çətinləşib - Fəsillər arasında keçidlər "sürüşür"...

16.08.2019

DYP texniki baxışla bağlı XƏBƏRDARLIQ edib

16.08.2019

Ağcabədidə evdən silah-sursat aşkarlanıb

16.08.2019

Keçmiş məhkum Gəncədə silsilə oğurluqlar edib

16.08.2019

Zakir Həsənov Rusiyaya gedir

16.08.2019

Sabah Bakıda 34 dərəcə isti olacaq

16.08.2019

Xocalı polisi 3 tona yaxın narkotik tərkibli bitkini məhv edib

16.08.2019

Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin yeni qalıqları tapıldı

16.08.2019

Almazbek Atambayevin həyat yoldaşı barəsində cinayət işi açılacaq

16.08.2019

Şəki və Oğuzda qaz təchizatı hansı səbəbdən dayanıb?

16.08.2019

Almaniyanın Şərqində sağçı radikallar, qərbində isə mühafizəkarlar populyardır

16.08.2019

Bu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVAN

16.08.2019

Doktorantura ilə bağlı ali təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib

16.08.2019

Ukraynada uşaqlar arasında kütləvi zəhərlənmə baş verib

16.08.2019

BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib

16.08.2019

Qubada özünü asan təqaüdçünün intihar səbəbi... 

16.08.2019

Yaponiyalı alim Azərbaycanın Neolit dövrünə aid obsidian alətlərini tədqiq edir