İlham Əliyevin qəti və sərt mövqeyi "soyuq duş" effekti yaratdı

10:57 / 17.10.2019

Nikol Paşinyan Qarabağ probleminin həllində yeni situasiya yaradıb

Azərbaycan Prezidenti İlham Əliyevin hazırki mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirak etməsi, eləcə də prezdent Putinlə cənab İlham Əliyev arasında çox yüksək səviyyəli ikitərəfli görüşün baş tutması Azərbaycanla Rusiyanın strateji tərəfdaşlıq münasibətlərinin, iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikasının ifadəsi kimi qiymətləndirilir.

Eyni zamanda, hər iki dövlət rəhbərinin şəxsində və timsalında, xüsuliə qarşılıqlı yüksək hörmət və ehtirama söykənən münasibətlərin ifadə olunması şəraitində Azərbaycan Prezidenti cənab İlham Əliyev "Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm", - deyərək bir çox məsələlərə münasibət bildirmişdir.

Belə bir mötəbər tədbirdə Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq Ermənistanın işğalının nəticələrinə diqqət yetirib. BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistan baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq deyib: "Mən Ermənistan baş nazirinin təəccüb doğuran "Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ - bu Azərbaycandır və nida işarəsi".

Həmçinin, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla, məqbul olması barədə açıqlamasına da toxunub: "Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var".

"Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur" deyə Azərbaycan dövlət başçısı qeyd edib.

Nikol Paşinyandan ermənilər üçün uğursuz bəyanat

Xankəndində keçirilən ümumerməni mitinqində çıxış edərkən Ermənistanın baş naziri Qarabağla bağlı özünəməxsus tezislər irəli sürərək, bir az da dərinə baş vurub və "Qarabağ Ermənistandır, nöqtə", deyə bəyanat səsləndirib. Sözsüz ki, nəinki diplomatiya və peşəkar siyasətlə praktiki məşğul olanlar, hətta ekspertlər belə bu çox qeyri-ciddi, qeyri-hüquqi və qeyri-peşəkar bəyanatı yaxşı qarşılamadılar və çox yersiz, uğursuz səslənmə kimi qiymətləndirdilər.

Rusiyanın ekspert çevrələrindən də Ermənistan baş nazirinin çıxışına reaksiyalar gəldi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsitutunun beynəlxalq araşdırmalar mərkəzinin avroatlantik təhlükəsizlik üzrə Mərkəzinin aparıcı elmi əməkdaşı Sergey Markedenov qeyd edir ki, Paşinyanın çıxışı milli birlik və erməni birliyinə maneə yaradan çoxsaylı parçalanmalar barədə pafosa bürünmüşdü.

"Qarabağ məsələsinin postsovet Ermənistanı üçün ən mühüm mövzu olduğu yenilik deyil. Lakin rəsmi Yerevanın nümayəndələrindən heç kim indiyə qədər bu qədər dəqiq və aydın deməmişdi ki, "Qarabağ Ermənistandır". Paşinyan sevimli mövzusundan - inqilab mövzusundan da yan keçə bilməzdi və onun fikrincə, Ermənistanda baş vermiş inqilab Qarabağda da davam etdirilməlidir. Beləliklə, Paşinyan özünü ayrıca götürülmüş respublikanın nazirlər kabinetinin rəhbəri kimi deyil, ümumerməni lideri kimi aparır", - Markedonov məqaləsində yazır.

Rusiyalı ekspertə görə Paşinyan istəyir ki, 2020-ci ildə Qarabağda hakimiyyətdə onun adamı olsun. Ona görə də o, erməniləri qarabağlılara, yerevanlılara, gümrülülərə və ya icevanlılara ayırmağın mümkün olmadığını deyəndə birmənalı şəkildə eyham vurur ki, birləşdirici lider statusuna iddia edir. Və bu zaman o öz qaydaları ilə oynayacağını bildirir. Habelə, Markedonov hesab edir ki, Paşinyanın çıxışında xarici siyasət elementləri də var. O, Bakıya və həmsədr ölkələrə ünvanlanıb.

"Paşinyan, aydındır ki, danışıqlarda sərt mövqeyini möhkəmləndirmək istəyir və münaqişənin nizamlanmasına dair baza prinsiplərini detallı şəkildə müzakirə etmək istəmir. Bu qırğı mövqeyidir, amma Paşinyanın işinə Ermənistanın daxilində yarayır", - Markedonov vurğulayır. O qeyd edib ki, Paşinyan əvvəlki hakimiyyəti beynəlxalq arenada əsassız güzəştlərə getməyə can atan qüvvələr kimi təqdim edir və Qarabağ məsələsində məzənnəni qaldırmaq bu məsələdə onun işinə yarayır.

Amerikalı diplomat, Minsk qrupunun keçmiş həmsədri olmuş Metyu Brayzanın Paşinyanın Qarabağla bağlı söylədiyi fikirlərə münasibəti çox maraqlıdır: "Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir. Düşünürəm ki, Paşinyana qarşı Ermənistandakı siyasi qüvvələr çox güclüdür. Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü. Həssas çıxışlar etdi. Geriyə addım atmalı, ritorikanı, bu ifadələri dəyişdirməli, danışıqları davam etdirmək istədiyi təqdirdə danışmalıdır".

Eyni zamanda, kütləvi informasiya vasitələri ilə ünsiyyətdə olarkən bildirib ki, Paşinyan Qarabağ qruplaşmasının dəhşətli təzyiqlərinə məruz qaldığı üçün belə danışıb. "Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir" cümləsini işlədərək, "Nikol Paşinyanın qəribə bəyanatlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları davam etdirməsi olduqca vacibdir" - deyə vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir: Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökümətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil".

M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun son hüquqi statusu danışıqlar yolu ilə razılaşdırılmalıdır: "Danışıqlar prosesində bir tərəf fayda əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə, doğru deyil".

Paşinyan Xankəndindəki çıxışında Ermənistan üçün yaxın 30 ildə hədəfləri də elan edib. Və bunlara ÜDM-in 7 dəfə artırılması, maaşların, səhiyyə, təhsil xərclərinin on dəfələrlə artımı kimi utopik tezislər də daxildir. Hansı ki, meydana toplaşanlar Paşinyanın bu boş vədlərinə əsnəməklə reaksiya veriblər.

Yerevandakı Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyana görə, Paşinyanın bu vədləri ancaq o halda həyata keçə bilərdi ki, hansısa super dövlət Ermənistana pul yağdırsın. İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Yaponiyaya kömək edib iqtisadiyyatını qaldırdığı kimi. Hazırda isə ekspertin qeyd etdiyi kimi, erməni iqtisadiyyatını görünməmiş ÜDM həcmində qaldırmağa hazır olan dövlət yoxdur. Ermənistanın özünün buna nail olması da mümkün deyil, çünki imkanı çatmır. Mikaelyana görə, Paşinyanın səsləndirdiyi hədəflərə necə çatacağına dair detallı proqramı da yoxdur.

Nikol Paşinyan kimdir?

Nikol Vova oğlu Paşinyan 1975-ci il iyunun 1-də İcevanda (Ermənistan) doğulub.
1991-də İrəvan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, amma siyasi baxışlarına görə son kursda universitetdən çıxardılıb.

Peşə fəaliyyəti

90-cı illərin ortalarından Ermənistanın müxtəlf KİV-lərində işləyib.
1993-1994 – "Dprutyun" qəzetinin müxbiri.
1994-1997 – "Lragir", "Lragir-or", "Molorak" qəzetlərinin müxbiri.
1995-1997 – "Molorak" qəzetinin əlavəsi "Em-Es-e"-nin redaktoru.
1998-1999 – "Oragir" qəzetinin təsisçisi və baş redaktoru.
1999-dan – "Aykakan jamanak" ("Ermənistan zamanı") qəzetinin baş redaktoru.

Siyasi fəaliyyəti
2007-də Ermənistan prezidenti Robert Köçəryan və baş nazir Serj Sərkisyanın istefası uğrunda çıxış edən "İmpiçment" siyasi blokunun siyahısında birnömrəli namizəd kimi parlament seçkilərinə qatılıb. Blok parlamentə girməyə nail olmayıb və Paşinyan Ermənistan hökumətini səsləri saxtalaşdırmaqda ittiham edib və seçkiləri etibarsız elan etməyi tələb edib. Etiraz əlaməti kimi İrəvanın mərkəzində oturaq tətil elan edib. O dövrkü prezidentə qarşı təşkil etdiyi etirazlara qatılıb. Etirazlardan sonra Paşinyan axtarışa verilib, bir il dörd ay ərzində hüquq-mühafizə orqanlarından gizlənib.

2009-un iyulunda hökumətə təslim olub və həbsə alınıb. Kütləvi iğtişaşların təşkilinə görə 2010-un yanvarında yeddi il həbsə məhkum edidlib. 2011-in yanvarında əfv əsasında azadlığa buraxılıb.

Həbsxanadan çıxaraq siyasətə qayıdıb. 2012-də "Ermənistan Milli Konqresi" partiya blokundan proporsional seçki sistemi üzrə Ermənistan Mili Məclisinin deputatı seçilib.

2013-cü ildən "Vətəndaş sazişi"nin üzvüdür.
2016-cı ildən "Yelk" partiyasının üzvüdür.
2017-də "Yelk" partiyasından parlamentə seçilib. Paşinyanın daxil olduğu blok 8%-dən az səs yığıb.
Paşinyan 2017-ci ilin mayında İrəvan meri seçkilərinə qatılıb, lakin 21% səs toplayaraq hakim Ermənistan Respublika Patiyasını təmsil edən, fəaliyyətdə olan şəhər başçısı Taron Marqaryana uduzub.

Nikol Paşinyan "Soros"un məxməri inqilab ssenarisində
(Bundan əvvəl Resurs Analitik İnformasiya Mərkəzinin təhlil və proqnozlarında Soros fondunun dünyada həyata keçirdiyi "məxməri inqilab", "ərəb baharı" və s. inqilablar seriyası KİV-lərdə öz əksini tapmışdır. Bu inqilablar, əslində həmin ölkələrdə "demokratiya" adı ilə və böyük maddi vəsaitlər xərclənməklə milyonlarla insanın müharibələr, aclıq və səfalət, idarəsizlik, xəstəlik və epidemiyalar yolu ilə məhv edilməsi, abad şəhərlərin dağıdılıb viran qoyulması planı həyata keçirilmişdir. Bu seriyalar Ərəb ölkələrində, Afrika qitəsində, MDB məkanında və hazırda Nikol Paşinyanın simasında Ermənistanda davam etdi).

Minlərlə etirazçı Ermənistanda "qeyri-zorakı məxməri inqilabi təşkil edir, "Nikol Paşinyan 17 apreldə Serj Sarkisyanın parlamentdə Baş nazir kimi təsdiq edilməsindən sonra bildirib. "Serj Sarkisyan görməlidir ki, o, Ermənistanı və onun xalqını idarə edə bilməz".

Nikol Paşinyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarı kimi Qarabağ hərbi xuntasının Ermənistanı ələ keçirməyinə qarşı çıxaraq, keçmiş prezidentlər Robert Koçəryan və Serj Sarkisyanın Ermənistanı ələ keçirməsinə qarşı işlədiyi qəzetlər vasitəsilə daim etiraz edənlərdən biri olmuşdur. O, millət vəkili kimi Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid edib və Avrasiya İqtisadi İttifaqından çıxmağı təklif edib.

Göründüyü kimi, bir çox ekspertlərin də rəyinə görə və "Resurs" Analitik İnformasiya Mərkəzinin təhlillərinə əsasən belə qənaətə gəlməyə əsas yaranır ki, əvvəla Nikol Paşinyan özünün, tərəfdarlarının və ekspertlərinin də qiymətləndirdiyi kimi "məxməri inqilab"ın övladı olaraq hakimiyyəti ələ keçirib.

Artıq bütün dünyaya sirr deyil ki, məxməri inqilablar seriyası ABŞ-ın Soros fondunun inkubator layihələrindəndir. Qısa arayış şəklində xatırlatmaq yerinə düşər ki, hər hansı virus "Soros fondu" kimi laborotoriyalarda yetişdirilir və virusların inkişafı üçün uyğun mühit yaradılaraq xəstəliyin yetişmə vaxtı - yəni virusun inkubasiya dövrü gözlənilir və ayarlanır. Məsələn, Ermənistanda Gümrü şəhərində 2015-ci il yanvarın 12-si rus hərbiçisi Valeri Permyakovun Avetisyanlar ailəsinin 7 üzvünü güllələməsi faktı kimi hadisələr və buna oxşar-oxşamaz istənilən detallar cəmiyyətdə anti-rus əhval-ruhiyyəsinin formalaşması, güclənməsi və Rusiya əleyhinə mənəvi-psixoloji atmosferin möhkəmlənməsi istiqamətində iş aparılırdı. Yəni virusun inkubasiya dövrü əlverişli şəraitin yaradılması və nəhayət, məxməri inqilab - Nikol Paşinyan.

İkincisi, inqilabçılara xas olan ən vacib keyfiyyət - inkarçılıq, dağıdıcılıq, hətta Paşinyanda nihilizm xüsusi olaraq bu inqilabların ideoloqlarının diqqətini cəlb edir ki, o da dağıdıcılıq işlərində inqilablar üçün işə yarayır. Yeri gəlmişkən, belə adamlarda qəddarlıq və qorxaqlıq şüuraltı emosiyaların əsas faizini zəbt etmiş vəziyyətdə olur.
Ermənistanda çoxəsrlik rus təbəəliyinə son qoymaq üçün ABŞ məxməri inqilab yolu ilə rusiyapərəst qüvvələri hakimiyyətdən uzaqlaşdıraraq iqtidara sahib çıxdı. Yeri gəlmişkən, Paşinyanın keçmiş rusiyapərəst prezidentlər - Qarabağ hərbi klanının nümayəndələri Robert Koçəryan və Serj Sarkisyanın müxtəlif faktorlarla məsuliyyətə cəlb olunması və yaxud ittiham edilməsi ilə əslində, onların Ermənistandakı bütün dayaqlardan məhrum olunması məqsədi güdülür.

Bəs məqsəd və hədəf nədir?

Əslində, azərbaycanlılar bu proseslərin sonunda normal bir iqtidarla problemin həllinə ümid etsə, baş verən proseslərdən hətta bəhrələnmək olardı.

Amma Paşinyanın və onu hakimiyyətə gətirən qüvvələrin öz məqsəd və hədəfləri var.
Rusiya, Azərbaycan, Türkiyə
Rusiya, Azərbaycan, İran
Rusiya, İran, Türkiyə və
Rusiya, Azərbaycan, Türkiyə, İran münasibətlərində regionda yaranmış yeni iqtisadi və beynəlxalq kommunikasiya münasibətləri sistemində Ermənistan ABŞ-a gərəkli olduğunu hiss edir.

Nikol Paşinyanın pornoulduz Kim Kardaşyanla çəkdirdiyi və sosial şəbəkələrdə yayılmış şəkli onun dövlət xadimindən çox hələ küçə eyforiyası psixologiyasından xilas ola bilmədiyinin əyani sübutudur. O, elə sevinir ki, elə bil ABŞ prezidenti ilə selfi çəkdirmək şərəfinə nail olmuşdur. Biz Paşinyanın şəxsiyyətini aşağılamaq fikrində deyilik, sadəcə, onun psixoloji durumunu dəyərləndiməklə Qarabağ probleminin həllində onun nə qədər ciddi və məsuliyyətli ola biləcəyinə diqqət çəkmək istəyirik. Nikol Paşinyanın hazırlıqsızlığı göz qabağındadır.
Digər bir tərəfdən isə onu hakimiyyətə gətirən qüvvələrin cari taktiki hədəfləri, ilk növbədə, rəsmi Erevanı və Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaqdır. Lakin ekspertlərin də qeyd etdiyi kimi Qarabağ klanının güclü təzyiqi ilə üzləşmiş durumdadır, yeri gəlmişkən bir çox ekspertlərin də rəyləri kimi Paşinyan Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün "Soros fondu"nun maliyyə dəstəyinə də çox ümid edir. Amma, eyni zamanda, regionda baş verən bir çox proseslərdən, o cümlədən beynəlxalq meqa kommunikasiya layihələrindən kənarda qalan və getdikcə regiona yalnız destruktiv fəaliyyət üçün lazım olan Ermənistan özü necə inkişaf edə bilər ki? Hazırda bu ölkə kimlər üçünsə yalnız hərbi baza saxlamağa yer kimi nəzərdə tutula bilər.

Əslində, Qarabağ probleminə münasibətdə də Nikol Paşinyanın yol xəritəsi yoxdur. Çünki ziddiyətli bəyanatlarla o, Qarabağ probleminin hazırki danışıqlar formatını pozmağa yönəlik cəhdlər edir. Məqsəd "papadan daha çox katolik olmaq" görüntüsü yaratmaqla prosesi pozmağa cəhd edərək Rusiyanın Ermənistanı güzəştə getməyə məcbur eləmə taktikası seçilib. Belə ki, dünyada Qarabağ probleminin həllinin əsas açarı Rusiyanın əlindədir.
Nikol Paşinyanın iqtidarı isə Ermənistan "Soros fondu"nun layihəsi və proqramı ilə bölgədə möhkəmlənməyə çalışır. Sözsüz ki, bu proses Rusiya qədər İranı da narahat edir, baxmayaraq ki, bu narahatçılığın ifadəsi hələ açıq müstəviyə keçməyib. Ancaq artıq bunu gizlətmək də mümkün deyil və müvafiq tədbirlərin görülməsi istiqamətində müəyyən formalarda hərəkətlərin də müşahidə olunacağı ehtimalı çox böyükdür.

Azərbaycanda təbii ki bu proses diqqətlə izlənilir və dəyərləndirilir. Əgər bu prosesin nəticə etibarilə Azərbaycanla münaqişənin həllinə və bölgənin inkişafına müsbət töhfə verəcəyi proqnozlaşdırılarsa, əlbəttə bu müsbət qarşılana bilərdi, lakin bu prosesin, sadəcə olaraq zaman əldə etmək və daha da qəlizləşmiş formada ortaya çıxması ehtimalı çox böyükdür.

Nikol Paşinyanın nöqtəsi

Ermənistanın baş naziri Qarabağda ermənilərin qarşısında çıxışı zamanı "Qarabağ Ermənistandır, nöqtə" deməklə, əslində, guya özünü fanatik "qarabağsevər" obrazında təqdim etmək görüntüsü yaradır,- yəni qarabağda rus tankları üstündə hakimiyyətə gələn hərbçi qarabağlı Robert Koçəryanı tutub həbsə atmaq üçün sözsüz ki, Qarabağ məsələsində Köçəryandan və onun varisi Serj Sarkisyandan daha çox "qarabağsevər" olmaq gərəkir. Bu məqamda "papadan artıq katolik olmağ"ın nəticəsi "Qarabağ Ermənistandır- nöqtə" mitinq stixiyası şüarını səsləndirir.

Bununla Paşinyan Qarabağ danışıqlarını pozmaq və yaxud Rusiyanın nəzarətindən çıxarmağa nail ola biləcəkmi?

QARABAĞ RUSİYANIN NƏYİNƏ LAZIMDIR?

Qafqaz və Azərbaycan bugün dünyanın ən maraq kəsb edən geosiyasi məkanlarındandır. Bugün neçə-neçə beynəlxalq meqaproyektlər, beynəlxalq magistral kommunikasiyalar Azərbaycandan keçir. Və dünya gücü olmağın vacib şərtlərindən biri də Qafqaza nəzarəti əldə saxlamaqdır. Yəni Qafqazın açarı kimin əlindədirsə, o, böyük bir regionun nəzarətini əldə saxlamış olur. Bu mənada siyasətdə dostluq, mənəvi dəyərlər, qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və digər bütün münasibət formaları hər şeydən üstün olan maraq və mənafeyin sığortalanması və qarantiyası prinsipidir. Əlbəttə, diplomatiyada siyasi proses, məqsəd, hədəf və strategiyada xahiş, sevgi, qısqanclıq, məhəbbət - "mən sevəcəyəm, sən sevməsən də" və bu kimi dəyərlər sadəcə olaraq bu müstəvidə yoxdur. Bu gün qarabağın açarını Rusiya əlində saxlamaqla Azərbaycan və Ermənistanla dostluq, qonşuluq və mehriban münasibətlərə məcbur edirsə onun günahını Vladimir Putində, yaxud başqasında axtarmaq yox, reallığı olduğu kimi dəyərləndirib, mövcud reallığa uyğun öz mənafelərimizi nəzərə almalıyıq. Rusiyanın prezidenti də tarix, öz xalqı və dövləti qarşısında böyük cavabdehlik və məsuliyyət daşıyır.

Beləliklə, Nikol Paşinyan Rusiya, ABŞ və Fransa kimi həmsədr dövlətlərə qarşı çıxıb. Qarabağ probleminin nizamlanması ilə bağlı prosesi öz istədiyi istiqamətə apara bilərmi?

Bu sualın cavabı sözsüz ki, birmənalı deyil, çünki, onun qarşısına qoyulmuş məsələlər və məqsədlər var ki, o bu məsələləri yerinə yetirmək məcburiyyətindədir. Fəqət onların hamısı planlaşdırdıqları prosesdə görəsən Azərbaycan Prezidentinin şəxsi keyfiyyətlərini, Azərbaycan xalqının mənəvi-psixoloji durumunu nəzərə alıblarmı?

Və gözlənilmədən Azərbaycan Prezidenti kifayət qədər ciddi beynəlxalq diplomatik tribunadan "Qarabağ Azərbaycandır, nida! " bəyanatı səsləndirdi.

Əvvəla, Azərbaycan prezidenti İlham Əliyev peşəkar siyasətçi və dövlət xadimidir, dünya siyasətini, tarixi, mövcud və perspektiv münasibətlər sistemini akademik səviyyədə bilən, öz sözünü və çəkisini yüksək səviyyədə qiymətləndirən şəxsiyyətdir.

Prezident Əliyev heç vaxt real olmayan, nəyinsə xatirinə bəyanat verməyib. Və birdən çox ciddi, mötəbər bir tribunadan cənab İlham Əliyevin qəti və sərt mövqeyi soyuq duş effekti yaratdı, təkcə ermənilər üçün deyil onların yeni və köhnə himayədarlarını da ayıltdı və düşünməyə vadar etdi. "Qarabağ Azərbaycandır, nida".

"Resurs" Analitik İnformasiya Mərkəzinin materiallarından çıxarış


Etiket:

Strategiya.az

Xəbərlər
22.11.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib

22.11.2019

Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb

22.11.2019

"Mən heç vaxt PSJ-də oynamayacağam" - Hazard

22.11.2019

Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

22.11.2019

Hansı səbəblərdən itkin düşürlər? – Ekspertdən açıqlama

22.11.2019

“İranlı etirazçılardan xahiş etdim ki…” – Pompeodan şok etiraf

22.11.2019

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

22.11.2019

Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə

22.11.2019

Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin şərtlə uzadılmasına razılıq verib

22.11.2019

   Səfirlik kitabxanaya kitablar hədiyyə etdi

22.11.2019

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb

22.11.2019

Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır

22.11.2019

Putinin böyük mətbuat konfransının tarixi açıqlandı

22.11.2019

SOCAR yeraltı anbarlardan qazın götürülməsinə başlayıb

22.11.2019

Tramp Əfqanıstan prezidentini Amerikaya dəvət etdi

22.11.2019

Yağıntılı hava şəraiti sabah gündüzədək davam edəcək

22.11.2019

Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

22.11.2019

DİN: Borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılıb

22.11.2019

Ev alarkən bunlara diqqət yetirmək lazımdır - ALDANMAMAQ ÜÇÜN - VİDEO

22.11.2019

Qaxın İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 10-15 santimetrə çatır

22.11.2019

ABŞ Senatı müvəqqəti büdcəni qəbul etdi

22.11.2019

Komitə sədri rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib - SƏBƏBİ açıqladı

22.11.2019

ABŞ Türkiyəni “S-400”lərə görə şantaj edir

22.11.2019

Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI

22.11.2019

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA

22.11.2019

Sentyabr ayında Azərbaycanda ÜDM təxminən 3 faiz artıb

22.11.2019

Pley-off mərhələsinin püşkü atılır - Avro-2020

22.11.2019

"Azeri Light" markalı neftin bahalaşması davam edir

22.11.2019

Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb - "Azərişıq" ASC

22.11.2019

Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

22.11.2019

Fransalı sədəqə verdiyinə görə 100 avro cərimələndi

22.11.2019

Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı

22.11.2019

Məktəb bufetlərində övladlarımızın qidaları təhlükəsizdirmi? – VİDEO

22.11.2019

Zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabildir - Səhiyyə Nazirliyi

22.11.2019

Noyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.11.2019

Neft ucuzlaşmaqda davam edir

22.11.2019

Erməni vandalizmini tarixi faktlarla faş edən nəşr - Fotolar

22.11.2019

"Kaspi" Təhsil Şirkəti gənclərə iş imkanı yaradır - VİDEO

22.11.2019

Almaniya klubu "Barış pınarı"na dəstək olan futbolçu ilə yolları ayırdı

22.11.2019

Cəbhədən son xəbər

22.11.2019

Bakıda 19 yaşlı qız itkin düşdü

22.11.2019

Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22.11.2019

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

22.11.2019

İran XİN: Yaxşı olar ki, Avropa İttifaqı ölkələri öz problemlərinin həli ilə məşğul olsun

22.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir

21.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

21.11.2019

Azərbaycan Prezidenti: Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir

21.11.2019

Azərbaycan Prezidenti: Bizi bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər

21.11.2019

Ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.11.2019

Zakir  Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - Sərəncam