Əli Həsənov: Tarix onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi

19:31 / 03.09.2019

Əli Kərimli son vaxtlar yenidən yaxın tariximizi təhrif edərək ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olduğunu iddia etməyə başlayıb. Hələ o illərin canlı şahidləri Azərbaycan əhlisinin demoqrafik balansında xüsusi çəkiyə malikdir və yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi.

Strategiya.az-n məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar:

"AXC-Müsavat hakimiyyətinin ölkəni saldıqları bərbad vəziyyət orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək, Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər.

Cəbhədə döyüşlərin getdiyi vaxt Sürət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Rövşən Cavadovun və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb.

Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular.

Tarixi saxtalaşdırmağa çalışanlar cavab versinlər: Belə bir vəziyyətdə Heydər Əliyev hansı ordu, hansı güc strukturu və hansı səlahiyyətlə ərazi itkilərinin qarşını ala bilərdi?".

Prezidentin köməkçisi vurğulayıb ki, parlamentin sədri kimi heç bir güc strukturuna çıxışı olmayan və buna görə də işğalın qarşısını ala bilməyən Heydər Əliyev Azərbaycanı etnik və regional zəmində parçalanma təhlükəsindən, vətəndaş müharibəsi və xaosdan xilas edə bildi:

"Bakıya qayıtdıqdan sonra cəmi 6 ay ərzində Heydər Əliyevin Azərbaycanın xilası üçün nələr etdiyini xalqımız unutmayıb.

1. Heydər Əliyev AXC-Müsavat tandeminin səriştəsiz idarəçiliyi, xəyanət səviyyəli səhlənkarlığı üzündən ölkəni məhv olma təhlükəsindən, silahlı vətəndaş qarşıdurması girdabından xilas etdi;

2. Heydər Əliyev Azərbaycanı yaxşı halda federallaşmaya, əslində isə siyasi xəritədən silməyə hesablanmış etnik-regional separatizm meyllərinə qarşı ölkənin bütün vətəndaşlarını vahid dövlətçilik-azərbaycançılıq ideyası ətrafında yığaraq səfərbər etdi. İstər cənub, istər şimal-şərq, istərsə də şimal-qərb regionlarının ziyalıları, sıravi vətəndaşları Heydər Əliyevin çağırışlarına səs verərək separatizm ocaqlarını söndürdülər və Azərbaycan bölünüb parçalanmaq təhlükəsindən xilas oldu;

3. Heydər Əliyev mövcud olmayan, “səhra komandirlərinin” daxili razborkalar, müdafiə nazirinin isə digər nazirlikləri və Prezident Aparatını zəbt etmək üçün istifadə etdiyi silahlı qüvvələrdən qısa müddətə real, vətənpərvər əsgər və zabitlərdən komplektləşdirilmiş milli ordu qurmağa nail oldu. Bu ordu Horadizdə, Cəbrayılda ilk ciddi uğurlarına qazandı, indi bəzi memuarlardan bəlli olduğu kimi digər paytaxtlarda cızılan və Azərbaycanın müxtəlif ölkələr arasında bölüşdürülməsini nəzərdə tutan planları pozmaq gücündə olduğunu sübut etdi. Məhz ordumuzun qısa müddətdə toparlanıb real gücə çevrilməsi Ermənistanı atəşkəs müqaviləsinə getməyə məcbur etdi;

4. Heydər Əliyev Azərbaycan daxilində günü-gündən genişlənən xaosun, hüquqi özbaşınalığın, “polis-reket” sisteminin, qarətçiliyin, “qanuni oğrular” hakimiyyətinin qarşısını aldı. Ölkədə qayda-qanun bərqərar edildi. İndi sevmədiyiniz ifadələri təkrarlayaq: insanlar gecələr oğurlanmaq, şikəst edilmək qorxusu olmadan küçəyə çıxmağa başladı;

5. Heydər Əliyev Azərbaycanı, sizin öz hakimiyyətinizi və bütövlükdə gənc dövləti bütün dünyaya düşmən edən bərbad xarici siyasətdən xilas etdi. Bəzən Ustad müəllim kimi Azərbaycanın xəritəsi ilə dünyanı dolaşaraq gerçəklərimizi, problemlərimizi dünyaya tanıtdı, irqi-etnik təəssübkeşliklə dünyaya meydan oxumağın, “İranı viran etmək”, “Rusiyanı parçalamaq”, “Çinə türk bayraqları sancmaq” xülyalarının xarici siyasət kursu olmadığına dünyanı inandıra bildi, Ermənistan istisna olmaqla, heç bir qonşu dövlətlə problemi olmayan, komplimentar xarici siyasət kursu tətbiq etdi.

Mən sizə sual verirəm: belə çətin, param-parça vəziyyətdə məsuliyyətinizi, dövlət tərbiyəsini dərk etmədən atıb qaçdığınız Azərbaycanın siyasi, sizinsə fiziki varlığınızı xilas etdiyi üçünmü Heydər Əliyevin ünvanına ittihamlar səsləndirirsiniz?
Daxili işlər naziri dünyanı nüvə müharibəsi ilə təhdid edən, müdafiə naziri Prezident və spikerə meydan oxuyan, hər səhra komandiri paytaxta qoşun çəkib vəzifə davasına çıxanlarmı torpağın itkisində günahkardır, yoxsa Azərbaycanı bu rəzalətdən, anormal vəziyyətdən, siyasi və fiziki məhvdən xilas edən Heydər Əliyevmi?
Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çoxdan bitib, siz indi adi bloqqer kimi maraq doğurursuz...".


Etiket:

Strategiya.az

Xəbərlər
22.09.2019

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

22.09.2019

Şahin Atamov  debütünü qələbə ilə başa vurub

22.09.2019

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti

22.09.2019

Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb

22.09.2019

Şəmkirdə bir nəfər su hovuzuna düşərək ölüb

22.09.2019

"Barmaqlarımızı sındıranlar"

22.09.2019

Ərdoğan: “İdlib mövzusunda Ankara razılaşmasının pozulacağını düşünmürəm”

22.09.2019

Yaponiya həkimləri uzunömürlülüyün dəqiq əlamətini göstərdilər

22.09.2019

Ronaldodan sərt açıqlama

22.09.2019

Yaponiyanın Baş Naziri Nyu-Yorkda ABŞ və İran prezidentləri ilə görüşəcək

22.09.2019

Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq

22.09.2019

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunacaq - VİDEO

22.09.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub

22.09.2019

KİV: Rusiya Kraliça II Yelizavetanın oğluna qarşı kompromat ələ keçirib

22.09.2019

İran Çin və Rusiya ilə birlikdə hərbi dəniz təlimləri keçirəcək

22.09.2019

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

22.09.2019

Rusiya Tokio Olimpiadasından kənarlaşdırıla bilər

22.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb

22.09.2019

Assanjın həbsxanada saxlanma şəraiti sərtləşdirildi

22.09.2019

ABŞ rəsmiləri İran XİN rəhbərinə Nyu-Yorkda gəzməyə icazə vermədi

21.09.2019

Hərbi qulluqçumuz həlak olub

21.09.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.09.2019

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

21.09.2019

Bakıda küləyin sürəti saniyədə 20 metrə çatıb

21.09.2019

Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

21.09.2019

Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub

21.09.2019

İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir

21.09.2019

DSX və DİN-dən birgə əməliyyat

21.09.2019

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21.09.2019

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

21.09.2019

Üzeyir Hacıbəylinin həyatı haqqında videoçarx hazırlanıb - VİDEO

21.09.2019

Dünya bazarlarında neft ucuzlaşıb

21.09.2019

Hər kəsin yaşamadığı ömür-polis ömrü... (FOTOLAR)

21.09.2019

Fuad Qəhrəmanlı  istefa verdi

21.09.2019

13 cinayətin üstü “isti izlər”lə açılıb

21.09.2019

Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır

21.09.2019

Atəşkəs 23 dəfə pozulub

21.09.2019

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21.09.2019

Özbəkistanda parlament seçkiləri keçirilir

21.09.2019

Dollar 3 gün bu qiymətə olacaq

21.09.2019

İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib

21.09.2019

“Hizbulla”dan Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”

21.09.2019

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb

21.09.2019

Güclü küləklə əlaqədar  XƏBƏRDARLIQ!

21.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb

21.09.2019

Yeniyetmə karateçilərimiz İranda keçirilən turnirin ilk günündə 4 medal qazanıblar

21.09.2019

Donald Tramp Vladimir Zelenski ilə BMT Baş Assambleyası çərçivəsində görüşəcək

21.09.2019

“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində

21.09.2019

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu məhv edilib

21.09.2019

Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib