“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

20:24 / 15.11.2019

Noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

“Nəsimi ili” çərçivəsində dahi şairin 650 illiyi münasibətilə reallaşan müsabiqə “Kaspi” qəzetinin layihəsi əsasında “Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə təşkil edilib.

Tədbir çərçivəsində “Kaspi nəşrləri” seriyasından olan iki kitabın – redaktoru filologiya elmləri doktoru Sona Vəliyeva olan “Əbədiyyət günəşi” və müəllifi Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev olan “Nəsimi dünyası rənglərin işığında” adlı kitabların təqdimatı da keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb. Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə təntənəli şəkildə qeyd edildiyini deyən Ə.Amaşov bildirib ki, Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib.

“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bağlı görkəmli şairin 650 illiyi ölkə daxilində və ölkədən kənarda çoxsaylı tədbirlərlə qeyd edilib, Moskvada, Kiyevdə Nəsiminin abidəsi ucaldılıb. Həmçinin şairin xatirəsinə həsr edilən müxtəlif müsabiqələr təşkil olunub. Belə müsabiqələrdən biri də “Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsidir. Bu müsabiqəyə 60 yazı göndərilib. Münsiflər heyəti tərəfindən üç yerin qalibi müəyyənləşib, səkkiz iştirakçı isə həvəsləndirici mükafata layiq görülüb”, - deyə Ə.Amaşov söyləyib.

“Kaspi nəşrləri” seriyasının rəhbəri, filologiya elmləri doktoru Sona Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi haqqında Sərəncamı Azərbaycanın dünyəvi, bəşəri ideyalarla yaşayan ölkə olduğunu bir daha sübut etdi. Çünki Nəsimi ideyaları ilə yaşamaq dünyanı vahid vətən kimi qəbul eləmək, göy üzünü böyük bir çətir sanmaq, yer üzünü hüdudsuz bir meydan hesab etmək deməkdir. S.Vəliyeva söyləyib ki, “Nəsimi ili” xalqımıza sarsılmaz Nəsimi ruhu aşılayır. Ənənəvi olaraq ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilir, ədibin yaradıcılığına həsr edilən müxtəlif təyinatlı müsabiqələr reallaşır. İmadəddin Nəsiminin 650 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamı ədiblə bağlı görülməkdə olan işlərin həyata keçirilməsi üçün uğurlu və məqsədyönlü addım olub.

“Nəsimi yaradıcılığına ən böyük, dürüst qiymət verənlərdən biri ümummilli lider, ulu öndər Heydər Əliyev olub. Ulu Öndər hər zaman işləri ilə örnək olur, klassiklərimizə qayğısını əməli müstəvidə göstərərdi. Məhz Ümummilli Liderimizin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə beynəlxalq müstəvidə qeyd olunub. Heydər Əliyevin tapşırığı ilə Nəsiminin Hələbdəki məzarı bərpa edilib, şairin portretini yaratmaq üçün beynəlxalq müsabiqə elan olunub, gözəl bir film ərsəyə gəlib. Dahi ədibin böyük miqyasda təbliği əsərlərinin dünya miqyasında çapı və ardıcıl tədqiqata cəlb olunması da Ulu Öndərin qayğısı nəticəsində reallaşıb. Bütün bunlar tariximizin, ədəbi-mədəni həyatımızın səhifələrində Ulu Öndərin çoxsaylı silinməz izlərindəndir”.

“Kaspi” Təhsil Şirkəti və “Kaspi” qəzetinin dəstək və təşəbbüsü ilə baş tutan “Əbədiyyət günəşi” müsabiqəsinin əhəmiyyətinə toxunan Sona Vəliyeva diqqətə çatdırıb ki, müsabiqə bu il Nəsimi yaradıcılığına həsr edilmiş ilk məqalə müsabiqə olub. O, müsabiqədə iştirak edən hər kəsə təşəkkür edib, qaliblərə uğurlar arzulayıb.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
07.12.2019

Bakıda bu işçilərin maaşları artıb

06.12.2019

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

06.12.2019

Ərdoğan dördtərəfli zirvədə: Siz bu haqqı haradan almısınız?

06.12.2019

Angela Merkel: Nasistlərin törətdikləri cinayətlərə görə xəcalət çəkirəm

06.12.2019

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06.12.2019

Putinlə Zelenskinin təkbətək görüşü baş tutacaq

06.12.2019

Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN

06.12.2019

İstirahət günlərində gözlənilən hava proqnozu

06.12.2019

“Çelsi”nin transfer qadağası ləğv edildi

06.12.2019

Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır

06.12.2019

NATO-nun ən güclü orduları açıqlandı - SİYAHI

06.12.2019

Artıq “Apple” dünyanın ən dəyərli şirkəti deyil

06.12.2019

"Fitch": Rubl və lirə dollara nisbətdə ucuzlaşacaq - PROQNOZ

06.12.2019

Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var

06.12.2019

“Messi ilə bu haqda bir neçə dəfə danışmışam" - Bartomeu

06.12.2019

Poroşenkodan Zelenskiyə məsləhət: Putinlə təkbətək görüşmə!

06.12.2019

Yol polisinin “dyp.polisazerbaycan” “Instagram” səhifəsi fəaliyyətə başlayıb

06.12.2019

Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər

06.12.2019

Ötən gün axtarışda olan 35 nəfər saxlanıldı

06.12.2019

Vaxtilə dünyanın ən əzəmətli şəlaləsi olan “Viktoriya”nın son görüntüləri şoka saldı - FOTO

06.12.2019

ABŞ-ın “Qara Şahin”i qəzaya uğradı, hərbçilər öldü

06.12.2019

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi

06.12.2019

DGK 250 milyon dollar dəyərində qaçaqmalçılığın qarşısını alıb

06.12.2019

Sabahın hava proqnozu açıqlanıb

06.12.2019

Prokuror Suriyada terrorçulara qoşulmaqda təqsirləndirilən dəstəyə 20 il cəza istədi

06.12.2019

Lavaş bizə məxsusdur, mədə niyyətli oğrulara yox…

06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

06.12.2019

Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək

06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar

06.12.2019

Suriya böhranı İstanbulda müzakirə olunacaq

06.12.2019

Türkiyəli fotomüxbir Fransada keçirilən nümayişlərdə yaralandı

06.12.2019

Prezident: “Azərbaycan bundan sonra da TRACECA-nın prioritet istiqamətləri üzrə daha vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək”

06.12.2019

Kirayə evlərə sahib olmaq istəyənlərin nəzərinə - ŞƏRTLƏR MƏLUM OLDU

06.12.2019

Ağılsız köpəklər uluduza hürər

06.12.2019

SOCAR Qaladakı “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə verib

06.12.2019

Almazbek Atambayevin məhkəməsi təxirə salındı

06.12.2019

Bakıda TRACECA Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilir

06.12.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 69 dollara çatır

06.12.2019

Türkiyə Prezidenti Britaniyada Avropanın ilk eko-məscidinin açılışında iştirak edib

06.12.2019

"Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş

06.12.2019

Rusiya XİN diplomatı "persona-non-qrata" elan etdi

06.12.2019

Zakir Həsənov səfirlə Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsini müzakirə edib

06.12.2019

Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb

06.12.2019

Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı - QƏRAR

06.12.2019

Atəşkəs rejimi pozuldu - 23 dəfə

06.12.2019

Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək

06.12.2019

Baş nazirdən valideyn himayəsindən məhrum uşaqlarla bağlı - QƏRAR

06.12.2019

AMB-nin valyuta məzənnələri

06.12.2019

Neftin ucuzlaşması davam edir

06.12.2019

Hollandiyada cinayətkar qıtlığı: Həbsxanalar bağlanır