Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış

10:28 / 17.10.2019

Avropa İttifaqı (Aİ) təsisatlarında ali vəzifələrə yeni təyinatlar ortaya bir sıra suallar çıxarıb. Ekspertlər bu prosesin təşkilatın daxili və xarici siyasətinə necə təsir edə biləcəyi ilə bağlı proqnozlar verirlər. Onların fonunda Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinini əvəz edəcək Jozep Borrelin ifadə etdiyi fikirlər maraq doğurub. Yeni ali nümayəndə bir qədər fərqli tezislər irəli sürüb. Bütövlükdə Aİ-nin xarici siyasətində köklü dəyişiklik gözlənilmir. Lakin aydın görünür ki, müxtəlif istiqamətlərdə müəyyən düzəlişlər də istisna edilmir. Bu, Rusiya, "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələr, ABŞ, Balkan regionu və digərlərini əhatə edir. Məsələyə kompleks halında baxdıqda, Brüsselin kifayət qədər riskli situasiyada öz geosiyasi nüfuzunu artırmaq niyyətində olduğu görünür. Bu kontekstdə J.Borrelin tezisləri üzərində geniş dayanmağa ehtiyac gördük.

Borrel mərhələsi: 2020-2024-cü illərdə xarici siyasətin əsas istiqamətləri

Aİ rəhbərliyinin dəyişməsindən sonra bu təşkilatın yeridəcəyi siyasi kursla bağlı ekspert proqnozlarının sayı artıb. ABŞ dövlət katibinin Brüsselə səfərinə də məhz həmin kontekstdə yanaşılmışdı. Gözlənilir ki, Aİ daxili və xarici siyasətdə korrektələr edəcək. Görünür, məhz bu səbəbdən Aİ iyerarxiyasında F.Moqerinini əvəz edəcək İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Jozep Borrelin söylədiyi fikirlər maraq doğurub. Onun dediklərinə bütövlükdə təşkilatın yaxın perspektivdə xarici siyasət istiqamətində diqqət yetirəcəyi əsas məqamların ifadəsi kimi yanaşırlar.

Doğrudan da, J.Borrel qısaca olaraq Aİ-nin 2020-2024-cü illər üçün xarici siyasətinin başlıca istiqamətlərini həm təqdim edib, həm də onlara şərh verib. Onların sırasında Rusiya ilə münasibətlər də vardır. J.Borrel hesab edir ki, Rusiyaya qarşı sanksiyalar hələlik qüvvədə saxlanılmalıdır, lakin bu, yeganə məqsəd kimi qəbul edilməməlidir. Yəni Brüsselin siyasətində sanksiya motivi Rusiya ilə münasibətlərin həlledici məqamı olmamalıdır. Bu səbəbdən Brüssel Moskva ilə dialoq aparmalıdır.

Bunun iki səbəbi göstərilir. Onlardan biri Rusiyanın enerji resurslarından Avropanın hələ də istifadə etməsidir. Belə gözlənilir ki, uzun müddət bu asılılıq qalacaq. Həm də Avropa üçün tam mənası ilə Rusiya xəttini ziddiyyətsiz əvəz edə biləcək qaynaq yoxdur. Bütün hallarda geosiyasi anlaşılmazlıqlar meydana çətinliklər çıxarır və çıxaracaq.

Rusiya faktorunu Aİ üçün aktuallaşdıran ikinci məqam geosiyasi dinamika ilə bağlıdır. Amerika faktiki olaraq bütün böyük geosiyasi güclərlə mübarizə aparır. Vaşinqton öz marağından başqa bir şey tanımaq istəmir. O cümlədən Aİ-yə də ticarət, hərbi və təhlükəsizlik istiqamətlərində təzyiqlər edir. Vaşinqton "Breksit"ə aktiv dəstək verməklə, əslində, təşkilatı zəiflətməyə çalışır.

Bunların fonunda Amerikanın vahid Avropa ordusunun qurulmasına da mənfi münasibət göstərdiyi məlumdur. Deməli, Brüssel birmənalı şəkildə geosiyasi taleyini Amerikaya etibar edə bilməz. Çoxqütblü dünyada Aİ-nin öz mövqeyi olmalı və maraqlarını sona qədər qorumalıdır. Yaxın qonşusu olan Rusiya kimi böyük potensiala malik güclə Aİ düşmən ola bilməz. Onunla müəyyən məsələlərdə ortaq mövqe tapmaq üçün dialoq qurulmalıdır ki, sonra da onu genişləndirmək mümkün olsun. Tarixi imkan yaranan kimi Rusiya ilə hətta tərəfdaş olmaq mümkündür.

Aİ Rusiya ilə bərabərhüquqlu tərəfdaş olaraq "Şimal ölçüsü" proqramını həyata keçirir. Bu proqram Brüssellə Moskvanın bir çox istiqamətlərdə yaxınlaşmasına imkan yaradır. Proqramda Norveç və İslandiyanın da iştirak etməsi daha geniş aspektdə Avropa-Rusiya münasibətlərinə yanaşmaya yol açmaqdadır.

Vurğulanan məqamlar J.Borrelin Rusiya ilə bağlı tutduğu mövqenin əsaslı olduğunu göstərməkdədir. Maraqlıdır ki, o, öz mövqeyini Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə komitəsindəki dinləmələr zamanı etdiyi çıxışında səsləndirib. Yəni, kifayət qədər ciddi bir tədbirdə bu barədə danışıb (bax: Будущий глава дипломатии ЕС рассказал о приоритетах внешней политики Брюсселя / ТАСС, 7 oktyabr 2019).

Ancaq ekspertlər ona diqqət yetirirlər ki, bu ilin may ayında J.Borrel "Periodico" nəşrinə verdiyi müsahibədə Rusiyanı "Avropanın qocaman düşməni" adlandırmışdı. Onun mövqeyinin köklü dəyişməsinin səbəbi nədir? Bəlkə, bu, görüntüdür? J.Borrelin özü dediklərinin təhrif olunduğunu söyləyib. Lakin buna kimsə inanmır. Hər bir halda Avropada hesab edirlər ki, söhbət Aİ-nin Rusiya siyasətinə düzəlişlərin edilə bilməsindən gedir.

Reallıqlar və risklər: səmərəli mövqe seçimi

J.Borrel xarici siyasət üçün əhəmiyyətli olan başqa məsələ kimi yanlış informasiyaların yayılmasının geniş vüsət aldığını göstərib. O cümlədən Rusiya ərazisində yerləşən bir sıra informasiya mənbələri Avropa haqqında təxribatçı məlumatlar yayırlar. Bu barədə J.Borrel S.Lavrovla da müzakirə apardığını deyib. Bu prosesə son qoyulmalıdır. Lakin problem ancaq Rusiya ilə məhdudlaşmır. Təşkilatın öz daxilində də analoji informasiyalar yayan mənbələr mövcuddur. Bu baxımdan Brüssel dezinformasiya ilə geniş aspektdə məşğul olmalıdır. Məsələn, seçkiqabağı mərhələdə Avropanın siyasi partiyaları çoxlu dezinformasiyalar yayırlar. J.Borrel deyir ki, bu proses süni intellektdən daha çox istifadə edildikdə, xeyli güclənəcək. Yəni, yeni texnologiyaların tətbiqi də feyk informasiyaların yayılmasına təkan verə bilər.

Bunların fonunda J.Borrelin "Şərq Tərəfdaşlığı" ilə bağlı dedikləri də maraq doğurur. O, həmin proqrama daxil olan dövlətlərlə əlaqələri gücləndirməyi xarici siyasətin vacib aspektlərindən biri hesab edir. Lakin bu, digər dövlətlərə qarşı çevrilməməlidir. Şübhəsiz, burada Avropa rəsmisi Rusiyanı nəzərdə tutur. Özlüyündə bu yanaşma yeni deyil və Aİ-nin yeni qonşuluq siyasəti strategiyasına uyğundur.

J.Borrel açıq deyib ki, "biz "Şərq Tərəfdaşlığı" ölkələrinə yönəlik siyasətdə vahid mövqeni saxlamalı və qonşu ölkələrə dəstəyi gücləndirməliyik. Lakin ...kimsəyə qarşı olmadan". Əlbəttə, "Şərq Tərəfdaşlığı" proqramı Aİ üçün ciddi geosiyasi əhəmiyyət kəsb edir. Çünki hazırkı mərhələdə Şərqi Avropa və Cənubi Qafqaz fəal geosiyasi proseslərin məkanına çevrilib. O cümlədən Ukrayna böhranı daha kəskin xarakter alıb. Orada Aİ-Rusiya qarşıdurması təhlükəli həddə çatıb. Başqa tərəfdən, Amerikanın mövqeyini sərtləşdirməsi Brüsselin manevr imkanlarını zəiflədib.

Bu, ümumilikdə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində perspektivlərini aşağı salır. Məlumdur ki, Aİ-nin xarici siyasətində Şərqi Avropa və Cənubi Qafqaz prioritet sayılır. Buna görə də J.Borrel faktiki olaraq yeni bir fikir ifadə etməyib.

Bizim üçün məsələ Azərbaycanın Aİ-yə strateji əməkdaşlıqla bağlı öz təkliflər paketini təqdim etməsi baxımından daha əhəmiyyətli sayılır. Məsələ ondan ibarətdir ki, rəsmi Bakı "Şərq Tərəfdaşlığı" çərçivəsində Brüsselin öncələr təklif etdiyi şərtləri qəbul etmir. Çünki o halda Azərbaycan Aİ-nin xarici siyasətinin obyekti vəziyyətinə düşür. Müstəqil dövlət üçün bu, qəbuledilməzdir. Məsələn, assosiativ üzvlük ona aparır.

Başqaları haqqında fikir bildirmədən deyək ki, Azərbaycanı belə bir vəziyyət qane etmir. Çünki Azərbaycan müstəqil və suveren xarici siyasət yeridir. Həmin səbəbdən 2020-2024-cü illərdə Aİ-Azərbaycan münasibətləri aktuallığını saxlayacaq. Təbii ki, Azərbaycan öz konstruktiv mövqeyində qalacaq. Aİ ilə əlaqələrin bərabərhüquqlu tərəfdaş kimi inkişafına çalışacaq. Əgər Aİ ikili standartlar siyasətinə baş vurmasa, Azərbaycanla münasibətlərdə inkişafın şahidi ola bilərik.

Bütün bunlarla yanaşı, Ukraynaya dəstək və Amerika ilə münasibətlərin yoluna qoyulması da xarici siyasətin prioritetləri sırasına daxil edilib. Həmin çərçivədə transatlantik münasibətlərin yenidən canlandırılmasına J.Borrel ayrıca diqqət yetiriləcəyini qeyd edib.

Daha maraqlısı ondan ibarətdir ki, J.Borrel xarici siyasətdəki uğuru təşkilatın daxilində olacaq vəziyyətlə sıx bağlayıb. "Əgər biz bir yerdə hərəkət etməsək, Avropa yeni dünyada gərəksiz qalacaq. Bu bütövlüyə nail olmaq üçün mən üzv dövlətlərlə işləyəcəyəm".

Beləliklə, Avropa İttifaqı bir tərəfdən xarici siyasətdə yeniliklər etmək fikrindədir, digər tərəfdən isə daxildə problemlərin mövcudluğunu etiraf edir. Əgər təşkilat inteqrasiyanın yeni səviyyəsinə yüksələ bilməsə, onun üçün xarici siyasətdə səmərəli fəaliyyət göstərmək çox çətin olacaq. Bu isə bütövlükdə təşkilat üçün ümumi situasiyanın mürəkkəb olaraq qaldığını göstərir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
22.11.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib

22.11.2019

Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb

22.11.2019

"Mən heç vaxt PSJ-də oynamayacağam" - Hazard

22.11.2019

Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

22.11.2019

Hansı səbəblərdən itkin düşürlər? – Ekspertdən açıqlama

22.11.2019

“İranlı etirazçılardan xahiş etdim ki…” – Pompeodan şok etiraf

22.11.2019

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

22.11.2019

Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə

22.11.2019

Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin şərtlə uzadılmasına razılıq verib

22.11.2019

   Səfirlik kitabxanaya kitablar hədiyyə etdi

22.11.2019

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb

22.11.2019

Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır

22.11.2019

Putinin böyük mətbuat konfransının tarixi açıqlandı

22.11.2019

SOCAR yeraltı anbarlardan qazın götürülməsinə başlayıb

22.11.2019

Tramp Əfqanıstan prezidentini Amerikaya dəvət etdi

22.11.2019

Yağıntılı hava şəraiti sabah gündüzədək davam edəcək

22.11.2019

Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

22.11.2019

DİN: Borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılıb

22.11.2019

Ev alarkən bunlara diqqət yetirmək lazımdır - ALDANMAMAQ ÜÇÜN - VİDEO

22.11.2019

Qaxın İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 10-15 santimetrə çatır

22.11.2019

ABŞ Senatı müvəqqəti büdcəni qəbul etdi

22.11.2019

Komitə sədri rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib - SƏBƏBİ açıqladı

22.11.2019

ABŞ Türkiyəni “S-400”lərə görə şantaj edir

22.11.2019

Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI

22.11.2019

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA

22.11.2019

Sentyabr ayında Azərbaycanda ÜDM təxminən 3 faiz artıb

22.11.2019

Pley-off mərhələsinin püşkü atılır - Avro-2020

22.11.2019

"Azeri Light" markalı neftin bahalaşması davam edir

22.11.2019

Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb - "Azərişıq" ASC

22.11.2019

Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

22.11.2019

Fransalı sədəqə verdiyinə görə 100 avro cərimələndi

22.11.2019

Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı

22.11.2019

Məktəb bufetlərində övladlarımızın qidaları təhlükəsizdirmi? – VİDEO

22.11.2019

Zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabildir - Səhiyyə Nazirliyi

22.11.2019

Noyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.11.2019

Neft ucuzlaşmaqda davam edir

22.11.2019

Erməni vandalizmini tarixi faktlarla faş edən nəşr - Fotolar

22.11.2019

"Kaspi" Təhsil Şirkəti gənclərə iş imkanı yaradır - VİDEO

22.11.2019

Almaniya klubu "Barış pınarı"na dəstək olan futbolçu ilə yolları ayırdı

22.11.2019

Cəbhədən son xəbər

22.11.2019

Bakıda 19 yaşlı qız itkin düşdü

22.11.2019

Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22.11.2019

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

22.11.2019

İran XİN: Yaxşı olar ki, Avropa İttifaqı ölkələri öz problemlərinin həli ilə məşğul olsun

22.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir

21.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

21.11.2019

Azərbaycan Prezidenti: Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir

21.11.2019

Azərbaycan Prezidenti: Bizi bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər

21.11.2019

Ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.11.2019

Zakir  Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - Sərəncam