12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür

11:36 / 12.08.2019

Ötən ilin məhz bu günündə - avqustun 12-də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb

 

Strategiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadla xəbər verir ki, 2006-cı ilin məhz bu günündə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

Təsdiq olunduğu şəhərin adı ilə “Tehran konvensiyası” kimi tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.

Azərbaycanda da Xəzər Gününə xüsusi önəm verilir. Hər il bu gün münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların və ictimaiyyətin nümayəndələrinin, nazirliyin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən təmizlik və abadlıq işləri həyata keçirilir.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Ötən ilin məhz bu günündə - avqustun 12-də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Belə ki, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.


Etiket:

Strategiya.az

Xəbərlər
18.10.2019

Sabaha olan hava proqnozu

18.10.2019

Azərbaycana partlayıcı maddə keçirmək istədilər

18.10.2019

Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

18.10.2019

Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

18.10.2019

Nazirlik Bakıda küçəyə atılan birgünlük körpə ilə bağlı məlumat yaydı

18.10.2019

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

18.10.2019

ABŞ səfirliyindən Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım

18.10.2019

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun ikinci görüşdəki rəqibi dəqiqləşib

18.10.2019

UEFA "Qarabağ"ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb

18.10.2019

Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

18.10.2019

AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

18.10.2019

Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb

18.10.2019

Qorbaçov Putinə müraciət etdi

18.10.2019

Bakıda birgünlük körpəni küçəyə atdılar 

18.10.2019

"Azeri Light" nefti ucuzlaşıb

18.10.2019

Bu şəxslərin maaşları 25 faiz artırıldı

18.10.2019

Ərdoğan və Pensin bu görüntüsü izlənmə rekordu qırır - VİDEO

18.10.2019

“Brexit” reallaşmaq üzrədir – Britaniya Avropaya 33 milyard funt odəyəcək

18.10.2019

Postmodern oyun - “Müəmmalı bir qətlin üç versiyası”

18.10.2019

Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək

18.10.2019

Oktyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.10.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 21 dəfə pozuldu

18.10.2019

Bu rayonlarda qaz olmayacaq 

18.10.2019

"El Klassiko"nun vaxtı dəyişdirildi

18.10.2019

Neftin ucuzlaşması davam edir

18.10.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

18.10.2019

Bir adamın dərd yükü = hər adamın - dərd yükü...

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür

17.10.2019

Sona Vəliyevanın səssiz nəğməsi - Akademik Dusko M.Petroviç

17.10.2019

Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir

17.10.2019

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir

17.10.2019

Qazaxda 2 ədəd top mərmisi aşkarlanıb

17.10.2019

Türkiyə Prezidenti Ankarada ABŞ-ın vitse-prezidenti ilə görüşüb

17.10.2019

Azərbaycan əhalisinin sayı açıqlanıb

17.10.2019

Gənclər üçün 13-cü qrant müsabiqəsinin nəticələri açıqlanıb

17.10.2019

ATƏT Minsk qrupunun həmsədrləri regiona səfərləri ilə bağlı bəyanat yaydı

17.10.2019

Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir

17.10.2019

Azərbaycan Prezidenti: Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir

17.10.2019

18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis

17.10.2019

Rusiya XİN: Suriyanın şimalında həbsdə olan İŞİD-çilərin mühafizəsindən narahatıq

17.10.2019

İran yeni reaktiv təyyarəsini təqdim edib

17.10.2019

“Rosneft” İraqdakı yataqda işlərini dayandırıb

17.10.2019

“Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxdı

17.10.2019

Problemli krediti olanların nəzərinə: Siyahı hazırlandı

17.10.2019

Böyük Britaniya və Aİ arasında “Brexit” üzrə yeni razılaşma əldə olunub

17.10.2019

Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur

17.10.2019

2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq

17.10.2019

Angela Merkel: Aİ İrlandiya adasında sərt sərhədə yol verə bilməz

17.10.2019

Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA

17.10.2019

Sabahın hava proqnozu