İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlanıb

14:04 / 10.09.2019

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında bir sıra yeniliklər olacaq.

İkinci ildir təşkil olunan festival çərçivəsində Bakıda və şairin doğulduğu Şamaxıda 30-dək tədbir keçiriləcək.

Festivalda bu il ilk dəfə Nəsiminin seçilmiş qəzəlinə bir sıra tədqiqatçı və şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi olacaq. “Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm” qəzəlinə Azərbaycan, Rusiya, İran, Türkiyə və Misirdən 10-dan çox müəllif öz təhlillərini təqdim edəcək. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şairlər, alimlər və filosoflar mühazirələrlə çıxış edəcəklər. Rusiyalı psixoloq Aleksey Sıtnikov, ABŞ-dan olan tədqiqatçı Alan Qodlas, italiyalı şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə keçmişə və müasir dövrə aid müxtəlif nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar. Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess və Böyük Britaniyada yaşayan tədqiqatçı, azərbaycanlı Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitabları təqdim ediləcək.

Builki festivalda kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülmüş filmlərin nümayişi olacaq. Finlandiyalı rejissor Aki Kaurisməkinin “Ümidin o biri üzü” filmində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması əksini tapıb.

Silsilə tədbirlər çərçivəsində sentyabrın 28-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da start götürəcək.

Nəsimi festivalı çərçivəsində bu il həm də uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə “Ümidin yaradılması” sosial-mədəni layihəsi həyata keçiriləcək. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb. Bu köynəklərin festival çərçivəsində nümayişi və satışı təşkil olunacaq. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.

Festival günlərində Bakı və Şamaxıda bir sıra sərgilər də olacaq: sentyabrın 28-də Bakıda Şirvanşahlar sarayında açılacaq “İrfani sirlər” sərgisində Azərbaycan, Türkiyə, Fransa və Özbəkistandan olan 10 rəssam və heykəltəraşın əsərləri nümayiş etdiriləcək. Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan video art, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim olunacaq.

Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumu, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda isə VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq.

Qala qəsəbəsində istifadəsiz sənaye anbarının divarları üzərində işlənmiş rəsm əsərlərindən ibarət “Danışan divarlar” incəsənət layihəsinin ictimai təqdimatı olacaq. Bu layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların “urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunacaq.

Festival çərçivəsində Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın məşhur “Ölümsüzlük otağı” (“Ölümsüzlük odası”) əsəri də ekspozisiyada nümayiş olunacaq. Oktyabrın 1-də açılışı olacaq sərgi 2020-ci il martın 31-dək davam edəcək.

Şamaxı rayonunda isə “Şamaxı antologiyası” (1468, Britaniya Muzeyi, London) əlyazmasına dair sərgi açılacaq. 15-ci əsrdə Şamaxının mədəni mərkəz olduğunu, burada yüksək kitab mədəniyyətinin mövcudluğunu nümayiş etdirən bu şeir məcmusu Azərbaycan miniatür sənətinin ən gözəl incilərindəndir. Əlyazmadakı miniatürlər sərgidə müxtəlif üsul və texnikalarla təqdim olunacaq.

Şamaxıda, həmçinin İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olacaq. Yüngül metal hissəciklərdən hazırlanan əsərin müəllifi rəssam Rəşad Ələkbərovdur.

Nəsimi Festivalı çərçivəsində bir sıra elan olunmuş müsabiqələrin nəticələri də açıqlanacaq: Azərbaycan Milli Xalça Muzeyinin söz ustadına həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi xalça eskizləri nümayiş olunacaq. Həmçinin Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri açıqlanacaq.

 
Festival çərçivəsində müxtəlif ölkələrin incəsənət xadimləri və qruplarının ifasında mənəviyyat axtarışlarını, dinlər və mədəniyyətlərarası dialoqu tərənnüm edən musiqi proqramları və tamaşalar da təqdim olunacaq. Bu proqramlarda ayrı-ayrı dövlərə aid ruhani və müasir musiqi nümunələri səslənəcək, fiziki imkanları məhdud insanların sağlam şəxslərlə bərabərlik və birgəliyinin ifadəsi olan rəqsləri nümayiş etdiriləcək.

Festival çərçivəsində Almaniyanın “Horizonte” ansamblı, Əfqanıstanın “Zəhra” Orkestri, Kanadanın “Klara Furey” rəqs qrupu, Böyük Britaniyanın “Candoco” və “Lost Dog” rəqs qrupları, Estoniyanın “Tallin Oğlanlar Xoru”, İsrailin “Dudu Tassa & the Kuwaitis” qrupu maraqlı proqramlar təqdim edəcək.

Sentyabrın 29-da Şamaxının Meysəri kəndində Xalq artisti Nəzakət Teymurova Nəsimi poeziyası əsasında muğamlardan ibarət proqramla çıxış edəcək.

Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında isə Azərbaycanın tanınmış caz musiqiçisi Salman Qəmbərovun “Səmimi dialoqlar” layihəsi çərçivəsində Fransadan Mişel Qodar (serpent ifaçısı), Almaniyadan Marqrit Buxberger (barokko repertuarlı müğənni) və çinli Vu Vey (şenq ifaçısı) ilə birgə ifaları təqdim olunacaq.

Festival çərçivəsində sentyabrın 30-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində səhnələşdirilmiş poeziya axşamı keçiriləcək.

Həmin gün Opera və Balet Teatrında isə Çinin Anhui əyalətinin Huicin Teatrının təqdimatında “İztirablı könül” tamaşası nümayiş olunacaq. Ənənəvi 18-ci əsr üslubunda olan tamaşa özündə teatr sənəti və musiqi, eləcə də akrobatika və pantomim elemetlərini birləşdirir.

Festivalın bağlanış mərasimi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Proqramda Azərbaycan incəsənət xadimləri, həmçinin ABŞ, Türkiyə, İran, İordaniya və Mərakeşdən ənənəvi musiqi ifaçıları iştirak edəcəklər.

Qeyd edək ki, festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır və ilk dəfə 2018-ci ildə keçirilib.

Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Nəsimi Festivalının proqramı ilə aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM