Bəstəkarlar İttifaqı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat yayıb

09:04 / 19.10.2019

Azərbaycan Bəstəkarlar İttifaqı Şuşadakı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması və milli toponimlərin dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq.

Şuşa şəhərinin “Yuxarı Gövhər Ağa” məscidində aparılan “təmir-bərpa işləri” haqqında xəbərləri dərin narahatlıq hissi ilə izləyirik. İşğalçı Ermənistanın torpaqlarımızda etnik təmizləmə həyata keçirdikdən sonra, beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq Şuşanın əsas simvollarından hesab edilən məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və bu məqsədlə İran şirkətinin cəlb etməsi, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş riyakar hərəkətlərinin davamı kimi qiymətləndirilməlidir.

Hamıya məlumdur ki, İbrahim xanın qızı Gövhər Ağanın təşəbbüsü və maliyyə vəsaiti hesabına dövrünün məşhur memarlarından olan Kərbəlayi Səfixan tərəfindən 1874-1875-ci illərdə Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Yuxarı Gövhər Ağa məscidinin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib. Daxildə və xaricdə divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb.

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, işğal olunmuş təkcə Şuşa şəhərində 150-dək tarixi abidə və dini ibadət ocaqları da eyni aqibətlə üzləşib. Ermənistan bu hərəkəti ilə təkcə irsimizi hədəfə almır, eyni zamanda, İran və Azərbaycan arasında mövcud olan dostluq əlaqələrinə xələl gətirir. Bu bir daha Ermənistanın əsl xislətini nümayiş etdirir və destruktiv xarakterli hərəkətlərini ifşa edir. Bu, Ermənistanın onsuz da həssas olan regionda nə qədər təhlükəli oyun apardığını və dost ölkələrin arasını vurmaq kimi çirkin planlarının olduğunu göstərir.

Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, xalqımızın tarixini özündə əks etdirən XVIII əsrə aid Yuxarı Gövhər Ağa məscidinin “bərpa edilməsi” altında Ermənistanın məkrli hərəkətlərinin qarşısının alınması və mədəni-tarixi irsimizə qarşı həyata keçirilən bu qanunsuz hərəkətlərinin pislənilməsi məqsədilə beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə müraciət edirik. Ermənistanın işğal edilmiş ərazilərimizdə apardığı vandalizm hərəkətlərinə göz yummaq beynəlxalq humanitar hüquq üzrə ölkələrin öz üzərinə götürdükləri öhdəliklərə zidd olmaqla yanaşı, ümumbəşəri mədəni irsə qarşı etinasız münasibət kimi qiymətləndirilməlidir. Düşünürük ki, işğal olunmuş torpaqlarımız qüdrətli ordumuz tərəfindən azad olunandan sonra bütün dağıdılmış tarixi-mədəni abidələrimiz dahi Üzeyir bəyin əzəmətli musiqisinin sədaları altında yenidən bərpa ediləcək, hətta yeniləri də inşa olunacaqdır!"


Etiket:

Strategiya.az

Xəbərlər
12.11.2019

Bakıda 39 yaşlı kişi evdən çıxdı və...

12.11.2019

Maraqlı hadisə: Hacıqabulda əkin sahəsindən 4 ton qarğıdalı oğurlanıb

12.11.2019

Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb

12.11.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib

12.11.2019

Elman Nəsirov: Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü böyük önəm kəsb edir

12.11.2019

Sürücülərin DİQQƏTİNƏ! "Dönmə işığı"ndan istifadə etməsəniz... - VİDEO

12.11.2019

Türkiyə İŞİD silahlılarının deportasiyasını davam etdirəcək

12.11.2019

“Ərdoğanı Trampdan başqa gözləyən yoxdur” – “Vaşinqton Post”

12.11.2019

“Tottenhem”in yeni planı: Eriksenin əvəzinə Ziyeş

12.11.2019

“Təəssüf ki, “Milan”ın fanatı idim" - Kyellinidən etiraf

12.11.2019

Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universsitetin fəxri professoru seçilib

12.11.2019

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

12.11.2019

Toya gedənlərin DİQQƏTİNƏ! Zəhərlənə bilərsiniz - VİDEO

12.11.2019

Komitə Bakıda dam örtüyü çökən yataqxana ilə bağlı məlumat yayıb

12.11.2019

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

12.11.2019

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

12.11.2019

Noyabrın 14-15-də dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək

12.11.2019

Çin nəşri: Rusiya ABŞ-ı on dəfə məhv edə bilər

12.11.2019

Perunun Azərbaycandakı səfirliyi bağlanır

12.11.2019

Seçilmək üçün sevilmək lazımdır…

12.11.2019

DTX rəisi: 30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb

12.11.2019

Bakıda külək əsəcək, yağış yağacaq

12.11.2019

Azərbaycanda Konstitusiya İslahatlarının Müasir Mərhələsi: Konseptual Əsaslar və  İnnovasiyalar

12.11.2019

Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib

12.11.2019

Elşad Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Prezident İlham Əliyev Zərdaba yeni icra başçısı təyin edib

12.11.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

12.11.2019

Şirvan şəhərinə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır

12.11.2019

Eddi Uelslə oyunu buraxacaq

12.11.2019

Bakı şəhər prokurorluğu iki nəfərin kanalizasiyada ölümü ilə bağlı məlumat yaydı

12.11.2019

İsrail Qəzzada cihadçıların liderini məhv etdi

12.11.2019

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

12.11.2019

Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı

12.11.2019

Nazarbayev Putinlə Zelenskini görüşdürür

12.11.2019

Həbsdə olan xalası oğluna telefon aparan şəxs saxlanılıb

12.11.2019

Bu rayonda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

12.11.2019

Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək

12.11.2019

İcra hakimiyyəti: Nərimanovda uçqun baş verən yataqxananın sakinləri köçürülə bilər

12.11.2019

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

12.11.2019

Paralimpiya çempionu Tokio-2020-yə lisenziya qazanıb

12.11.2019

Azərbaycan nefti bahalaşıb

12.11.2019

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Konstitusiya Günü münasibətilə paylaşım edilib

12.11.2019

Tramp gülləkeçirməz şüşənin arxasından danışdı

12.11.2019

"Arsenal"dan Emeri açıqlaması

12.11.2019

İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO

12.11.2019

Şətrəncçinin  gediş anı, gediş  günü...

12.11.2019

Noyabrın 12-də xarici valyutaların manata qarşı məzənnələri

12.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib