Azərbaycan Respublikasının Əməkdar müəllimi
"Bəsirətül-ətfal "-,1907.
Dünyanın bir çox ölkələrində oğrətmən egitiminde, təlim və tədris prosesində araşdırmalar daima diqqət mərkəzində olmusdur. Bu da təbiidir. Keçilən mövzu llə ilgili materiallar araşdıcılıq yolu ilə gündəmə gətirilməli , şagirdlərin diqqətinə yönəldilməlidir. Təcrübə göstərir ki, ən yaxşı müəllimlər elmi yaradıcılıqla məşğul olan , dərslərini elmi axtarışlar əsasında quran müəllimlərdir. Bu fikrin təsdiqi kimi Azərbaycanın və Türkiyənin bir neçə müəlliminin yaradıcı işindən söz açmaq istərdim. Görkəmli Azərbaycan şairi S.Ə.Şirvani (1835-1888) XIX əsrin ortalarında ali dini təhsil almış müəllimlərdəndir.Aldığı dini təhsilə görə o, dini vəzifələrdə işləyə bilərdi. Lakin S.Ə.Şirvani doğma şəhərində - Bakıdan əvvəl Azərbaycanın paytaxtı - baş şəhəri olan Şamaxıda müəllimlik etmək qərarına gəlir: əvvəlcə məhəllə məktəbində, sonra isə dini idarələrin açdığı, Azərbaycanın eğitim tarixində "Məclis məktəbi" kimi tanınan,1 874-cü ildəşəhərin Şıxzərli məhəlləsində açılan məktəbdə ana dili və şəriətdən dərs deyir. 1877-ci ildə Seyid Əzim Şirvanini yaxşı müəllim kimi Şamaxıdakı dövlət məktəbinə də işləməyə dəvət edirlər. Bu illərdə S.Ə.Şirvaninin şöhrəti yaşadığı şəhərdən uzaqlara yayılmışdı. O, 300-dən artıq şairin əsərlərindən ibarət olan nümunəvi bir təzkirə yaratmışdı, Bakıda Azərbaycan dilində nəşr olunan "Əkinçi" (1875-1877) adlı qəzetin əsas müxbirlərindən biri idi, Şirvanın tarixinə aid elmi məqalə yazmışdı. (1). Ən yaxşı müəllimlərə xas olan maraqlı cəhət bu idi ki, S.Ə.Şirvani dediyi dərslərin materialları əsasında "Rəbiül- ətfal" (Uşaqların baharı) adlı mükəmməl bir dərslik hazırlamışdı. Heç də təsadüfi deyil ki, S.Ə.Şirvaninin müəllimlik fəaliyyəti dövlət səviyyəsində qiymətləndirilmişdi: o, tədris sahəsindəki fəaliyyətinə görə "Za yserdiye" (Fəallığına görə) gümüş medal ilə təltif olunmuşdu (2 ,səh 3-25). S.Ə.Şirvani türk ədəbiyatını yaxşı bilən şairlərdən idi, ərəb və fars dillərini şeir yazmaq dərəcəsində bilirdi. Onun farsca şeirlər divanı türk şeirlər divanından heç də geri qalmırdı. S.Ə.Şirvani maarifçılık mövzusunda yazdığı şeirlərində də, satirik ruhlu mənzumələrində də, Şərq ədəbiyyatında nəsihətçilik təriqli şeirləri ilə daha çox tanınan, məşhur olan türk şairi Güvahidən faydalanmışdır. Seyid Əzim Şirvani Azərbaycan şairləri cərgəsində ən yaxşı qəzəl,nəsihətnamə və öyüdnamə yazanların birincisi idi, doğru yol göstərəni idi. S.Ə.Şirvanini həm şair, həm də müəllim kimi tanıdan , tarixdə yaşadan onun araşdırıcılığı, elmi tədqiqatı başlıca meyar hesab etməsi idi. Azərbaycan eğitim tarixində elmi və metodiki axtarışları ilə məşhur olan müəllimlərdən biri də Rəşid bəy Əfəndizadədir. Rəşid bəy Əfəndizadə (1863- 1942) dünyaya göz açandan evdə kitab-dəftər görən ziyalılardan biridir. O,yaxşı müəllimlərdən yaxşı təhsil almışdı. R.Əfəndizadənin söz ustası və müəllim kimi pərvazlanmasında atası - Nuxa (Şəki) şəhərinin qazısı İsmayıl Əfəndi Hacı Çələbi Əfəndizadə , babası-"Nafe" təxəllüsü ilə şeirlər yazan məşhur müdərris Hacı Mahmud Əfəndi , dayısı İmam Cümə Əfəndi Həsən Əfəndi oğlu, Azərbaycan ədəbiyyatında dramatik növün, povest janrının əsasını qoyan filosof M.F.Axundzadə (1812-1878) mühüm rol oynamışlar. Rəşid bəy Əfəndizadə Gürcüstanın Qori şəhərində açılmış Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından biridir. O, müəllimlik fəaliyyətinə 1882-ci il avqustun 1-də başlamışdır(1,6). R.Əfəndizadə "Şaki" təxəllüsü ilə şeirlər yazmış, dövri mətbuatda maraqlı yazılarla, risalələrlə çıxış etmiş, qadınların yaxşı təhsil almaları üçün geniş və səmərəli fəaliyyət göstərmişdir.(7). O, uzun müddət türkdilli yerlərdəki məktəblərdə tədris olunan bir neçə dərsliyin müəllifidir. R.Əfəndizadənin iki dərsliyi Türkiyədə çap olunmuşdur. Bu işdə ona müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Əfəndinin qayğı göstərməsi güman edilir. Münif Əfəndi Azərbaycan ziyalıları ilə sıxı əlaqələr saxlayan böyük türklərdəndir.O, 1882-ci ildə "Ziyayi- Qafqasiyyə" qəzetində bu mətbu orqanın redaktoru və naşiri Səid Əfəndi Ünsizadənin ezop manerası ilə açdığı "Ey bülbül" adlı şeir müsabiqəsinin təşkilatçılarından biridir. Münif Əfəndi M.F.Axundzadə , Zaqafqaziya müftisi Şamaxılı Əbdülhəmid Əfəndizadə və Həsən bəy Zərdabinin də yaxından tanıdıqları məslək və əqidə dostlarından biri idi.(8 ,N 15,) R.Əfəndizadənin dərsliyinin Türkiyədə çap edilməsi ideyası da buradan gəlir. R.Əfəndizadə öz dərsliklərini Ruhani İdarəsində katib işlədiyi Tiflis şəhərində də çap etdirə bilərdi.O vaxtlar Tiflisdə Ünsizadə qardaşlarının Azərbaycan dilli mükəmməl mətbəələri var idi. Buradakı mətbəə avadanlıqlarının çoxu, yazı
şiriftləri Türkiyədən gətirilmişdi. Lakin R.Əfəndizadə başqa variantı seçir: o, İstanbula-mətbələri ilə məşhur olan Babəli caddəsinə üz tutmağı qərara alır. Tiflisdə Əhli-Təsənni Ruhani İdarəsində katib işləyərkən R.Əfəndizadə İdarənin nəzdindəki məktəbdə müxtəlif fənlərdən dərs deyir, məktəb işindən uzaqlaşmır. İki yerdə işləməsinin, əlbəttə,əsas səbəbi ailəsinin maddi vəziyyəti ilə əlaqədar idi. Bu cəhətdən R.Əfəndizadənin 1898-ci il aprelin 4-də müfti Molla Hüseyn Əfəndi Qayıbova yazdığı ərizə maraq doğurur. Ərizəçi ayda 34 manat 29 qəpik əmək haqqı aldığını, 6 nəfərlik ailəsini güclə dolandırdığını ürək ağrısı ilə bildirir, vacib həyati şəraitini yaxşılaşdırmaqdan ötrü müftidən qayğı umur.Ərizədə R.Əfəndizadənin ilk dərsliyinin tarixi məqamları haqqında maraqlı məlumatlar vardır.
R.Əfəndizadə yazırdı:
" Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ Xalq Maarif sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını nəşr etmək qərarına gəlmişəm...10 il müddətində müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq nəticələr qazanmışam. Senzor Komitəsinin icazəsi ilə bu əsəri ("Uşaq bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) ərəb əlifbasının kolleqrafiya qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol şəhərinə göndərmişəm .İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam olmadığından tipoqrafiyanın rəhbərləri dərsliyin düzgün korrektə olunacağına zəmanət vermir. Odur ki, dərsliyi korrektə etmək üçün Konstantinopola getmək istəyirəm" . R.Əfəndizadə ərizəsinin sonunda səfərlə əlaqədar olaraq,ona iki aylıq maaşı ödənilməklə məzuniyyət verilməsini xahiş edir. (4 , vərəq 3-9)
Zaqafqaziya müftisi M.H.Qayıbovun 18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən, R.Əfəndizadəyə Konstantinopola getmək üçün iki aylıq məzuniyyət pulu və xarici pasport verilir.
R.Əfəndizadənin "Uşaq bağçası" dərsliyi 1898-ci ildə (1316 -cı sənəyi-islamiyyə) İVANAKİ PƏNAYOTİDİSİN İstambulun (dərslikdə İSTAMBUL yazılıb- N.N.) BABƏLİ caddəsindəki 38 nömrəli mətbəəsində çap edilmişdir. Yeri gəlmişkən qeyd edək ki,"Uşaq bağçasının çapına hələ 29 fevral 1896-cı ildə Tiflisdə Senzor Komitısi tərəfindən icazə verilmişdi. (5,vərəq 3-13) Dərsliyin təlim sistemindəki rolunu vurğulayan müəllif "Savadsız adam bir ayda oxuyur və yazır" sözlərini yazmaqla şagirdləri maarifləndirməyə səfərbər edir. Arxiv sənədlərindəki variantından ( soyadının " Rəşid bəy Əfəndiyev "kimi yazılmasından -N.N.) fəfrqli olaraq, dərslikdə müəllifin soyadı Rəşid bəy Əfəndizadə kimi göstərilir (5). Dərslikdəki qeydlərdən öyrənirik ki, Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov və Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam Axundzadə (onların hər ikisi Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının ilk müəllimləri olmuşdur) bu dərsliyin ibtidai məktəblərdə istifadə olunmasını faydalı hesab etmişlər (9). Dərsliyin tərtibindən hiss olunur ki, R.Əfəndizadə proqram materiallarına yaradıcı şəkildə yanaşmış,dərsliyin materiallarını nəzəri və elmi-metodik cəhətdən düzgün əlaqələndirə bilmişdir.Müəllif dərsliyin materiallarını 27 dərs saatı ərzində öyrənməyi lazım bilmişdir.
Dərsliyin şagirdlərin mütaliə dairəsini genişləndirməyə xidmət edən hissəsindəki materiallar 70 başlıq altında yerləşdirilmişdir. Bu materialların cərgəsində dünyanı dolaşan təmsillər və sərgərdan mövzularda olan seirlər, islam dininin və peyğəmbərlərin tərifi, fəsillər haqqında düşündürücü yazılar və bədii təfəkkür nümunələri əsas yer tutmuşdur. Dərsliyin üçüncü fəqərəsindəki 16 yarımbaşlıq altında verilən materialların çoxu nəzmlə yazılmışdır. "Tülkü və Qaraquş", "Çaqqal", "Kor kişi", "Qardaş və bacı", "Sədaqət", "Məktəbə dəvət" (bu şeir görkəmli rus pedaqoqu L.Modzalevskinin yazdığı mənzuməyə nəzirədir-N.N.), "Vəsfi-məktəb" dərsliyi dəyərləndirən materiallardandır. R.Əfəndizadənin "Uşaq bağçası" bir neçə dəfə nəşr olunmuş, sonrakı dərsliklərin baza məktəbinə çevrilmişdir.(7).R.Əfəndizadə 1901-ci ildə "Bəsirətül-ətfal" adlandırdığı ikinci dərsliyini Bakı Quberniya İdarəsinin mətbəəsində çap etdirir. 206 səhifəlik bu əsər də müəllim və şagirdlərin elmi bə bədii zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır. Dərslikdəki materialların çoxu müəllifin özünün yazdığı bədii nümunələrdir. Dərslikdəki rus ədəbiyyatından tərcümə olunmuş bədii nümunələr də R.Əfəndizadəyə aiddir. R.Əfəndizadənin İstanbulda 1907-ci ildə çap olunan ikinci kitabı da "Bəsirətül-ətfal" adlanır. Bakıda 1901-ci ildə çap olunmuş "Bəsirətül-ətfal" dan fərqli olaraq, bu dərslik müsəvvərdir(şəkillidir). Dərslikdə məşhur rus rəssamı V.A.Taburinin illüstrasiyalarından istifadə olunmuşdur. Bu illüstrasiyalar ilk dəfə rus yazıçısı və aktyoru L.A.Çarskayanın 1902-ci ildə Peterburqda nəşr etdirdiyi "Tələbə qızın gündəliyi" əsərində işıq üzü görmüşdür. Dərsliyin ən yaxşı şəkillərindən birində riyaziyyat müəllimi Qriqori Porden (tələbə qızlar onu özlərinə yaxın bilib " Qri-Qri dayı" adlandırırdılar) dərs dediyi tələbə qızların əhatəsində verilmişdir. Müəllim -şagird münasibətlərini öyrənmək baxımından bu şəkil maraqlı görünür. R.Əfəndiyevin İstanbul "Bəsirətül-ətfal"ı İstanbulun Babəli caddəsində 72 nömrəli binada yerləşən Mahmud bəy mətbəəsində çap olunmuşdur. Həcmi 1901-ci ildə Bakıda çap olunan "Bəsirətül-ətfal"ın həcmindən xeyli azdır- 128 səhifədir.
Rəşid bəy Əfəndizadənin bundan əvvəlki iki dərsliyi kimi bu tədris kitabı da kitab nəşri tariximizdə layiqli yer tutur. XIX əsrin II yarısından başlayaraq Azərbaycan-Türkiyə arasında ədəbi, elmi və eğitim əlaqələrinin genişlənməsində müxtəlif növ məktəblərdə çalışan digər müəlimlər--Bakı Real Məktəbinin müəllimi, "Əkinçi" qəzetinin redaktoru Həsən vəy Məlikov (Zərdabi),"Ziya" qəzetinin redaktoru, əvvəllər Şamaxıdamüəllim və qazı işləyən Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul"Şərqi-Rus" qəetinin redaktoru Məhəmməd ağa Şahtaxtinski, İstanbul Universitetinin məzunu Cavid Əfəndi Rasizadə (Hüseyn Cavid), "Molla Nəsrəddin" jurnalının əməkdaşlarından - M.Ə.Sabir, Ə.Haqverdiyev və başqaları misilsiz pedaqoji fəaliyyətləti ilə tarixə düşmüşlər.xidmətlər göstərmişlər. Onların yaradıcı fəaliyyəti bugünkü müəllimlərə gözəl nümunədir. Türk dünyasının tarixi, adət -ənənələri , etnoqrafiyası, ədəbi dili, pedaqoji mətbuatı və egitim siyasəti ilə ilgili olan digər məsələlərinin həlli yolunda hələ görülməyən işlərimiz çoxdur. Bu məsələlərin həllində müəllimləri qüvvəsi səfərbər olunmalı, onların yaradıcılıq axtarışlarına qayğı və sayğı daha da artırılmalıdır.
Xülasə
Məqalədə öğrətmən egitimində araşdırmaların rolu, bu istiqamətdə bu gün üçün önəmli məsələlərdən söz açılır, yaradıcı müəllimlərin diqqəti Azərbaycan- Türkiyə arasında eğitim siyasəti, pedaqoji mətbuat, dərslik siyasəti kimivacib olan proqram xarakterli işlərin görülməsinə cəlb edilir.
Resume
The article is about the importance of investigation in teaching and the role of Azerbaijan teachers in this project.
Açar sözlər- araşdırma, öğrətmən, yaradıcılıq, məktəb, fənlərarası əlaqə
Qaynaqlar (İstifadə olunmuş ədəbiyat )
1.S.Ə.Şirvani.Seçilmiş əsərləri, Bakı,1967, səh.16-19.
2.Rəşid bəy Əfəndizadə.Uşaq bağçası, Konstantinopol,1898.
3.Rəşid bəy Əfəndiyev,"Bəsirətül-ətfal",Bakı,1901.
4.Rəşid bəy Əfəndizadə.." Bəsirətül-ətfal.,İstanbul,1907.
5. Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, səh.3.
6.Həmid Məmmədzadə. Mirzə Fətəli Axundov və Şərq.Bakı,1971, səh.124.
7. ARDTA - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. Fond 291,siyahı 5,saxlamavahidi 2497, vərəq1-7
8. ARDTA. Fond 291,siyahı,4, saxlama vahidi 2293, vərəq 3-9.
9.ARDTA. Fond 291, siyahı 45, saxlama vahidi 2884, vərəq 3-13.
10. "Ziyayi-Qafqasiyyə" qəzeti, N 15 ,5 may 1882--ci il.
11. "İşıq" qəzeti , 1912-ci il , N 9
12.Nazim Nəsrəddinov . Rəşid bəy Əfəndizadəin Bəsirətül-ətfal dərsliyi.İstanbulda-1907. i.Davam.az. 30.11.2017
Strategiya.az
Azərbaycanda 2148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Azərbaycan neftinin bir barreli 66,28 dollara satılır
DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb
Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
ÜST: Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 805 mindən çox artıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Azərbaycan neftinin qiyməti 66 dollara çatır
Ötən gün evini tərk edən daha 17 koronavirus xəstəsi saxlanıldı
Türkiyədə koronavirusdan ölənlərin sayı 35 minə yaxınlaşır
Ukraynada azərbaycanlı alimin kitabı işıq üzü görüb
Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir
Rusiya Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb
Abituriyentlərin nəzərinə
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Azərbaycan-Belarus sənədləri imzalanıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
“Azeri Light” neftinin qiyməti 63,5 dolları ötüb
Umayra Tağıyeva: Hidrometeorologiya sahəsində texnoloji biliklərə malik olan gənc kadrlara ehtiyac var
Türkiyə ərazisində 5,1 bal gücündə zəlzələ baş verib
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib
Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Prezident İlham Əliyev: Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur
Prezident İlham Əliyev: Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır
Aprelin 13-də xarici valyutaların manata qarşı məzənnələri
Prezident: İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək
Prezident İlham Əliyev: Ermənistan bizim qarşımızda boynunu bükmüş ölkədir və həmişə belə olacaq
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
Mərkəzi Bank yeni əsginaslarla bağlı problemi aradan qaldırmaq üçün tapşırıq verib
MTRŞ üzvü Məmməd Cəfərov vəfat edib
Evini tərk edən daha 17 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi açıldı
Aprelin 12-də xarici valyutaların manata qarşı məzənnələri
Türk Şurasının informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinə Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar barədə məlumat verilib
Azərbaycanda 2 414 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
Vaksinasiya ilə bağlı saxta sənəd verən 12 nəfər işdən kənarlaşdırılıb