Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib

07:56 / 21.09.2019

Azərbaycanın Rusiyadakı səfirliyi Rostov şəhərindəki “Aksay” bazarında işləyən həmvətənlərimizin oradan çıxarılması və deportasiya edilməsini əks etdirən video ilə bağlı məlumat yayıb.

Səfirlikdən bildiriblər ki, sosial şəbəkələrdə Rusiyanın Rostov-Don şəhərində fəaliyyət göstərən “Aksay” bazarında çalışan həmvətənlərimizin oradan çıxarılması və bəzilərinin Azərbaycana deportasiya edilməsi ilə bağlı yayılmış qısa video diplomatik nümayəndəliyə daxil olub.

Hadisənin hansı səbəbdən baş verdiyi, oradakı azərbaycanlıların kim tərəfindən çıxarıldığı barədə ətraflı xəbərin verilməsi, konkret adların və faktların göstərilməsi xahiş edildikdə, müraciətin müəllifi onda heç bir məlumatın olmadığını bildirib.

Buna baxmayaraq, məsələ səfirlik tərəfindən ətraflı araşdırılıb. Belə ki, Rostov vilayəti qubernatoru aparatından, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş Polis İdarəsindən, yerli diasporumuzun üzvləri, hətta qeyd olunan bazarın müdiriyyətindən əldə edilən məlumatdan aydın olub ki, həqiqətən də yerli polis əməkdaşları müxtəlif millətlərdən olan insanları, o cümlədən bir qrup soydaşımızı həmin bazarın ərazisindən uzaqlaşdırıblar. Buna səbəb onların Rusiya Federasiyası ərazisində pərakəndə ticarətlə məşğul olmaq üçün müvafiq icazələrinin olmaması göstərilir. Eyni zamanda, həmin ticarət obyektinin yerində yaşayış kompleksinin tikintisi gözlənilir və bazar bağlanmaq üzrədir.

Səfirlik Rusiyada çalışan soydaşlarımıza müraciət edərək Rusiya ərazisində problemsiz və maneəsiz çalışmaq üçün bu ölkənin qanunlarına tam və şərtsiz əməl etməyə çağırır. Qanunları pozan soydaşlarımıza lazımi köməyin göstərilməsi səfirliyin imkanı xaricindədir.

Diplomatik nümayəndəliyimiz müasir texnologiyaların verdiyi imkanlardan sui-istifadə edənlərə müraciətlə bildirir ki, səfirlik öz səlahiyyətləri çərçivəsində ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın istənilən nöqtəsində hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemi həll etməyə hazırdır. Yaranan real problem barədə səfirliyə yazılı və ya şifahi məlumatın verilməsi kifayətdir ki, onun həlli istiqamətində müvafiq işin aparılmasına başlanılsın.

Bunun yerinə isə mahiyyəti araşdırılmamış, təsdiqini tapmamış, şayiələrə əsaslanan və əksər hallarda həqiqəti əks etdirməyən hadisələri sosial şəbəkələrdə paylaşaraq ictimaiyyəti çaşdırmaq cəhdləri onu deməyə əsas verir ki, bu adamlar özlərini “vətənpərvər”, “haqq-ədalət carçısı” kimi göstərib diqqəti özlərinə cəlb etməklə məşğuldurlar.

Fəridə Abdullayeva


Etiket:

Strategiya.az

Xəbərlər
21.10.2019

İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb

21.10.2019

Türkiyə XİN başçısı: “Suriya münaqişəsinin ancaq siyasi yolla həllinə inanırıq”

21.10.2019

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

21.10.2019

Azərbaycan nefti bahalaşıb

21.10.2019

Nainqqolandan raket kimi qol - Video

21.10.2019

Azərbaycanın 2020-ci il üzrə büdcə zərfi Milli Məclisə daxil olub

21.10.2019

Zakir Həsənov Çində bir sıra görüşlər keçirib

21.10.2019

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

21.10.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon

21.10.2019

Silahlı ermənilər atəşkəsi 22 dəfə pozub

21.10.2019

Türkiyənin Suriya ilə sərhəd bölgələrindəki məktəblər daha beş gün tətilə buraxılıb

21.10.2019

Neft ucuzlaşır

21.10.2019

Oktyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.10.2019

“Qalatasaray”da ciddi itki: “Real” ilə oynamayacaq

21.10.2019

Müdafiə nazirinin soyadını səhv yazan Tramp tvitini silməli olub

21.10.2019

Türk dünyası məktəblilərinin  tarixi mətbu orqanlardan biri- "Maarif" dərgisi

21.10.2019

ABŞ Suriyadakı aviabazasını bombalayıb

21.10.2019

Kadırov İŞİD terrorçularını qarşılamağa hazılaşır

21.10.2019

Pantomima Teatrı noyabr repertuarını açıqlayıb

21.10.2019

Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub

21.10.2019

Xocavənddə 2 ədəd top mərmisi tapılıb

21.10.2019

“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Sevilya” minimal hesabla qalib olub

21.10.2019

MESAJ

21.10.2019

Çaylarda suyun səviyyəsi dəyişdi

21.10.2019

Şahmat üzrə “FIDE Grand Swiss 2019”un 10-cu turunun oyunları başa çatıb

20.10.2019

Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

20.10.2019

Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb

20.10.2019

“Qvardiola məşqçi kimi fenomendir, insan kimi isə...” – İbrahimoviç

20.10.2019

ABŞ Suriyadan çıxardığı hərbçiləri bu ölkəyə göndərəcək

20.10.2019

Klinton ağlını itirib – Donald Tramp

20.10.2019

Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı PROQNOZ

20.10.2019

Milyarderlərdən yaxa qurtarmaq təklifi Zukerberqin xoşuna gəlmədi

20.10.2019

"Barselona"dan böyükhesablı qələbə, "Real" uduzdu

20.10.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub

20.10.2019

Türkiyə və ABŞ razılığa gəldilər – Təhlükəsiz zona yaradılır

20.10.2019

Mərziyyə Məhərrəmova Avropa birinciliyindəki çıxışlarımıza start verdi

20.10.2019

Conson “Brexit”lə bağlı qərar verdi: Aİ-yə imzasız məktub yolladı

20.10.2019

Uşaq qidaları məhsullarının 95 faizinin tərkibində toksik metallar mövcuddur

20.10.2019

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu

20.10.2019

“FIDE Grand Swiss 2019”: Şahmatçımız Nicat Abbasov 9-cu turu qələbə ilə başa vurub

20.10.2019

BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb

20.10.2019

Şirvanda 2 qadın itkin düşüb

20.10.2019

Polşa BMT-nin İnsan Haqları Şurasına üzv seçilib

19.10.2019

Radikal müxalifətin ikinci oktyabr iflası

19.10.2019

Azərbaycan xalqı onları artıq lazım olduqları yerə atıb, onlar arxivlərdədirlər

19.10.2019

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub

19.10.2019

BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb

19.10.2019

UEFA “Real”ı bağışladı, kapitanı yox

19.10.2019

Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır

19.10.2019

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək