Valideynləri övlad qatilinə çevirən cəhalət – VİDEO

12:19 / 08.08.2019

Cəlilabadın Əliqasımlı kəndində 17 yaşlı qızın intihar etmə xəbəri mediada sürətlə yayıldı. Uşaqlıqdan nənə-baba himayəsində yaşayan kənd sakini Aysun Hacıyeva özünü həyətlərindəki yarımtikilidə asaraq öldürüb. Buna səbəb isə qızın nənəsi tərəfindən məcburi evliliyə sürükləməsi olub.

Ən dəhşətlisi isə odur ki, bu, 1 həftə içində eyni səbəbdən baş verən ikinci intihar hadisəsidir. Zaqatalada da elə Aysunun həmyaşıdı Gülər İsmayılova çıxış yolunu məhz intiharda görmüşdü. Hər iki hadisə cəmiyyətdə bəlkə də çoxumuzun bilib də susduğu böyük bir problemi ortaya çıxarır. Valideynlərin övladlarına şəxsiyyət kimi yanaşmaması və həyatına müdaxilə etmələri.

ARB TV mövzuyla bağlı geniş süjet hazırlayıb.

Vəfa Əkbər – Psixoloq: “Niyə bunların sayı azalmır? Çünki bu gün hər kəs car çəkir və bunu görürük. Niyə bunların sayı azalmır? Çünki o valideynlər hələ də özlərini haqlı hesab edirlər, eqolarını şişmiş eqolarını tətmin etmələri üçün hələ də özlərini doğrultmaq üçün və yaşlı nəsilə özünü təsdiq etmək üçün ki, mənim hələ də hökmranlığım keçir öz övladımın üzərində, öz övldalarını qurban verirlər”.

Psixoloqun sözlərinə görə, valideynlər övladlarını məcburi nikaha sürükləməklə birbaşa onların şəxsi həyatını idarə etmiş olurlar. Bu mövzuda mütəxəssis tövsiyyəsinə gəlincə.

Vəfa Əkbər – Psixoloq: “Ən azından övladlarımızı bu yaşa gətirib, çatdırmışıqsa, onların duyğularına, hisslərinə hörmət edək. Və onları istəklərindən kənar bir şeyə məcbur etməyək. Çünki onların da yaşama haqqı var”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov isə valideynin övladını nikaha məcbur etməsini cinayət adlandırır. Qurum rəsmisi problemdən çıxış yollarından da danışır.

Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən ailə üzvünü, övladını və ya hər hansı bir şəxsi məcburi evliliyə cəlb edəni 4 min manatadək cərimə və 4 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir. Amma təəsüüf ki, bu da övladının şəxsi həyatını idarə edən bəzi valideynləri yolundan döndərmir. Belə olmasaydı, Gülər də, Aysun da eyni qədəri yaşamazdı. Və görünür bu hökmranlığa daha sərt şəkildə “dur” deyilməzsə, hələ çox Gülərlərin, Aysunların intihar xəbərini eşidəcəyik.


Etiket:

Strategiya.az

Xəbərlər
19.08.2019

Diqqət! Bu yolda təmir işləri aparılır

19.08.2019

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı

19.08.2019

“İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs tutulub

19.08.2019

Qubada meşə-kolluq ərazidə yanğın baş verib

19.08.2019

Nabran yolunda qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədi ilə reydlər keçirilib

19.08.2019

FHN Qubada baş verən yanğınla bağlı məlumat yayıb

19.08.2019

Şəmkirdə ailə münaqişəsi zəminində baş verən hadisədə yaralananların biri də ölüb

19.08.2019

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb

19.08.2019

Məcburi köçkünlərin qeydiyyatında yol verdikləri nöqsanlara görə 2 vəzifəli şəxs cəzalandırılıb

19.08.2019

 V.Hüseynova işində yol verdiyi kobud nöqsanlara görə işdən azad edilib

19.08.2019

Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdən biridir

19.08.2019

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

19.08.2019

Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq

19.08.2019

Bu gün subbakalavrların elektron ixtisas seçimi başa çatır

19.08.2019

Dünya bazarlarında neft bahalaşıb

19.08.2019

Atəşkəs 23 dəfə pozulub

19.08.2019

Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı

19.08.2019

Avqustun 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.08.2019

Gədəbəydə 5 otaqlı ev yanıb

19.08.2019

İngiltərə Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib

19.08.2019

Havanın temperaturu 39 dərəcə olacaq

19.08.2019

Dünya çempionatının son günündə 1 gümüş, 1 bürünc medal

19.08.2019

Qax rayon sakini Şəkidə faciəvi şəkildə ölüb

19.08.2019

Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar

19.08.2019

“Qarabağ”ın səfər qələbəsini qeydə almış isveçrəli baş hakim “Linfild”lə oyunu idarə edəcək

18.08.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

18.08.2019

Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə mübarizə aparacaq

18.08.2019

Şəmkirdə ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə bağlı Prokurorluqdan rəsmi açıqlama

18.08.2019

Sabah hava küləkli olacaq

18.08.2019

Bakıda ağırçəkili şəxs xilasedicilərin köməyi ilə mənzildən çıxarılıb

18.08.2019

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

18.08.2019

Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

18.08.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

18.08.2019

İsrailin Baş Naziri Ukraynaya səfər edəcək

18.08.2019

Zaur Əliyev dünya çempionatında gümüş medal qazanıb

18.08.2019

Türkiyənin Orduya Kömək Təşkilatı “British Steel” şirkətini satın alır

18.08.2019

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür

18.08.2019

Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib

18.08.2019

Qazaxıstanda zəlzələ baş verib

18.08.2019

Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

18.08.2019

Teleaparıcı təyyarə qəzasında həlak oldu

17.08.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli müğənni Müslüm Maqomayevin anım mərasimində iştirak edib

17.08.2019

Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib

17.08.2019

Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü

17.08.2019

Məktəbli formalarının qiyməti açıqlandı

17.08.2019

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

17.08.2019

Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17.08.2019

Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17.08.2019

Azərbaycan bitki və heyvan mənşəli piy və yağların ixracını artırıb

17.08.2019

Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar