Bir istefa haqqında: Con Bolton hansı səbəblərdən işdən uzaqlaşdırıldı?

20:14 / 12.09.2019

Son günlər dünya mətbuatı ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən getməsi məsələsini müzakirə edir. Ekspertlər bu hadisənin səbəblərini tapmağa çalışır. Bir istefaya bu qədər maraq göstərilməsi təsadüfi deyil. Söhbət dünyanın ən qüdrətli dövlətinin xarici və təhlükəsizlik siyasətində mühüm rol oynayan şəxsdən gedir. C.Bolton son üç ildə Donald Trampın üçüncü müşaviri idi. Ona qədər həmin vəzifədə çalışanlardan bir qədər artıq işləyə bildi. Lakin nəticə baxımından öz sələflərindən elə də fərqlənmədi. Əksinə, qəfil işdən getməsi ilə daha çox sual yaratdı. Ekspertlərin irəli sürdüyü fikirlər kontekstindən C.Boltonun vəzifədən uzaqlaşdırılmasının geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac gördük.

Fikir ayrılığı dərinləşir?

Ekspertlər Con Boltonun Şərqi Avropa turnesinin müəmmalı tərəflərini analiz etməkdə ikən, onun özünün "müəmmalı" olaraq işdən çıxarılması informasiyası yayıldı. Prezident Donald Tramp sentyabrın 9-da "Tvitter" səhifəsi vasitəsilə bildirdi ki, milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonu işdən azad edib. Səbəb isə bir sıra məsələlər üzrə kəskin fikir ayrılığının olması ilə bağlıdır. Əlbəttə, həmin məsələlər təhlükəsizlik sahəsinə aiddir. Ancaq konkret olaraq onlardan hansına və ya hansılara görə C.Bolton vəzifəsindən getməli olub, bu, izah edilmir.

Əslində, ekspertlər bütövlükdə fikir ayrılığının bağlı ola biləcəyi məsələləri təxmin edirlər. Bu sırada Əfqanıstan, İran, Rusiya, Şimali Koreya, Venesuela və Yaxın Şərq göstərilir. Yəni Avropa istiqamətindən narazılığın olduğu təxmin edilmir. Çin məsələsi ilə bağlı da hansısa konkret detal göstərilmir. Belə çıxır ki, D.Trampla C.Bolton arasında mövqe fərqliliyi Amerikanın ciddi problemlərinin olduğu istiqamətlərdə nə dərəcədə sərt davranması ilə əlaqəlidir. Məsələnin bu cür qoyuluşunun öz səbəbləri vardır. Ekspertlər əmindirlər ki, D.Tramp ilə C.Boltonu birləşdirən məqam xarici siyasətdə sərt və radikal addımlar atmaqla bağlıdır. Təcrübə göstərir ki, D.Tramp əksər hallarda kifayət qədər radikal davrana bilir. Lakin D.Tramp həm də yeri gələndə geri çəkilməyi də bacarır. Məsələn, o, ticarət mübahisəsini real hərbi toqquşmaya çevirmir. İran məsələsində də son anda hərbi əməliyyatlardan çəkindi.

Bundan başqa, D.Tramp Əfqanıstandan, Suriyadan hərbi qüvvələri çıxarmaqla bağlı qərar qəbul etsə də, bunların da qarşısını Ağ Evdəki və Pentaqondakı "qırğılar" hər dəfə alıblar. Görünür, bu kimi səbəblərdəndir ki, D.Tramp milli təhlükəsizlik üzrə müşavirlərini tez-tez dəyişməli olur. Son üç ildə o, üç müşavir dəyişib. Maykl Flinn cəmi bir ay (yanvar-fevral 2017-ci il), Herbert Makmaster isə bir ildən bir az çox işlədi (fevral, 2017 – aprel, 2018). C.Bolton həmin vəzifədə 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrına qədər oldu. Maraqlıdır ki, hər üç müşavir üçün təxminən eyni fikirləri deyirlər – təhlükəsizliyin bir sıra istiqamətlərilə bağlı Prezidentlə fikir ayrılığı. ABŞ-ın xarici siyasətinin geosiyasi aspekti ilə əlaqəli maraqlı cəhət də bununla bağlıdır.

D.Tramp milli təhlükəsizlik məsələsində müşavirləri ilə niyə ümumi dil tapa bilmir? Görünür, burada Amerika üçün mürəkkəb bir dönəmdən söhbət gedir. Vaşinqtonun xarici siyasətdə düzəlişlər etmək məcburiyyəti qarşısında qaldığı hiss edilir. Çünki dünya artıq onu birmənalı surətdə lider kimi qəbul etmir. Ona alternativ ola biləcək güclər meydana çıxıb. Belə görünür ki, Amerika üçün buna qarşılıq optimal xarici siyasət kursu ilə bağlı hakimiyyət dairələrində konsensus yoxdur.

Bunun konkret təzahürlərindən biri "Taliban"la aparılan danışıqlar ətrafında özünü göstərib. Ekspertlərin rəyinə görə, son anda "Taliban" hərəkatı ilə imzalanmalı olan sənəddən vaz keçilməsində C.Boltonun rolu olub. O, açıq şəkildə "Taliban"la aparılan danışıqların əleyhinə olub. D.Tramp isə bütün gücü ilə bu təşkilatla anlaşıb, Əfqanıstanda yeni mərhələni başlatmağa çalışır.

Digər məsələ kimi İran göstərilir. C.Bolton İranla hər hansı anlaşmaya qarşıdır. O, Tehranın "cəzalandırılması"na üstünlük verir. Şimali Koreya məsələsində də C.Boltonun kifayət qədər sərt mövqe tutduğu bildirilir. Nəhayət, maraqlıdır ki, C.Bolton bir neçə dəfə BMT-nin yararsızlığını da ifadə edib. O, bu təşkilatın heç bir iş görmədiyini və çoxmərtəbəli binanı zəbt etdiyini açıq deyib. Fikrinə davam edərək ifadə edib ki, əgər həmin binanın mərtəbələri boşalsa, elə bir dəyişiklik olmayacaq, dünya ziyana düşməyəcək.

Yeniləşmənin ziddiyyətləri

Belə görünür ki, C.Bolton kifayət qədər sərt mövqeli siyasətçidir. Bəs onda D.Tramp nəyə görə onu özünə müşavir seçmişdi? Məsələnin maraqlı tərəfi bundan ibarətdir. Bu hal Amerika siyasi elitasında əksər məsələlər üzrə fikir ayrılığının dərinləşməsini göstərmirmi? Ekspertlər, əslində, bu fikrin üstündə dayanırlar. Onlar belə hesab edirlər ki, C.Boltonun istefası şəxsi münasibət məsələsi ilə bağlı deyil. Burada bütövlükdə ABŞ hakimiyyət dairələrində getdikcə mövqe fərqliliyinin artması əsas səbəbdir. Xüsusilə Rusiya və Çin məsələsində bu tendensiya özünü daha qabarıq göstərir.

Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi ilə bağlı səs-küy səngimir. Aparılan təhqiqatlar bir nəticə verməsə də, yenə də siyasilər bu məsələdən bəhs edirlər. D.Trampın Rusiyanı G7-yə dəvət etmək istəyində olmasına da bir sıra hallarda məhz bu kontekstdə qiymət verməyə çalışırlar. Ancaq D.Trampın bu təklifi Rusiyanı Çindən ayırmaq məqsədi ilə verdiyi məlumdur. Belə görünür ki, Amerika iqtidarında fikir birliyinə nail olmaq xeyli çətinləşib. C.Boltonun Şərqi Avropaya səfəri və "Taliban" ilə aparılan danışıqlar fonunda vəzifədən getməsi isə Vaşinqtonun uğurlu addım ata bilmədiyi təəssüratını yaradır. Ən azından bu istiqamətlərdə problemlər kifayət qədərdir. Əks halda, C.Bolton indi başqa səfərə hazırlaşırdı.

Belə bir vəziyyət özlüyündə qlobal geosiyasətdə silkələnmələr ehtimalından xəbər verir. Çünki hiss olunur ki, Vaşinqton məqsədlərinə nail ola bilmir və necə nail olmaq haqqında da konkret təsəvvürü yoxdur. Dünyanın ən güclü dövlətində bu cür qeyri-müəyyənliyin olması təhlükəli tendensiyadır. Digər tərəfdən, dünyanın başqa böyük gücləri bundan daha da ruhlana və Amerikanın apardığı siyasi kursa müqavimətini daha da artıra bilərlər. Bu, qlobal miqyasda ümumi vəziyyətin daha da mürəkkəbləşəcəyini istisna etmir.

Maraqlıdır ki, C.Bolton Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi – "Breksit"lə bağlı ciddi proseslərin getdiyi bir mərhələdə işdən uzaqlaşdırıldı. Londonun bununla hansı bağlantısının olduğu haqqında bir informasiya yoxdur. Lakin ekspertlərə görə, söhbət, ümumiyyətlə, Avratlantik məkanının gələcəyi ilə əlaqəli ola bilər. Son vaxtlar Pakistanla Hindistan arasında münasibətlərin gərginləşməsi fonunda Avratlantik məkanı və Asiya mövzusu aktuallaşır. Bu kontekstdə də Böyük Britaniyanın Qərb siyasətində mövqeyi önəm kəsb edir. Məhz həmin aspektdə də Böyük Britaniyanın baş naziri Boris Consonun mövqeyinin zəifləməsi düşündürücü görünür. Məlumdur ki, D.Tramp onu dəstəkləyir. Deməli, C.Bolton bu istiqamətdə də kifayət qədər səmərəli çalışmayıb.

Başqa bir çətinlik Venesuela ilə əlaqəlidir. C.Bolton Venesuelaya qarşı sərt hərbi müdaxilə tələb edirdi. D.Tramp isə Latın Amerikası qitəsində ABŞ üçün mürəkkəb hərbi situasiya yaratmağı riskli hesab edir. O, belə məqamlarda daha çevik diplomatiyaya üstünlük verir. Aydındır ki, bu, C.Boltonun stili deyil.

Nəhayət, C.Boltonun istefasından bir qədər sonra İsrailin baş naziri Binyamin Netanyahunun dünyanı silkələyən bəyanat verməsi maraq doğurur. O, Knessetə seçkilərdən sonra İsrailin müstəqilliyini İordan vadisinədək yayacağını deyib. Beynəlxalq aləm bundan narahatlığını bildirib. Çünki belə bir davranış zəncirvarı olaraq başqa regionlarda da problemlər yarada bilər.

Beləliklə, bu qənaətə gəlmək olar ki, C.Boltonun işdən uzaqlaşdırılması Vaşinqtonun xarici siyasət kursunda mövcud olan ümumi problemlərlə bağlı ola bilər. Yəni onu ancaq C.Boltonun mövqeyi ilə əlaqələndirmək yarımçıqlıqdır. Bu səbəbdən C.Boltonu kimin əvəz edəcəyi maraqlıdır. Yeni milli təhlükəsizlik müşavirinin vəziyyəti köklü surətdə dəyişəcəyinə inanmaq çətindir. Əslində, həmin vəzifənin səlahiyyəti də nəyisə dəyişməkdən ibarət deyil. O, əsas olaraq Prezidentin yeritdiyi siyasəti səmərəli həyata keçirmək və dövlət başçısına milli təhlükəsizliklə əlaqəli təkliflər verməkdir.

Bu səbəbdəndir ki, ekspertlər daha çox "yeni müşavir nə qədər vəzifədə qala biləcək?" kimi sual verirlər. Əslində isə geosiyasi kontekstdə daha maraqlısı başqa sualla bağlıdır. Konkret olaraq, D.Trampın xarici siyasətdə istədiyini yeni müşavir fəaliyyətində tam ifadə edə biləcəkmi? Və bu siyasət ABŞ-ı və onunla bərabər dünyanı haraya aparacaq?

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
17.11.2019

Xaçmazda iki avtomobil toqquşub, bir nəfər ölüb

17.11.2019

Bələdiyyə seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi başa çatır

17.11.2019

Nüvə başlığı daşıya bilən ballistik raket sınaqdan keçirildi

17.11.2019

Naxçıvan Qarnizonu qoşunlarının çoxpilləli komanda-qərargah təlimi başa çatıb - VİDEO

17.11.2019

Türkiyə sanksiyalardan qorxmadı: S-400-dən imtina etməyəcək

17.11.2019

Dünya gənclər hərəkatının yadda qalan xatirə və təəssüratları         

17.11.2019

Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

17.11.2019

Yaponiya ABŞ-ın müttəfiqlərlə bağlı fikrini bəyənmədi – 8 mlrd dollar ödəməkdən imtina etdi

17.11.2019

Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

17.11.2019

Trampın tibbi müayinəsinin nəticəsi açıqlandı

17.11.2019

Azərbaycan “Tokio 2020”yə 10 lisenziya qazanıb

17.11.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 23 dəfə pozulub

17.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

17.11.2019

Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi

17.11.2019

İbtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq

17.11.2019

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

16.11.2019

Azərbaycan yığması "Avro-2020"də növbəti oyununu keçirdi

16.11.2019

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

16.11.2019

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası...

16.11.2019

Mühacirətdə olan müsavatçı Arif Hacılının istefasını tələb etdi

16.11.2019

Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb

16.11.2019

İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim edilib

16.11.2019

Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

16.11.2019

"Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi

16.11.2019

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

16.11.2019

YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

16.11.2019

Bazar günü yağmursuz hava şəraiti hökm sürəcək

16.11.2019

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı RƏSMİ

16.11.2019

Gələn il Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

16.11.2019

İsveç Mərkəzi Bankı iqlim səbəblərindən dövlət istiqrazlarını satışa çıxarıb

16.11.2019

İsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirib

16.11.2019

Azərbaycanda ötən gün baş verən qəzalarda 2 nəfər ölüb, 3 nəfər yaralanıb - RƏSMİ

16.11.2019

AQTA sədri qurumun iki regional bölmə rəisini vəzifədən azad etdi

16.11.2019

Konteyə mafiyasayağı təhdid

16.11.2019

Ədliyyə işçiləri Asan Xidmət mərkəzlərində vətəndaşlara keyfiyyətli xidmət göstərir

16.11.2019

2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq

16.11.2019

Neftin bahalaşması davam edir

16.11.2019

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi

16.11.2019

Ölkəmizin geoloji xidmətinə 25 il fasiləsiz olaraq rəhbərlik etmiş bacarıqlı təşkilatçı, unudulmaz Əkrəm Şəkinski - 90

16.11.2019

Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi

16.11.2019

Türkoloq Xalid Səid Xocanın (1888-1937) Kanadada yaşayan nəvəsi Əfruz Məmmədova ilə FACEBOOK dialoqu

16.11.2019

Trampa daha bir zərbə - Müşavirini 20 il müddətinə həbs gözləyir

16.11.2019

“Coker” rekord vurdu – R reytinqli ilk film oldu

16.11.2019

Rembrandtın şəklini oğurlamaq cəhdi boşa çıxdı

16.11.2019

ABŞ senatorları Türkiyəyə şərt qoydular – Cavab qısa müddətdə verilməlidir

16.11.2019

Baş nazirdən növbəti qərar – Ekspertlərə saathesabı pul ödəniləcək

16.11.2019

Dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşımanın qiyməti ucuzlaşıb

16.11.2019

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16.11.2019

Noyabrın 18-nə dolların rəsmi məzənnəsi müəyyən olunub

16.11.2019

Donald Tramp Böyük Britaniyaya səfər edəcək