Məlahət İbrahimqızı: Bu fikirlərlə heç cürə razılaşmıram

13:22 / 10.09.2019

Bir  neçə gün bundan öncə hörmətli həmkarlarım Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov və eləcədə Yeni Azərbaycan Partiyasının qurulmasında xüsusi rolu olan, İdarə Heyətinin üzvü hörmətli Eldar İbrahimov tərəfindən siyasətçilərin, eyni zamanda vaxtilə cox  yüksək  dövlət vəzifəsi tutmuş  keçmiş məmurların ünvanına  kəskin ittihamlar səsləndirilmişdir. Bir millət vəkili kimi,  anonim olan bu fikirlərlə heç cürə razılaşmıram. Belə anonim tənqidlər insanların ürəyinə bir kölgə salır və qeyri müəyyənlik yaranır. Düşünmürəm ki, bu gün bizim siyasətçilər arasında parlamentdə, eləcə də dövlətin yüksək vəzifəsini daşıyan insanlar arasında dövlətin əlehinə hər hansı əks  mövqe olsun və ya  Heydər Əliyev siyasətinin, möhtərəm cənab Prezident İlham Əliyevin siyasətinə kölgə salmaq düşüncəsi olsun.  Sözsüz ki, Azərbaycanda ötən dövrdə  yüksək vəzifədə  olan müəyyən insanlar olub ki, necə deyərlər yolunu azıblar. Onların bu əməlləri  qanunvericiliyin pozulması, konkret cinayət xarakterli əməllər olduğuna görə həmin o məmurlar və ya  millət vəkilləri qanunvericiliyin tələblərinə görə cəzalandırılmışlar.Belə təcrübə hətta ən inkişaf etmiş dövlətlərdə də mövcuddur.  Bu mənada səsləndirilən fikirlər anonim olduğundan mən bu fikirlərlə paylaşa bilmərəm. Bütövlükdə, bütöv bir qrupa belə fikirlərin səsləndirilməsi  məncə  doğru deyil. Mənim bir ağsaqqal, çox zəngin təcrübəsi olan Eldar müəllimə,  eləcə də Siyavuş müəllimə çox böyük hörmətim var. Siyavuş müəllim gənc yaşlarından partiyamızın qurulmasında, yaradılmasında rolu olubdur,  Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edən insanlardandır. Lakin  fakt və ünvan göstərilməzsə belə fikirlər  bir tərəfdən ciddi qəbul olunmur.    Bilirsiz, dünyanın bir çox inkişaf etmiş ölkələrində xüsusilə də demokratik inkişaf yolunu seçmiş ölkələrdə siyasi transferlər çox normal hesab olunur və siyasətin bir elementidir.Belə transferlər cəmiyyətdə yüksək siyasi  mədəniyyətlə qarşılanır. Amerikada nə qədər respublikaçılar demokratların qrupuna keçiblər və ya əksinə Demokrat Partiya təmsilçiləri  Respublikaçılar Partiyasına keçiblər. Eləcə də qardaş Türkiyədə bilirsiniz ki, siyasi transfer siyasi mədəniyyətin və siyasətin bir hissəsi hesab olunur.  Yəni, Azərbaycanda da eyni siyasi transferlərin baş verməsini normal qarşılanmalıdır. Bizim ölkəmiz də demokratiya ilə inkişaf edir. Siyasi transfer etmiş insanlara qara şüşədən baxmamalıyıq. Qeyd etrdiyim kimi, Yeni Azərbaycan Partiyasına mənsub olmuş və müxtəlif vəzifələrdə çalışmış insanlar olub ki, əməllərində və fəalliyyətlərində müəyyən  cinayət xarakterli işlər olub ki, onlar da qanunvericiliyin tələbinə uyğun cəzalandırılıblar.Hesab edirəm ki,   siyasətdə siyasi  transferini siyasi düşmənçilik hesab etmək olmaz. Görünür ki, bugün ölkəmizdə  siyasi transferlərin  bir mənalı qarşılanmamasının səbəbi sovet dövründə  kommunist partiyasından çıxmağın və ya hansısa yeni bir partiyanı xəyalına gətirməsi dövlətə xəyanət adlandırılırdı. Onun da aqibəti bizə bəllidir.  Görünür,  bu gün Azərbaycan cəmiyyətində, bəzi  insanların düşüncəsində bu stereotiplər qalmaqdadır. Bugün ölkəmizi dünyanın ən inkuşaf etmiş ölkələri cərgəsinə çevirən, Çağdaş dövlətimizin qurulmasında misilsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasına hansısa partiyanın hətta bötüvlükdə daxil olması, məncə ən müdrik qərardır. Bir mənalı olaraq deməliyik ki, bugün həm Partiyamızın , həm də Partiyamızın liderinin alternativi yoxdur. Bugün YAP-la konstruktiv dialoqda olan  bir sıra həmrəy partiyalar var. Onlar Heydər Əliyev siyasətini, eləcə də Partiyamızın Sədrinin fəaliyyətini  alternativsiz hesab edirlər.  Onlar  möhtərəm cənab Prezidentimizi apardığı siyasətə böyük ehtiramla, hörmətlə və rəğbətlə dəstəkləyirlər. Möhtərəm cənab Prezidentimizin 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikası Prezidenti seçiləndə, Andiçmə mərasimi zamanı  onun səsləndirdiyi bir fikirhələr  hər kəsin yadındadır.  “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam!”. Bu mesaj ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalara, QHT-lərə, vətəndaş cəmiyyətlərinə və ictimaiyyətə göndərilən xoş niyyətli  bir mesaj idi. Vətəndaş həmrəyliyinin yaranmasında zəruri olan bu fikir bugünə qədər   böyük rəğbətlə qarşılanır və dəyər verilir. Bu bir gerçəklikdir ki,  İlham Əliyev  də Heydər Əliyev kimi  ümumxalq lideridir. Ötən 16 il ərinzdədə, 16 il bundan əvvəl səsləndirən fikrin real nəticələrini indi görürük.  Bugün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti və QHT-lər ölkəmizin Qarabağ konflikti kimi ağır bir problemin olduğu dövrdə möhtərəm Prezidentimizin ətrafında sıx birləşməyi və Yeni Azərbaycan Partiyası ilə həmrəyliyin  və əməkdaşlığın  zəruri olduğunu çox gözəl  bilirlər.

Məlahət İbrahimqızı, MM-in deputatı

 


Etiket:

Strategiya.az

Xəbərlər
12.11.2019

Bakıda 39 yaşlı kişi evdən çıxdı və...

12.11.2019

Maraqlı hadisə: Hacıqabulda əkin sahəsindən 4 ton qarğıdalı oğurlanıb

12.11.2019

Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb

12.11.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib

12.11.2019

Elman Nəsirov: Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü böyük önəm kəsb edir

12.11.2019

Sürücülərin DİQQƏTİNƏ! "Dönmə işığı"ndan istifadə etməsəniz... - VİDEO

12.11.2019

Türkiyə İŞİD silahlılarının deportasiyasını davam etdirəcək

12.11.2019

“Ərdoğanı Trampdan başqa gözləyən yoxdur” – “Vaşinqton Post”

12.11.2019

“Tottenhem”in yeni planı: Eriksenin əvəzinə Ziyeş

12.11.2019

“Təəssüf ki, “Milan”ın fanatı idim" - Kyellinidən etiraf

12.11.2019

Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universsitetin fəxri professoru seçilib

12.11.2019

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

12.11.2019

Toya gedənlərin DİQQƏTİNƏ! Zəhərlənə bilərsiniz - VİDEO

12.11.2019

Komitə Bakıda dam örtüyü çökən yataqxana ilə bağlı məlumat yayıb

12.11.2019

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

12.11.2019

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

12.11.2019

Noyabrın 14-15-də dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək

12.11.2019

Çin nəşri: Rusiya ABŞ-ı on dəfə məhv edə bilər

12.11.2019

Perunun Azərbaycandakı səfirliyi bağlanır

12.11.2019

Seçilmək üçün sevilmək lazımdır…

12.11.2019

DTX rəisi: 30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb

12.11.2019

Bakıda külək əsəcək, yağış yağacaq

12.11.2019

Azərbaycanda Konstitusiya İslahatlarının Müasir Mərhələsi: Konseptual Əsaslar və  İnnovasiyalar

12.11.2019

Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib

12.11.2019

Elşad Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Prezident İlham Əliyev Zərdaba yeni icra başçısı təyin edib

12.11.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

12.11.2019

Şirvan şəhərinə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır

12.11.2019

Eddi Uelslə oyunu buraxacaq

12.11.2019

Bakı şəhər prokurorluğu iki nəfərin kanalizasiyada ölümü ilə bağlı məlumat yaydı

12.11.2019

İsrail Qəzzada cihadçıların liderini məhv etdi

12.11.2019

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

12.11.2019

Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı

12.11.2019

Nazarbayev Putinlə Zelenskini görüşdürür

12.11.2019

Həbsdə olan xalası oğluna telefon aparan şəxs saxlanılıb

12.11.2019

Bu rayonda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

12.11.2019

Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək

12.11.2019

İcra hakimiyyəti: Nərimanovda uçqun baş verən yataqxananın sakinləri köçürülə bilər

12.11.2019

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

12.11.2019

Paralimpiya çempionu Tokio-2020-yə lisenziya qazanıb

12.11.2019

Azərbaycan nefti bahalaşıb

12.11.2019

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Konstitusiya Günü münasibətilə paylaşım edilib

12.11.2019

Tramp gülləkeçirməz şüşənin arxasından danışdı

12.11.2019

"Arsenal"dan Emeri açıqlaması

12.11.2019

İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO

12.11.2019

Şətrəncçinin  gediş anı, gediş  günü...

12.11.2019

Noyabrın 12-də xarici valyutaların manata qarşı məzənnələri

12.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib