Əgər universitetin uğurlu məzunları yoxdursa... – Özəl universitetlərə İNAM AZALIB 

12:05 / 17.10.2019

Özəl universitetlərə maraq azalıb. Ötən il keçirilən qəbul imtahanlarında dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan cəmi 299 nəfər təhsilini özəl ali təhsil müəssisələrində davam etdirmək istəyib. 299 nəfərdən 219 nəfəri isə Xəzər Universitetini seçib. Bu isə digər özəl ali məktəblərə inamın az olmasından irəli gəlir.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Tələbə: “Təhsil haqqının məbləği dövlət universitetlərinə nisbətən bahadır. Eyni zamanda özəl ali təhsil müəssisələri bağlana bilər amma dövlət müəssisələrinin belə bir təhlükəsi yoxdur”.

Ekspertlərin sözlərinə görə, bu inamsızlığın arxasında özəl universitetlərdən asılı olan və olmayan məqamlar durur. Son illərdə bir neçə özəl ali məktəbin bağlanması valideynlərin gözünü qorxudub.

Kamran Əsədov – Təhsil eksperti: “Təəssüflər olsun ki, hətta ən az bal toplayan abituriyentlər belə ilk sırada dövlət universitetlərini seçirlər. Bu abituriyentlərin və onların valideynlərinin özəl universitetlərə inamsızlığının olması ilə bağlıdır”.

Digər məqam özəl universitətlərdə tədrisin keyfiyyəti məsələsidir. Bir çox hallarda işəgötürənlər belə müəssisələrin məzunlarını işə götürmək istəmirlər.

Kamran Əsədov – Təhsil eksperti: “Dövlət qulluğuna qəbul zamanı, müəllimlərin işə qəbulu zamanı, eyni zamanda ümumilikdə əmək bazarında özəl universitetlərin məzunlarının işə qəbul prosesində nəticələrin zəif olması valideynlərin və abituriyentlərin özəl universitetlərə inamını aşağı salıb”.

Rasif Dünyamalıyev – Təhsil meneceri: “Abituriyent universiteti seçdiyi zaman həmin o universiteti bitirən uğurlu şəxslərə baxır. Əgər universitetin uğurlu məzunları yoxdursa və yaxud da varsa, universiteti onu göstərə bilmirsə, önə çəkə bilmirsə, təqdim edə bilmirsə, o zaman problem çıxır. Yəni problem inamsızlığa gətirir ki, necə oldu universitetdən məzunları bir yerə çıxmadı”.

Özəl ali təhsil müəssisələrinə marağın bu cür azalmasına digər səbəb kimi təhsil haqqının yüksək olması göstərilir.

Rasif Dünyamalıyev – Təhsil meneceri: “İndiki dövrdə artıq Türkiyədə təhsil almaq Azərbaycanda təhsil almaqla qiymət baxımdan eyni olub. Yəni Tükiyədəki özəl universitetlə Azərbaycandakı özəl universitetin qiyməti bərabərdir. Artıq biraz imkanı yaxşı olan valideyn düşünür ki, buranı seçməkdənsə, oranı seçim”.

Ekspertlər hesab edir ki, özəl ali təhsil müəssisələri öz imicini qaldırmaq istəyirsə, maddi texniki baza düzəldilməli, xarici ölkələrdən tələbə qəbulu həyata keçirilməli, beynəlxalq layihələrdə iştirak etməlidir. Özəl universitetlər əgər işəgötürənlərlə müqavilə əsasında işləsə və təminat versələr ki, məzunlar işlə təmin olunacaq, abituriyentlər əminliklə özəl universitetləri seçərlər.


Etiket:

Strategiya.az

Xəbərlər
04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST

02.06.2020

Azərbaycanda COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 300 mini ötüb

01.06.2020

Prezident İlham Əliyev: Biz sosial layihələrin heç birini ixtisara salmamışıq

01.06.2020

SALAM, SERGEY YESENİN! (II hissə)

01.06.2020

Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

01.06.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01.06.2020

Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib 

01.06.2020

Nikol Paşinyan koronavirus infeksiyasına yoluxub

01.06.2020

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

31.05.2020

Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

31.05.2020

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31.05.2020

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub

31.05.2020

Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

31.05.2020

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

31.05.2020

Mayın 31-də xarici valyutaların manata qarşı məzənnələri

30.05.2020

Gənc riyaziyyatçılara çağırış - BDU-da Elmi Konfrans olacaq

30.05.2020

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı, 3 nəfər öldü

30.05.2020

Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı DGK açıqlama yaydı

30.05.2020

 SALAM, SERGEY YESENİN!

30.05.2020

Azərbaycan neftinin qiyməti 37 dolları ötüb

30.05.2020

Neftin qiyməti bahalaşır

30.05.2020

Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək

29.05.2020

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

29.05.2020

Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur

29.05.2020

İyunun 15-dək uzadıldı